"Dindən insanları ayırmaq üçün deyil, birləşdirmək üçün istifadə edilməlidir"
Kondaliza Rays: "Üç təkallahlı din - İslam, xristianlıq və iudaizm region xalqlarını birləşdirmək iqtidarındadır"
ABŞ-ın dövlət katibi Kondaliza Rays İsa peyğəmbərin tarixi doğum yeri sayılan kilsəni ziyarət edib. Kondaliza Rays Peyğəmbəri sülhün şahzadəsi adlandırıb və Onun hələ də bizimlə yaşadığını qeyd edib. Kilsədə etdiyi çıxışında xanım Rays deyib ki, üç təkallahlı din - İslam, xristianlıq və iudaizm region xalqlarını birləşdirmək iqtidarındadır. Onun sözlərinə görə, bu dinlərin gücündən bölgə xalqlarını ayırmaq üçün deyil, birləşdirmək üçün istifadə etmək lazımdır.
Qeyd edək ki, K.Raysın Yaxın Şərqə səfəri ABŞ-da keçirilməsi planlaşdırılan sülh konfransına hazırlıq çərçivəsində baş tutub. Səfər çərçivəsində Rays İsrail, Misir və Fələstin liderləri ilə görüş keçirib./ANS TV/




