Ramazanın sonu
Salam aleykum, müsəlman bacı və qardaşlarımız! Bu gün Allahın izni ilə mübarək Ramazan ayının sonuncu gününü yaşayırıq. Allah bütün müsəlmanların oruc və namazlarını qəbul etsin. Onları bütün xeyir işlərdə müvəffəq etsin. Amin!
Dəyərli dostlar, biz istəyirik ki, hamımız bir olub xeyir işlərdə yarışaq. Bizə qoşulan, bizə dəstək olan insanlara ehtiyacımız var. Əlbəttə bu gün islami saytlar çoxdur və onlar muvəffəqiyyətlə islama dəvət edirlər. Biz isə elə bir iş görməliyik ki, islama aid hazırladığımız materiallar bu saytlarda dərc olunsun. Bunun üçün hamıdan bir nəfər kimi xahiş edirəm gəlin İlaiyyatçıların birliyini yaradaq. Dini qurumların icazəsi ilə gətirilmiş xarici dini kitabları öz dilimizə tərcümə edək, bu işdə əlbir olaq ki, xalqımızın maariflənməsinə kömək etmiş olaq.
Allah təaladan bu mübarək gündə hamımızın namaz və oruclarımızın qəbul olunmasını dua edərək istəyirəm. Allah təala bizim günahlarımızı bağışlasın, bizə bilmədiklərimizi öyrətsin, bir-birimizə qarşı olan kini, nifrəti aradan qaldırsın, birləşib Allah razılığını qazanmaq, cəmiyyətimizə və dinimizə faydalı olmaq üçün xeyir işlərdə yarışaq.
Neçə-neçə belə gözəl Ramazan aylarına qovuşaq. Bu aylarda ibadət edək. Hamımızın Ramazan bayramımız mübarək olsun. Amin!















