RUSİYADA DÜZƏLDİLMİŞ QIZIL QURAN TEHRANDA NÜMAYİŞ ETDİRİLƏCƏK
Rusiyada təmiz qızıldan düzəldilmiş 162 səhifəlik Quran sərgidə nümayiş etdirilmək üçün Tehran muzeyinə göndəriləcək. Hazırda 14 səhifəsi İran paytaxtında olan nadir Quranın tam şəkildə oktyabrın 2-nə qədər göndərilməsi planlaşdırılır. Tehran sərgisi də bu gündən başlayaraq oktyabrın 2-nə qədər davam edəcək. Qızıl Quran bu günə qədər gəlib çıxan müqəddəs kitabın ən qədim versiyası sayılan «Osman quranının» üz köçürməsidir. Kitab hazırda Sankt-Peterburqda Elmlər Akademiyasının şərqşunaslıq institunun balansındadır. Qızıl Quranın hər səhifəsi yarım millimetr qalınlığındadır və hərflərin yazılışı digərlərinə nibətən 3 dəfə qalındır. Moskva Dövlət Universitetinin professoru Dimitri Frolovun sözlərinə görə, bu Quranda istifadə edilən əl yazısı öz oxşarlarından daha mükəmməl və tam şəkildə yazılıb. Quranda istifadə edilən qızılın dəyəri 6 milyon Amerika dolları məbləğindədir. Bu müqəddəs kitabın saxtasının və ya oxşarının düzəltmək isə mümkünsüzdür.
Mənbə: Mix.AZ
© 2007 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənov cənablarına məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com




