Bakıda "Gənclər sivilizasiyaların alyansı naminə beynəlxalq konfrans" öz işinə başlayıb
4 gün davam edən konfrans Bakı bəyannaməsinin qəbulu ilə sona yetəcək
Bu gün Bakıda Heydər Əliyev fondu, Gənclər və İdman nazirliyinin və İslam konfransı təşkilatının təşkilatçılığı ilə "Gənclər sivilizasiyaların alyansı naminə beynəlxalq konfrans" öz işinə başlayıb.
4 gün davam edən konfransda mədəniyyət və mədəniyyətlərarası münasibətlər, fobiaların təhlükələri, islamafobiya və qərbfobiya, gəncliyin inkişafı, müsəlman ölkələrində və qərbdə təhsil islahatları mövzuları müzakirə ediləcək. Müxtəlif ölkələrdən gəlmiş 45 gənc liderdən ibarət qrupa müxtəlif sivilizasiyaların qarşılıqlı münasibətləri, tarixi, onların siyasi və sosial aspektləri haqqında mövzular tədris ediləcək.
İTK Gənclər təşkilatının sədri Elşad İsgəndərovun verdiyi məlumata görə, konfransda müzakirə olunacaq məsələlər Bakı bəyannaməsinin qəbulu ilə nəticələnəcək.
Bakı təbdirinin yekunları 2008-ci ilin yanvarında BMT-nin rəhbərliyi ilə Madriddə keçiriləcək illik qlobal alyans forumuna təqdim ediləcək./ANS TV/















