Bakıdakı mağazalarda qadağan olunmuş dini ədəbiyyatlar satılır
Ümumulikdə 258 ədəd müxtəlif dini təyinatlı ədəbiyyatlar aşkar edilib
Sumqayıt Şəhər Polis İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşları tərəfindən oktyabrın 22-də ölkədə nəşrinə icazə verilməmiş dini ədəbiyyat aşkar edilib. Daxili İşlər Nazirlyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Sumqayıt şəhərindəki 2-ci mikrorayonda yerləşən "Əhli-Beyt" mağazasının satıcısı, Qubadlı rayon sakini Əli Alıyev, "Müslim-Şop" mağazasının satıcısı, Sumqayıt şəhər sakini Rauf Fərzəliyev və 10-cu mikrorayonda yerləşən "Əhli-Beyt" mağazasının satıcısı, Qubadlı rayon sakini Səbuhi Alıyev tərəfindən satılan 258 ədəd müxtəlif dini təyinatlı ədəbiyyatlar aşkar edilərək götürülüb. Verilən məlumata görə, bu kitabların ölkəyə idxalına və nəşrinə icazə verilmir. /ANS PRESS/




