«Əbubəkr» məscidinin imamı cavab verdi
«Əbubəkr» məscidi kimi tanınan Nərimanov rayonu Cümə məscidi dini icmasının rəhbəri Q.Süleymanov baş verən son hadisələr haqqında danışdı.
• Heydər Əliyev: "Azərbaycanda vəhhabi yoxdur".
• Dini dərindən bilməyən insan kiməsə radikal diaqnozunu verə bilməz.
• Biz həmişə radikallıqla və terrorla mübarizə aparmışıq və aparacayıq.
• Azərbaycan bizim vətənimizdir və əmin-amanlığın qorunması hamımızın borcudur.

«Məlumdur ki, Azərbaycan bizim vətənimizdir və əmin-amanlığın qorunması hamımızın borcudur. Peyğəmbərimiz (s.a.v.) buyurmuşdur ki, "Fitnə yatır, lənət olsun fitnəni oyadana!" Bəzi qüvvələr isə bu fitnəni qəsdən oyadırlar. Hərəsinin də öz dünyəvi məqsədləri var. Bəziləri reytinq qazanmaq, sensasiya əldə etmək, çiynindəki ulduzların sayını artırmaq, bəziləri də hakimiyyətə gəlmək istəyir və s. Belə hadisələr baş verəndə bunu daim bizim ibadət etdiyimih məscidlə əlaqələndirməyə çalışırlar. Bu cür cəhdlər savadsızlığın nəticəsidir. Bizim məscid həmişə belə fikirli insanların əleyhinə olub. Kimsə nəsə edirsə, onu bir tərəflə bağlamaq böyük xətadır.
Həm də radikallarla mübarizəni mütəxəssislər aparmalıdırlar. Son hadisələrə fikir versək görərik ki, bir tərəf həqiqətən cəmiyyətə böyük təhlükə olan adamaları tutub. Başqa tərəflər isə Siyəzən və Dəvəçidə heç bir təqsiri olmayan

adamları həbs ediblər. Çox maraqlıdır ki, bu adamlar heç siqaret çəkmədikləri halda üstlərindən narkotik maddələr tapılıb. Adam təəssüflənir ki, günahsız tutulan qardaşlarımız Qarabağda vuruşublar, orda yaralanıblar. Biz ümid edirik ki, onları tezliklə azadlığa buraxacaqlar.
Artıq bu faktdır ki, Azərbaycan dövlətinin və dövlət siyasətinin banisi Heydər Əliyevdir. Etiraf etmək lazımdır ki, Heydər Əliyev çox müdrik siyasətçi idi və bu gün onun təcrübəsinə uyğun dini və siyasəti bildiyi qədər Azərbaycanda heç bir məmur və ya jurnalist yoxdur . "Azərbaycanda vəhhabi yoxdur" – bunu Heydər Əliyev artıq deyib və bu mövzuya nöqtə qoyub. Kimsə onun sözünü və siyasətini yalan sayırsa özü bilər. Yeri gəlmişkən, bizim məscidimiz məhz Heydər Əliyev dövründə tikilib.
Lakin radikal müsəlman, xristian, yəhudi, ateist var və bunlarla da mübarizə aparmaq lazımdır. Radikallığın əsas səbəbi isə savadsızlıqdır. İslam dini radikallığı və terroru pisləyir. Biz həmişə radikallıqla və terrorla mübarizə aparmışıq və aparacayıq. Cəmiyyətdə uçurum əmələ gəlib: bir tərəfdən dini radikallar, digər tərəfdən isə savadsız olan bəzi jurnalist və məmurlar. Bu vəziyyətin qurbanı isə orta yolla gedən, vətənini sevən müsəlmanlar olur. Saqqal və digər zahiri elementlərə görə kiməsə radikal demək savadsızlıqdır. Bu avam meyarla getsək, onda Peyğəmbərimiz ( s.a.v.) də, dahi şairimiz Nizami Gəncəvi də və digər alimlərimiz də radikal olublar. İvanovka kəndində baptistlərin saqqalları müsəlmanların saqqallarından da uzundur, kimsə onlara radikal deyirmi? Bu uçurumu, bu anlaşılmazlığı yalnız dialoq və maarifləndirmə ilə aradan götürmək olar. Əks halda, orta yolla gedən müsəlmanlar incidilərsə, təhqir olunarsa, aralarında elmi az olanlar radikallara qoşula bilərlər. Bunun da ən birinci səbəbkarı həmin incitmələri, təhqirləri törədən savadsız məmur və bunu dəstəkləyən savadsız jurnalist olacaq. Onlar ya öz savadsızlığı nəticəsində cəmiyyətdə əmin-amanlığı pozur, ya da ki, bunu qəsdən edir. Bu halda isə o vətən düşmənidir. Çıxış yolunu yalnız həm radikalların, həm cəmiyyətin, həm jurnalistlərin, həm də məmurların maarifləndirilməsində görürəm. Dini dərindən bilməyən insan kiməsə radikal diaqnozunu verə bilməz.
Məsələn, bizim məscid haqqında çox şayiələr gəzir. Bu çox gülməlidir, az qalıb desinlər ki, bura gələnlərin buynuzları var. Biz isə şəffafıq. Bütün xütbə və dərslərimiz saytımıza qoyulub. Ola bilər ki, məscidimizə radikal gəlsin, amma eyni zamanda bura oğru da ayaqqabı oğurlamğa gəlir, bu o demək deyil ki, bura gələnlərin hamısı oğrudur. Biz həmişə radikallıqla və terrorla mübarizə aparmışıq və aparacağıq. Buyurun, cümə xütbələrinə gəlin, qulaq asın, sual verin, sonra nəticə çıxarın ki, kim vətənə daha çox xeyir verir.
Uca Allah "Bəqərə" surəsinin 114-cü ayəsində buyurur: "Allahın məscidlərində Onun (Allahın) adının çəkilməsinə maneçilik törədənlərdən və onların xarab edilməsinə (dağılmasına) çalışanlardan daha zalım kim ola bilər? Halbuki onlar oraya ancaq qorxa-qorxa girməli idilər. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab gözləyir!"
Allah bütün xalqımızı Allaha iman gətirib, yaxşı işlər görənlərdən etsin! Allah bizləri yalnız Ona ibadət edənlərdən, heç nəyi Allaha şərik qoşmayanlardan etsin və bununla da vətənimizin düşmənləri üzərində bizə qələbə versin! Ölkəmizi daim ruzi-bərəkət, bolluq və əmin-amanlıq diyarı etsin! Amin!

Mənbə İSLAM.COM.AZ

ay vahhabi ! itil vetenimden itil get sheyxlerinin yanina
Dekabr 1, 2007 21:28