XIII əsrə aid "Quran" 2,32 milyon dollara satılıb
Kitab 1203-cü ildən qalıb və tamamilə qızılla yazılıb
Londonda XIII-əsrə aid "Qurani Kərim" kitabı satılıb. Oktyabrın 23-də keçirilən hərracda kitab 1,14 miliyon funt sterlinqə (2,32 milliyon dollara) satılıb. 500 min dollara satılması planlaşdırılan kitab 1203-cü ildən qalıb və tamamilə qızılla yazılıb.
12 milyon dollarlıq İslam və Hindistan əsərlərinin satıldığı hərracda rekord qiymətə saltılan kitab, dünyada ən bahalı satılan "Qurani Kərim" olub. Kitabı alan isə adını gizli saxlayıb.
/ANS PRESS/




