Səudiyyə alimləri Quran ayələrinin telefon zəngi kimi istifadəsini doğru saymırlar
Baş mufti Abduləziz Əş-Şeyxin rəhbərliyi altında keçən müzakirələrdə din alimləri bunun Qurana hörmətsizlik olduğunu bildiriblər
Bir neçə müddətdir Səudiyyə Ərəbistanında avazlı səslə oxunan Quran ayələrinin mobil telefon zəngi kimi istifadəsinin mümkün olub - olmaması barədə aparılan müzakirələr başa çatıb. Nəhayət, Səudiyyə Ərəbistanı alimləri yekdilliklə Quran ayələrinin oxunduğu səsin telefona zəng ola bilməyəcəyinə fitva veriblər.
Baş mufti Abduləziz Əş-Şeyx rəhbərliyində keçirilən müzakirələrdən sonra verliən fitvada “Belə bir şey dini üsullara görə doğru deyil. Çünki uyğunsuz yerdə və vaxtda çalınan telefon zəngləri, Quranın müqəddəsliyinə zərər verir” deyilib.
Quran ayələrinin mobil telefonda zəng əvəzinə istifadə edilməsi son vaxtlar İslam dünyasında ən çox müzakirə olunan mövzulardan biri olmuşdu. /ANS PRESS/




