Reklam verin!

İSLAM TƏHLÜKƏSİ

qezetlerimizSon illərdə kütləvi informasiya vasitələrində böyük diqqət “İslam Fundamentalizmi”deyə adlandırılan “təhlükəyə” verilməkdədir. Əfsuslar olsun ki, Qərb mediyasında məqsədli, qərəzli məlumatlandırmanın təhrif olunmuş qatışığı və bəzi “cahil, avam” müsəlmanların əməlləri səbəbindən dolayı “İslam” kəliməsi demək olar ki, terror kəliməsi ilə sinonim olaraq işlədilir.

Bununla belə, məsələni araşdırdıqda, təhlil etdikdə, ağlımıza ilk gələn sual: “İslam təlimləri, ayinləri terrorizmi dəstəkləyirmi, təşviq edirmi, buna həvəsləndirirmi?!” şəklində olmalıdır.

Cavab: Əlbəttə, əsla yox! İslam bəzi azmış, zəlalət camaatları tərəfindən işlənən terror hərəkətlərini tamamilə qadağan edir. Yadda saxlamaq lazımdır ki, bütün dinlərdə ayinlər, təlimlər və bununla yanaşı azmış tərəfdarları, ardıcılları var. O zaman belə bir sual ortaya çıxır, görəsən dinlərin ayinlərinimi gözdən keçirmək lazımdır, yoxsa bir neçə şəxsin əməllərini? Əfsuslar olsun ki, mediyada, hər hansı bir müsəlman cinayət etdikdə ona “müsəlman terrorist” ləqəbi verilir.


Bununla belə, serblər (xristianlar) müsəlmanları qətl etdikləri zaman və Bosniyada günahsız qadınları zorladıqda, onlara “xristian terroristlər”adı verilmədi və verilmir. Həmçinin Şimali İrlandiyada baş verən hərəkətlərə, əməllərə “Xristian” terrorizmi adı verilmir. Həmçinin, sağ qanad Xristian partiyası Birləşmiş Ştatlarda abort klinikasını bombaladıqda onlara Xristian terroristləri adı verilmədi. Bu faktlar üzərində düşündükdə, belə qənaətə gəlmək olar ki, kütləvi informasiya vasitələrində ikili standart mövcuddur. Bunlara baxmayaraq dini hisslər əvvəlcə qeyd olunan “xristian “ münaqişələrində mühüm rol oynayır. Media onlara dini adlar vermir. Çünki onlar güman edirlər ki, bu cür barbar hərəkətlərin Xristianlığın təlimləri ilə heç bir əlaqəsi yoxdur. Bunula belə, müsəlmanlar ilə əlaqədar bir şey baş verdikdə, onlar adətən İslamın özünü təqsirləndirməyə cəhd edirlər. Yolunu azmış insanı yox!

Əlbəttə, islam dini döyüşə icazə verir-döyüşə icazə verməyən hər hansı bir din və yaxud sivilizasiya heç zaman yaşaya bilməzdi.Lakin əlbəttə ki, islam dinin günahsız insanlara, qadınlara və yaxud uşaqlara qarşı işlənən hücumları təsdiqləmir və onlar ilə qəti razılaşmır. Ərəb dilində “cihad” sözü adətən “müqəddəs müharibə” kimi tərcümə olunur. Bu söz sadəcə “cəhd göstərmək, mübarizə aparmaq” mənasını ifadə edir. Ərəb dilində müharibə sözü “harb”dır, cihad deyil. “Mübarizə aparmaq” yəni cihad etmək deməkdir. İslamı, müsəlmanları və yaxud müsəlmanların zülm olunduğu torpaqları azad etmək üçün əlbəttə cihada icazə verilir və hətta buna təşviq olunur.

Bununla belə, bu cür istənilən əməllər, hərəkətlər İslam dininin ayinlərinə müvafiq olaraq həyata keçirilməlidir. İslam həmçinin açıq-aydın “qanunu öz əlinə almağı” qadağan edir. Yəni bu o deməkdir ki, fərdi müsəlmanlar öldürmək, cəzalandırmaq və yaxud əziyyət verməkdə istədikləri cür hərəkət edə bilməzlər.

Məhkəmə və cəza, qanuni səlahiyyət orqanı və elmli hakim tərəfindən həyata keçirilməlidir. Həmçinin, müsəlman dünyasında baş verən hadisələrə nəzər salsaq, yadda saxlamaq lazımdır ki, uzun müddətli müstəmləkəçilik müsəlman ölkələrinin əksəriyyətində bu yaxınlarda sona çatmışdır. Bu müddət ərzində, əsasən də Qərb millətləri olan xristianlar tərəfindən bu ölkələrdə olan insanlar mədəni, maddi və dini cəhətdən ististmar olunmuşdurlar. Bu acınacaqlı dövr bir çox müsəlman ölkəsində həqiqətdə başa çatmamışdır.

Həmçinin media vasitəsilə Qərb dünyasında olan insanlara İraqda olan Səddam Huseyin və Livyalı Muammar Qaddafi kimi zalımlar “islam” şəxiyyətləri kimi təqdim olunur. Halbuki bunun əksi həqiqətə daha uyğundur. Bunlardan heç biri hətta islam dinini ideologiya olaraq belə qəbul etmirlər. Gücsüz insanları idarə etmək üçün sadəcə islami şüarlardan istifadə edirlər. Onların islamdan payı Hitlerin Xristianlıqdan payı qədərdir! Ona görə də, bunu demək kifayətdir ki, terrorizm və günahsız insanları öldürmək islamın ayinləri ilə birbaşa ziddiyyət təşkil edir.

ALLAH TƏALA DAHA YAXŞI BİLİR Müvəffəqiyyət Allahdandır. Allahın salamı və salavatı peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinin üzərinə olsun.

MƏNBƏ: ƏHLİ SÜNNƏT

© 2007 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənov cənablarına məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com

Baxış sayı: 277
Açar sözlər: islam təhlükə fəsad terror 
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


Islam haqq dini

Burada Allahın izni ile Allah xatirine yazdigim islama aid meqalelerle tanış olacaqsınız. Hemçinin inşallah bundan sonra çalışacağam ki, bu fani dünyada yaşadığım müddətcə daima yeni məlumatları, maraqlı məqalələri və digər faydalı materialları sizlərə çatdırım. Buna görə də istərdim ki, sizdə bu xeyir işdə mənə dəstək olasınız. Mən düşünürəm ki, bu gün cəmiyyətimizdə artıq ilahiyyatçı alimlər kifayət qədər var və onlar bir yerdə müxtəlif dillərdə olan və dövlətin icazəsi ilə ölkəyə gətirilən dini kitabları öz dilimizə çevirib xalqımızın maariflənməsinə təkan verməlidirlər. Bunun üçün imkanı olan və olmayan bütün müsəlman bacı və qardaşlarımızdan, ilahiyyatçılarımızdan bu məsələdə ciddi olmalarını və birləşib xalqımızın maariflənməsi üçün əllərindən gələni əsirgəməmələrini arzu edirəm. Bunun üçün sizdən çox xahiş edirem ki, irad ve tekliflerinizi mene bildirəsiniz. Gəlin bu işdə bir birimize kömək edek. Çünki Peyğəmbərimiz (s.ə.s) buyurub ki, bir insanın sənin əlinlə hidayətə gəlməsi bütün insanların hidayətə gəlməsi kimidir. Ona görədə gəlin xeyir işlərdə yarışaq. Allahın və Peyğəmbərinin (s.ə.s) verdiyi xəbərləri təsdiq edək.

Axtarış

Sorğu

Saytımın yeni görünüşü xoşunuza gəldimi?



Açar sözlər

islam  əbubəkr  islam,  quran  din 

Sayqaç

İndi blogda: 27
Keçən ayın hiti: 70300
Dünənki hit: 3041
Bugünki hit: 245
Ümumi hit: 500680





Top on A-Z.az





Free hit counters






En kaliteli siteler Alersa.Net
Bedava Site Ekle AddThis Feed Button
Add to Technorati Favorites