Həcc zamanı müsəlmanlar “blutuz”la idarə olunacaqlar
Səudiyyə Ərəbistanı Həcc zamanı müsəlmanları “blutus” vasitəsilə idarə edəcək. Kral hakimiyyəti bu yolla zəvvarların əsas problemini həll etməyi planlaşdırır. “İTAR-TASS”ın verdiyi xəbərə görə, əsasən yaşlı zəvvarların iştirak etdiyi ziyarət fövqəladə hadisələrlə müşayiət olunur.
Belə ki, 1990-cı ildən 2006-cı ilədək sıxlıq və ziyarət zamanı baş verən yanğınlarda ümumi hesabla 2,5 mindən çox insan həlak olub. Ən böyük faciə isə 1990-cı ildə baş verib. Həmin vaxt Məkkədən Minaya olan tuneldə 1426 nəfər ayaq altda qalaraq ölmüşdü.
Axırıncı dəfə belə hadisə zamanı ötən ilin yanvar ayında şeytanın daşlanması mərasimində 346 nəfər həlak olmuş, 300-ə yaxın insan yaralanmışdı.
“Blutuz” texnologiyası isə adi şəxsi kompyüterlər, noutbuklar, mobil telefonlar, printerlər, rəqəmli fotoaparatlar, qulaqcıqlar vasitəsilə informasiya mübadiləsini təmin edir. “Blutuz” bu qurğulara 10 metrdən 100 metrədək məsafədə informasiya axını ilə mübadilə etməyə imkan verəcək. /ANS PRESS/
© 2007 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənov cənablarına məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com















