Reklam verin!

Ramazan hara gedirsən?

ramazan

Gedirsən...
Bu fani dünyada nə əbədidir ki, səndən də ömür boyu bizimlə qalmanı istəyək. Nə vaxtsa bitəcək bütün nemətlər kimi sən də bitib gedirsən, ey RAMAZAN!
Nə həddimizə sənə dur, getmə - deyək…
Hələ səndən doymadıq, doya-doya ibadətlərimizi, tövbələrimizi, dualarımızı sığdıra bilmədik sənə, bir az da qal - deyək. Həddimizmi var?
Sənsə gedirsən… Hələ gecələrini, gecələrini demirəm. Heç bir ayın gecəsinə bənzəməyən Ramazan gecələri… Titrək dodaqlardan gecələrinin qoynuna səpilən dualar, ″Allahım, məni bağışla, məni bağışla, ya Rəhman, məni bağışla, ey mərhəmətlilərin ən Mərhəmətlisi…″deyə yalvaran qəlblər bir başqa abu-hava verirdi sanki sənin gecələrinə. Doymadıq ki… Heç doymaq olarmı?

 


Gedirsən…
Gəlişində günləri sayırdıq. Sanki dünən idi hamı biri-birinə həyəcanla ″Sabah Ramazan gəlir, sabah Ramazandır!″ deyə müjdələr verirdi. Rəhmətlə gəlirdin. Əvvəlin rəhmət idi, ey ayların Sultanı, rəhmət dolu idin. Sanki dünən idi… Bu gün isə gedişinə üç gün qalıb. Bağışlanma, bəraət dolu üç gün… Qədr gecəsinə qovuşmaq istəyən həsrətli qəlblər, Allahın dərgahına açılan tövbəkar əllər, ümüd dolu yaşlı gözlərin müşayəti ilə keçəcək son günlər. Ramazanın son günləri…

Gedirsən…
Özünlə imsaq süfrələrimizi, iftar sevinclərimizi də aparırsan. Bunu da sənə etiraf edək ki, başqa aylarda tutduğumuz oruclarımızın iftarı səninki qədər dadlı, ləzzətli və həyəcanlı olmur, ey ayların Sultanı. Xurmalar belə bir başqa dadır səninlə.
Hələ insanların simalarını demirəm. Ramazan gecələrində yuxusuz qalan gözlərdən daha gözəl göz, aclığın əks olunduğu üzlərdən daha gözəl üz, sırf Allahın rizası üçün dua edərkən titrəyə-titrəyə dodaqlardan süzülən sözlərdən daha gözəl sözmü var?

Gedirsən…
Düz on bir ay məscidlərimiz təravihsiz qalacaq. Səninlə gəlmişdi gecənin qaranlığına üzlərindən nur saçan möminlərin Təravih namazına tələsmələri. Ən uzun qiyamlar, Allaha ən yaxın məsafə olan təravihin səcdələri səninlə gəlmişdi. Hələ son rükətin qunut dualarını demirəm. Rəbbin dərgahına eyni anda açılan minlərlə əllər. Yaşlı, qoca, cavan, yetkin, uşaq –bir döyünürdü hamımızın qəlbi. Böyük bir vücudun döyünən ürəyi olurduq sanki hər təravihdə. Lakin sən təravihimizi də özünlə götürüb bizi tərk edirsən.


Gedirsən…
Yenə gələcəyini bilə-bilə ayrılığın yaman ağırdır, ey bir gecəsi min aydan daha xeyirli olan. Qəlbimiz qorxu və ümüdlə döyünür. Birdən sən son Ramazanımızsansa… Bir daha sənə qovuşa bilməriksə… Rəbbim nəsib etməz, ömür vəfa etməzsə… Növbəti gəlişini görməriksə… Ağırdır, yaman ağırdır ayrılığın. Bir dəqiqə sonra nə olacağını belə bilməkdə acizkən tam bir il sənin təkrar gəlişini, ayrılığın növbəti sonunu gözləməliyik. Günahlar, savablar dolu tam bir il… Gözləyəcəyik səni, ey on bir ayın Sultanı, həsrətli günləri saya-saya gözləyəcəyik, əgər Rəbbimizin izni olarsa…



FA'Nİ / Azerislam.az

Baxış sayı: 190
Açar sözlər: ramazan, son, axır, axirət, iman, islam, din, qedr gecəsi, ayin, ibadət, getmə, allah 
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


Islam haqq dini

Burada Allahın izni ile Allah xatirine yazdigim islama aid meqalelerle tanış olacaqsınız. Hemçinin inşallah bundan sonra çalışacağam ki, bu fani dünyada yaşadığım müddətcə daima yeni məlumatları, maraqlı məqalələri və digər faydalı materialları sizlərə çatdırım. Buna görə də istərdim ki, sizdə bu xeyir işdə mənə dəstək olasınız. Mən düşünürəm ki, bu gün cəmiyyətimizdə artıq ilahiyyatçı alimlər kifayət qədər var və onlar bir yerdə müxtəlif dillərdə olan və dövlətin icazəsi ilə ölkəyə gətirilən dini kitabları öz dilimizə çevirib xalqımızın maariflənməsinə təkan verməlidirlər. Bunun üçün imkanı olan və olmayan bütün müsəlman bacı və qardaşlarımızdan, ilahiyyatçılarımızdan bu məsələdə ciddi olmalarını və birləşib xalqımızın maariflənməsi üçün əllərindən gələni əsirgəməmələrini arzu edirəm. Bunun üçün sizdən çox xahiş edirem ki, irad ve tekliflerinizi mene bildirəsiniz. Gəlin bu işdə bir birimize kömək edek. Çünki Peyğəmbərimiz (s.ə.s) buyurub ki, bir insanın sənin əlinlə hidayətə gəlməsi bütün insanların hidayətə gəlməsi kimidir. Ona görədə gəlin xeyir işlərdə yarışaq. Allahın və Peyğəmbərinin (s.ə.s) verdiyi xəbərləri təsdiq edək.

Axtarış

Sorğu

Səhər namazına vaxtında dura bilirsinizmi?



Açar sözlər

islam  əbubəkr  quran  din  abubakr 

Sayqaç

İndi blogda: 25
Keçən ayın hiti: 103186
Dünənki hit: 4001
Bugünki hit: 1214
Ümumi hit: 673823





Top on A-Z.az





Free hit counters






En kaliteli siteler Alersa.Net
Bedava Site Ekle AddThis Feed Button
Add to Technorati Favorites