Reklam verin!

DÜNYANIN HƏQİQƏTİNİ AÇIQLAYAN MİSALLAR (Üçüncü misal)

 Bizim ev, Islam Evi

logoyenisekilDünya nemətlərinə başları qarışıb axirətdən uzaqlaşdıqlarından peşmançılıq çəkənlərin halı gəmiyə minən bir dəstə sərnişinin halına bənzəyir.

Belə ki, cəmi bir adaya çatdıqda kapitan onlara təbbi ehtiyaclarını ödəmələri üçün göstəriş verir, onları gecikməmələri barədə xəbərdarlıq edir və əks halda gəminin onları buraxıb getməsi ilə qorxudur.


Sərnişinlər də hərəsi adanın bir tərəfinə dağılır. Onlardan bəziləri təbii ehtiyacını ödəyib tələsik gəmiyə qayıdır, gəmidə yerlər boş olduğundan istəyinə uyğun ən geniş və ən yumşaq yerdə əyləşir. Bəziləri isə adada qalıb oranın çəmənliklərinə, heyrətamiz gözəlliklərinə baxır, quşların nəğmələrini dinləyir. Adadakı daşların və qayalıqların gözəlliyi onları mat qoyur. Sonra gəminin tez gedəcəyini xatırlayıb dərhal gəmiyə gəlirlər. Lakin gəmidəki yerlər tutulduğundan onlar dar bir yerə çəkilib orada əyləşmək məcburiyyətində qalırlar. Sərnişinlərdən bəziləri isə adanın gözəl daşları, bahalı çiçəkləri ilə yüklənib gəmiyə qayıdarlar. Lakin gəmidəki bütün yerlər dolduğu üçün çox çətinliklə dar bir yerdə qalarlar. Əşyalarını isə nə atmağa əlləri gəlir, nə də qoymağa bir yer tapa bilirlər. Boyunlarında daşımağa məcbur olurlar. Onları götürməyə peşman olurlar, lakin son peşmançılıq fayda verməz. Sonra çiçəklər solmağa, öz təravətini itirməyə başlayır. İyindən isə əziyyət çəkirlər. Bəzi sərnişinlər isə həmin piyalədən içib gəmini unudur və ondan xeyli uzaqlaşarlar. Hətta, gəminin kapitanı gəmi yola düşərkən onları səsləsə belə, onların başı əyləncəyə qarışdığı üçün kapitanın səsinə səs vermirlər. Gah adanın meyvəsindən yeyir, gah onun təravətli çiçəklərini iyləyir, gah da ağacların gözəlliyinə dalırlar. Onlar bu cür əylənərkən vəhşi bir heyvan onların üzərinə hücum çəkər. Ondan qaçarkən tikana ilişib paltarlarını çırar və lüt qalarlar. Tikan onların bədənini yaralayar. Vəhşi heyvanın dəhşətli səsi onların canına vəlvələlə salar. Sonra onlardan bəzisi gəmiyə çatsalar da, yer tapa bilmədikləri üçün sahildə ölər, bəziləri vəhşi heyvanlara yem olar, bəziləri isə oralarda həlak olanadək başlarını götürüb gəzərlər. Bəli, dünya əhli də belədir. Onların da başı dünyanın nəqd olan nemətlərinə qarışdığından haradan gəlib hara getdiklərini unudurlar. Ağıllı insanı daşların və quru bitkilərin aldatması necə də pisdir. Bütün bunlar onun başını qatıb əbədi nicatdan uzaqlaşdırar.

İbn əl-Qeyyim əl-Cauziyyə
SƏBİR EDƏNLƏRİN AZUQƏSİ
ŞÜKÜR EDƏNLƏRİN TƏDARÜKÜ

Baxış sayı: 222
Açar sözlər: dunya hakikat misal masal 
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


Islam haqq dini

Burada Allahın izni ile Allah xatirine yazdigim islama aid meqalelerle tanış olacaqsınız. Hemçinin inşallah bundan sonra çalışacağam ki, bu fani dünyada yaşadığım müddətcə daima yeni məlumatları, maraqlı məqalələri və digər faydalı materialları sizlərə çatdırım. Buna görə də istərdim ki, sizdə bu xeyir işdə mənə dəstək olasınız. Mən düşünürəm ki, bu gün cəmiyyətimizdə artıq ilahiyyatçı alimlər kifayət qədər var və onlar bir yerdə müxtəlif dillərdə olan və dövlətin icazəsi ilə ölkəyə gətirilən dini kitabları öz dilimizə çevirib xalqımızın maariflənməsinə təkan verməlidirlər. Bunun üçün imkanı olan və olmayan bütün müsəlman bacı və qardaşlarımızdan, ilahiyyatçılarımızdan bu məsələdə ciddi olmalarını və birləşib xalqımızın maariflənməsi üçün əllərindən gələni əsirgəməmələrini arzu edirəm. Bunun üçün sizdən çox xahiş edirem ki, irad ve tekliflerinizi mene bildirəsiniz. Gəlin bu işdə bir birimize kömək edek. Çünki Peyğəmbərimiz (s.ə.s) buyurub ki, bir insanın sənin əlinlə hidayətə gəlməsi bütün insanların hidayətə gəlməsi kimidir. Ona görədə gəlin xeyir işlərdə yarışaq. Allahın və Peyğəmbərinin (s.ə.s) verdiyi xəbərləri təsdiq edək.

Axtarış

Sorğu

Saytımın yeni görünüşü xoşunuza gəldimi?



Açar sözlər

islam  əbubəkr  islam,  quran  din 

Sayqaç

İndi blogda: 25
Keçən ayın hiti: 70300
Dünənki hit: 3041
Bugünki hit: 258
Ümumi hit: 500693





Top on A-Z.az





Free hit counters






En kaliteli siteler Alersa.Net
Bedava Site Ekle AddThis Feed Button
Add to Technorati Favorites