Oktyabrın 28-də və 29-da gecə saatlarında hüquq- mühafizə orqanlarının əməkdaşları İsmayıllı rayonu (Bakıdan 190 kilometr şimal-qərb) ərazisində vəhabilərə qarşı əməliyyat keçirib. Bu barədə Turan informasiya agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib.
Əməliyyatın rayonun hansı yaşayış məntəqəsində keçirilməsi və nəticələri barədə hər hansı məlumat əldə etmək mümkün olmayıb.
Milli Təhlükəsizlik Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Arif Babayev bildirib ki, keçirilən əməliyyatlarla bağlı rəsmi məlumat yayılacaq. /ANS PRESS/





