ZƏRDÜŞTLÜK (MAZDAİZM)
İran dinləri içərisində, təkallahlıq dinlərindən ən diqqət çəkəni Zərdüştlükdür. Bu din adını öz qurucusundan alır. Tək tanrı hesab olunan Ahura Məzdəkə dayandığı üçün “Mazdaizm” də deyilir. Zərdüşt kəliməsi (Zoroaster), Zarathustranın yunan dilndə qarşılığıdır (Zarath: gözəl, doğru, Üstra: dəvələr deməkdir. Gözəl dəvələrə sahib olan mənasını ifadə edir. Xalqın dilində zərdüşt, yaşayan ulduz olaraq tanınır). Zərdüşt, təxminən e.ə. 570-ci ildə dünyaya gəlmişdir. O, İran dinləri içərisində əhəmiyyətli bir təsir buraxmışdır. Təkallahlıq inancını təlqin etdiyi üçün onu bir peyğəmbər olaraq qəbul etmişlər, ona bir hakim və bir şaman kimi də baxanlar olmuşdur. Qathalar adlanan müqəddəs mətinlər ona dayandırılır. Zərdüşt, uca tanrı olaraq təlqin etdiyi Ahura Məzdək ilə yaxın əlaqəsi olduğunu elan etdi. Onun dəvət etdiyi inanca görə aləmlərdə mübarizə aparan, Yaxşılıq (“Spenta Mainyu”) və Pislik (“Anqra Mainyu”)adlandırılan iki əsl ruh var idi. İnsan oğlu, bu iki ruh arasından birini seçməyə məcburdur və seçimi onun qədərini müəyyən edəcəkdir. Zərdüştün ölümündən sonra insanlar, onun əleyhinə çıxdığı Mitra, Anahita kimi tanrılara yenidən ibadət etməyə başladılar. Zərdüştdən sonra çoxallahlıq inancları yayılsa da ona nisbət edilən müqəddəs Qathalar, İranda öz təsirini davam etdirmişdir. Avesta, qədim İranın və bu gün Hindistanda yaşayan İran əsilli farsların və digər Zərdüşt inancını qəbul edənlərin müqəddəs kitabıdır. Avestanın dili Pəhləvi (qədim fars-dili) və Kürt-dilidir. Avesta (Hikmət, bilik) aşağıdakı fəsillərdən ibarətdir:2.1. Yesna – Dini ayinlərdə oxunan ilahilər. Zərdüştün Qathaları bu fəsildədir. Qathalar, Avestanın qədim mətinləri və qismləridir. Qathalar, Zərdüştün sözləri sayılır və xüsusi bir hörməti vardır. Pəhləvi dilində Qathanın hər şerinə “Gas” deyilir. Qathaların hamısı 17 fəsil, 338 qitə, 896 misra və 5560 sözdən ibarət olduğu bildirilir. 2.2. Yeşt – Müxtəlif tanrılara yönəldilən ilahilər. Günəş tanrısı Mitra, Ahura Məzdək ilə ölməz əzizləri və digər ilahilər üçün veriləcək qurban mahnıları olub, 21 nitqi əhatə edir. 2.3. Videvdat – “Şeytanlara qarşı qanun” deyə də adlandırılır. Şeytanlara qarşı tilisimlər və təmizlənmə qaydaları bu fəsildə yerləşir. Cəmi 22 nitqi əhatə edir. Dini mərasimlərdə oxunmur.Zərdüşt, qədim İrana tövhid inancını gətirmişdir. Ondan əvvəl, iranlılar bir qism tanrılara ibadət edir və rahiblərin hazırladığı narkotik içkini içməklə Haoma prinsipini davam etdirirdilər (Haoma, bütün aləmi su şəklində doldurduğuna inanılan həyat tanrısı idi). Zərdüşt, daha sonra Ormazd şəklinə dönmüş və islam qaynaqlarında “Hörmüz” adlanan Ahura Məzdək (Hakim Rəbb), Daryus (təxminən e.ə. 500-cü illər) və təqibçiləri tərəfindən Qərbi Asiyaya gətirilən, bir neçə yüz əsr içində Turfandan Həbəşistana, İndus çayından Ege dənizinə qədər yayılan bir uca tanrı idi. O, aləmin tanrısı idi. Aləmin məqsədi, yalanın, pisliyin həqiqət tərəfindən məğlub edilməsidir. Aləmdəki maddi və mənəvi nizamı yaradan, təbiət qanunlarını qoyan Ahura Məzdəkdir. Pisliklərin qaynağı isə Əhrimandır. Ahura Məzdək, əvvəllər mənəvi bir varlıq olaraq qəbul edilsə də, sonralar Zərdüştdən əvvəl olduğu kimi, onu nuru atəşin ehtiva etdiyi, yaradılmamış bir işıq olaraq düşünüldü və beləliklə atəş prinsipi Məcusilik yarandı. Ahura Məzdəkin yanında 6 mələk vardır. Bunlara Ameşa Spentalar (Müqəddəs ölümsüzlər) deyilir. Bunlar; Yaxşı ağıl, Ədalət (və ya Həqiqət), İlahi iradə prinsipi, Təvazökarlıq (və ya Dindarlıq), Mükəmməllik və Ölümsüzlük şəklində, Ahura Məzdəyin sifətləri, müxtəlif funksiyaları olaraq tələqqi edilir. Zərdüştə görə bir tərəfdən sağlamlıq, yaxşılıq və aydınlıqdan meydana gələn “Aşa” (aləm nizamı), digər tərəfdən də günah, pislik və qaranlığı özündə saxlayan “Druq” (yalan, anarxiya, fəsad) vardır. İnsanın yaxşılıq tərəfini seçməsi lazımdır. İnsanın bu seçimi o biri dünyada nəticə verəcəkdir. Zərdüştün ölümdən sonrakı mühakimə ilə bağlı təlqinləri vardır. Ahura Məzdəyə inananların ruhu, ölümdən sonra 4-cü gün mühakimə edilir. O, əvvəlcə Cinvat körpüsündən keçəcəkdir. Həmin körpü, bu aləmdən digərinə aparır. Dinsiz bu körpüdən keçməyib cəhənnəmə düşər. Dindar insan isə bu körpüdən keçib cənnətə çatar. Zərdüşt, özündən 3 min il sonra Əhrimanın gücü üzə çıxacaq, həqiqət və haqq-ədalət evi qurulacaqdır, inancını yaymışdır. Beləliklə itaət ruhu zəfər qazanacaq. Mühakimə, atəş və ərimiş mədənlə olacaqdır. Bütün bu işlər, “Saosşyant” adlanan qurtarıcının doğmasıyla meydana gələcək. O, Kansava gölündə yuyunan bir bakirənin Zərdüştün toxumuyla hamilə qalması nəticəsində dünyaya gələcəkdir. Beləcə ölülərin dirilməsi başlayacaq. İlk insan olan “Gayomart”ın sümükləri həyat qazanacaq, bütün ölülər təkrar bədənlərinə qovuşacaq və bir yerə toplanacaqlar. Yaxşılar, pislər ayrılacaq, yaxşılar cənnətə, pislər cəhənnəmə gedəcəklər. Üç gün qalacaq, sonra bütün yaradılmışlar atəş bulağından keçəcək, atəş pisləri təmizləyəcək və şeytanlarla birləşənlərədən başqa hamı, Ahura Məzdəyin ölkəsinə daxil olacaqlar. Zərdüştdən əvvəl “deva” deyilən və Əhrimənin dostları olan şeytanlara onları sakitləşdirmək üçün qurban kəsilirdi. Onların qurbanlarından çıxan buxarla qidalandıqlarına inanırdılar. Bununla da onlara ibadət etmiş sayılırdılar. Zərdüşt bu səbəbdən qurban kəsməklə mübarizə aparmışdır. Zərdüşt mal-qara əti yeməyi də qadağan etdi (Hindistanda da bu qadağa vardır. İslamda və yəhudilikdə isə donuz əti qadağan olunmuşdur). Zərdüşt inancına görə qadın və kişi bir-birinə dost olaraq yaradılmışdır. Onların bütün hüquqları bərabərdir. İçki içmək, mahnılar dinləmək olar. Bu inanca görə cənnət musiqili bir yer olaraq dəyərləndirilir. Zina etmək, intihar etmək tanrı Ahura Məzdəki qəzəbləndirən əməllərdəndir. Zərdüşt heyvandarlıq və əkinçiliklə məşğul olmağı savab ve xeyir-bərəkət olaraq bəyan etmişdir. Atəş, Zərdüşt dini inancına görə müqəddəs olaraq qəbul edilir. Avestaya görə atəş tanrı Ahura Məzdəyin ruhu və oğludur. Əsas olaraq atəşə üç məna verilirdi və müqəddəs tutulurdu. Atəşin başlanğıcı ev atəşi, yəni ocaq atəşi qəbul edilirdi. İkincisi, qurban atəşi olub, bu daima yanan və pislikləri uzaqlaşdırandır. Üçüncüsü isə camaatın meydanlarda yandırdığı və ətrafına toplandığı, bu atəşin üzərindən keçərək günahların, xətaların bağışlandığına inanılan atəş idi. Bu inanca görə atəş, sadəcə günah və xətalardan təmizləməklə yanaşı, eyni zamanda ilahi güc və qüvvət verən bir qaynaqdır. Çünki, atəşin Ahura Məzdəyin oğlu olmasıyla bərabər, insanların ruhlarının da atəşdən gəldiyi və ölümdən sonra ruhun yaranmış olduğu göydəki atəşə çəkiləcəyi və onunla birləşəcəyinə inanılır. Müqəddəs atəş bəzi qaynaqlara görə üç yerə ayrılır: - Fərhəng atəşi – Din adamlarının atəşi- Güşnah atəşi – Döyüşçülərin atəşi- Burzin Mihr atəşi – Kəndli və əkinçilərin, xalqın atəşi olaraq qəbul olunur.
Zərdüşt inancına görə yer üzərindəki hər cür canlı və cansızda atəş vardır. İnsanda, heyvanda, bitkilərdə, göydə və yerdə bu atəşi müxtəlif vaxt və vəziyyətlərdə açıq görmək mümkündür.
Hazırlayan: Əkrəm Həsənov
Xahiş olunur materialdan istifadə edərkən www.islam.azeriblog.com saytını mənbə kimi istifadə edəsiniz. Əks halda halallıq verilmir.




