Hacı Allahşükür Paşazadə Qarabağın dinlərarası konflikt olması fikri ilə razı deyil
Qafqaz Müsəlmanları İdarəsinin başçısı Hacı Allahşükür Paşazadə Ermənistanın baş naziri Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin əsasında dini faktorun durduğu barədə dediyi fikirlə razı deyil.
Şeyx bu barədə beynəlxalq tolerantlıq günü ilə əlaqədar Bakıda keçirilən “Tolerantlıq örnəyi Azərbaycan” konfransında çıxışında bildirib. Onun sözlərinə görə, bu Azərbaycanın artan hərbi gücü qarşısında özünü köməksiz hiss edən Ermənistanın Qərbə müraciətidir. "Bu yolla erməni təcavüzkarları yenidən özlərinin qurban obrazlarını canlandıraraq daha böyük dəstəyə ümid edirlər”, deyə A. Paşazadə bildirib.
A. Paşazadə xatırladıb ki, bütün ermənilərin katalikosu I Vazgen vaxtı ilə Qarabağ konfliktinin dinlərarası münaqişə kimi qəbuledilməzliyi qeyd olunan bəyanata qol çəkib. “I Vazgenin davamçıları da bunu təsdiqləyiblər. Görünür, öz siyasi liderlərini qorumaq üçün ermənilər öz dini liderlərinin mövqeyinin təkzib etməyə utanmırlar”, deyə bütün Qafqazın Şeyxi bəyan edib. /ANS TV/
© 2007 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənov cənablarına məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com




