Reklam verin!

Bu gün Ramazan bayramıdır

bayram_namazi

Bu müqəddəs ayda İslam ölkələrində oruc tutanların sayı ümumi əhalinin 90-95 faizini təşkil edir

Bu gün İslam dünyasının ən müqəddəs günlərindən biri - Ramazan bayramıdır. 11 ayın sultanı Ramazan ayı artıq sona çatır. Bu bir 1 ay müddətində imanlılar adətən niyyət tutaraq səhər sübh namazını qılır, oruc tutur, axşamlar isə iftar açaraq yenə namaz qalıraq Allah qarşısında mənəvi borcunu yerinə yetirirlər.
Ramazan orucunu tutanlar, bu gün sevinc, könül xoşluğu, mənəvi rahatlıq içindədir. Bu müqəddəs ayda İslam ölkələrində oruc tutanların sayı, ümumi əhalinin 90-95 faizini təşkil edir. Bir neçə saat qidadan uzaq olan imanlıları yalnız ibadət maraqlandırır. Yəni onlar pis əməllərdən çəkinir, içkidən, yeməkdən uzaq olur. İftar süfrəsi açıb, ehtiyacı olanlara kömək edir. Mərhəmət, xeyir-bərəkət, səbr, yaxşılıq ayı olan Ramazanda hər kim oruc tutan birinə iftar veribsə, günahlarının bağışlanmasına və cəhənnəmdən xilas olması istiqamətinə böyük iş görmüş olur.


Qeyd edək ki, digər dinlərdən fərqli olaraq İslamda orucluq xüsusi əhəmiyyət daşıyır. Dinimizə görə, yetkinlik yasina çatmis hər bir müsəlmanın oruc tutması vacibdir. İslamda oruc insanın imanı ilə bağlı olaraq niyyət edib səhər sübhdən gün batana qədər yeməkdən, içməkdən, cinsi əlaqəyə girməkdən, şəhvət doğuran hərəkətlər etməkdən özünü saxlamağı nəzərdə tutan ibadət ayinidir. Oruc mübarək Ramazan ayında tutuldugu üçün ümumi olaraq «Ramazan orucu» adlanır. Bu ruzi, bərəkət ayıdır. Bu ayda insanlar dinə-imana gəlməlidir, pis əməllərdən kənar olmalıdır, bu ayda həmçinin hamı bir-birini bağışlamağı bacarmalıdır. Belə ki, Qurani-Kərim təxminən 1400 il bundan əvvəl məhz Ramazan gecələrinin birində nazil edilib. İslamın 5 sütunundan biri olan Ramazan mehribanlıq, xeyirxahlıq, müdriklik ayı kimi qiymətləndirilir. Həmin gecə «Qədir» və ya «Əhya» gecəsi adlanır. Qədir gecəsinin konkret hansı gün olduğu bilinmir. Amma peyğəmbər və imamların buyurduğuna görə, qədir gecəsi Ramazan ayının 19-21 və 23-cü gecələrindən biridir.

Orucu qəsdən pozanlar onun qəzasını tutmaqla yanası, tövbə etməli və kəffarəsini ödəməlidirlər. Kəffarə isə 60 gün oruc tutmaq ya da 60 yoxsulu, kimsəsizi yedizdirmək, ona əl tutmaqdır. 60 günlük kəffarə orucuna bir günlük qəza orucu da əlavə olunur.
Allah oruc-namazınızı qəbul etsin!/
ANS PRESS/

Baxış sayı: 274
Açar sözlər: ramazan bayrami, orucluq, islam, din, iman, bayram, ramazan, orucluq 
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


Islam haqq dini

Burada Allahın izni ile Allah xatirine yazdigim islama aid meqalelerle tanış olacaqsınız. Hemçinin inşallah bundan sonra çalışacağam ki, bu fani dünyada yaşadığım müddətcə daima yeni məlumatları, maraqlı məqalələri və digər faydalı materialları sizlərə çatdırım. Buna görə də istərdim ki, sizdə bu xeyir işdə mənə dəstək olasınız. Mən düşünürəm ki, bu gün cəmiyyətimizdə artıq ilahiyyatçı alimlər kifayət qədər var və onlar bir yerdə müxtəlif dillərdə olan və dövlətin icazəsi ilə ölkəyə gətirilən dini kitabları öz dilimizə çevirib xalqımızın maariflənməsinə təkan verməlidirlər. Bunun üçün imkanı olan və olmayan bütün müsəlman bacı və qardaşlarımızdan, ilahiyyatçılarımızdan bu məsələdə ciddi olmalarını və birləşib xalqımızın maariflənməsi üçün əllərindən gələni əsirgəməmələrini arzu edirəm. Bunun üçün sizdən çox xahiş edirem ki, irad ve tekliflerinizi mene bildirəsiniz. Gəlin bu işdə bir birimize kömək edek. Çünki Peyğəmbərimiz (s.ə.s) buyurub ki, bir insanın sənin əlinlə hidayətə gəlməsi bütün insanların hidayətə gəlməsi kimidir. Ona görədə gəlin xeyir işlərdə yarışaq. Allahın və Peyğəmbərinin (s.ə.s) verdiyi xəbərləri təsdiq edək.

Axtarış

Sorğu

Saytımın yeni görünüşü xoşunuza gəldimi?



Açar sözlər

islam  əbubəkr  islam,  quran  din 

Sayqaç

İndi blogda: 34
Keçən ayın hiti: 70300
Dünənki hit: 3041
Bugünki hit: 230
Ümumi hit: 500665





Top on A-Z.az





Free hit counters






En kaliteli siteler Alersa.Net
Bedava Site Ekle AddThis Feed Button
Add to Technorati Favorites