Reklam verin!

Qurani-Kərimin satışına qadağa qoyulub

quran2

Metro və keçidlərdə fəaliyyət göstərən kitab mağazaları və köşklərdən imamların şəkilləri və süvenirləri yığışdırılıb

Azərbaycanda hər növ dini ədəbiyyatların satışına qadağa qoyulub. Bu barədə ANS PRESS-ə mağaza və qəzet köşklərində çalışan satıcılar məlumat veriblər. Onların sözlərinə görə, iki gün əvvəl özünü hüquq-mühafizə orqanın əməkdaşları kimi təqdim edən şəxslər dini ədəbiyyatların satışdan yığışdırılması haqqında göstərişlər veriblər. Bu gün səhər isə Qurani-Kərim, Şəriət kitabları, hədislər və Məhəmməd Peyğəmbərin həyatına dair kitablar metroda və keçidlərdə fəaliyyət göstərən mağazalardan yığışdırılıb.


ANS PRESS-in əməkdaşlarının köşklərdə apardığı monitorinqlər də deyilənləri təsdiq edib. Satıcılar və köşk sahibləri göstərişin kim tərəfindən verildiyini bilməsələr də, deyilənləri təsdiq ediblər. Onların dediklərinə görə, imamların şəkilləri, dini suvenirlər, təqvim və digər əşyaların da satışına qadağa qoyulub. Ərazinin aid olduğu müəssisələrdən dinə aid nə varsa satışdan çıxarılması barədə göstərişlər verilib.
Qafqaz Müsəlmanları Ruhani İdarəsinin mətbuat katibi Hacı Akif bu barədə məlumatsız olduğunu desə də, dini ədəbiyyatların satışına qadağaların qoyulmasını istisna etməyib. «Onların arasında zərərli dini ədəbiyyatlar var. Onların satışına qadağa qoyula bilər. Amma Qurani-Kərimin satışına kimsə qadağa qoya bilməz. Bu mümkün deyil», - deyə Hacı Akif əlavə edib.

Bakı Metropoliteninin mətbuat xidmətindən isə məlumatı qismən təsdiq ediblər. Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyevanın sözlərinə görə, bu metroya aid bir göstəriş deyil. «Dini ədəbiyyatların yığışdırılması haqqında göstəriş verilib. Amma Qurani-Kərimin satışına heç bir qadağa qoyulmayıb. Satıcıların əksəriyyəti savadsızdır. Ola bilsin onlar düzgün başa düşəyiblər», - deyə Nəzakət xanım əlavə edib. Bunun ardınca isə Nəzakət xanım öz dediyini Bakı Metropoliteninin Ticarət Departamentinə istinadən təkzib edib. «Mən elə bilirdim göstəriş verilib. Ticarət Departamenti deyir ki, heç bir göstəriş verilməyib. Ola bilsin satıcılar televizorda nə isə eşidib, qorxudan yığışdırıblar, elə bir göstəriş yoxdur»./ANS PRESS/

© 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən İslam Haqq Dinə istinad zəruridir.

Baxış sayı: 289
Açar sözlər: quran kitab fatihə surə ayə 
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


Islam haqq dini

Burada Allahın izni ile Allah xatirine yazdigim islama aid meqalelerle tanış olacaqsınız. Hemçinin inşallah bundan sonra çalışacağam ki, bu fani dünyada yaşadığım müddətcə daima yeni məlumatları, maraqlı məqalələri və digər faydalı materialları sizlərə çatdırım. Buna görə də istərdim ki, sizdə bu xeyir işdə mənə dəstək olasınız. Mən düşünürəm ki, bu gün cəmiyyətimizdə artıq ilahiyyatçı alimlər kifayət qədər var və onlar bir yerdə müxtəlif dillərdə olan və dövlətin icazəsi ilə ölkəyə gətirilən dini kitabları öz dilimizə çevirib xalqımızın maariflənməsinə təkan verməlidirlər. Bunun üçün imkanı olan və olmayan bütün müsəlman bacı və qardaşlarımızdan, ilahiyyatçılarımızdan bu məsələdə ciddi olmalarını və birləşib xalqımızın maariflənməsi üçün əllərindən gələni əsirgəməmələrini arzu edirəm. Bunun üçün sizdən çox xahiş edirem ki, irad ve tekliflerinizi mene bildirəsiniz. Gəlin bu işdə bir birimize kömək edek. Çünki Peyğəmbərimiz (s.ə.s) buyurub ki, bir insanın sənin əlinlə hidayətə gəlməsi bütün insanların hidayətə gəlməsi kimidir. Ona görədə gəlin xeyir işlərdə yarışaq. Allahın və Peyğəmbərinin (s.ə.s) verdiyi xəbərləri təsdiq edək.

Axtarış

Sorğu

Saytımın yeni görünüşü xoşunuza gəldimi?



Açar sözlər

islam  əbubəkr  islam,  quran  din 

Sayqaç

İndi blogda: 30
Keçən ayın hiti: 70300
Dünənki hit: 3041
Bugünki hit: 242
Ümumi hit: 500677





Top on A-Z.az





Free hit counters






En kaliteli siteler Alersa.Net
Bedava Site Ekle AddThis Feed Button
Add to Technorati Favorites