Ərdoğanın həyat yoldaşı hərbi xəstəxanaya buraxılmayıb
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan hərbi xəstəxanaya buraxılmayıb.
Doğan xəbər agentliyinin (DHA) verdiyi məlumata görə, Türkiyənin tanınmış teatr aktyorı Nejat Uyqur Gülhane akademiyasına gətirilib. Baş nazirin xanımı aktyorun həyat yoldaşı Necla Uyqura zəng vuraraq xəstəxanaya ziyarətə gəlmək istədiyini deyib. Necla Uygur bu istəyi müsbət qarşılayıb. Ancaq daha sonra xanım Uygur Əminə xanıma zəng vuraraq ziyarətin mümkün olmadığını deyib.
DHA-nın suallarını cavablandıran Necla Uyqur xəbəri təsdiq edib. Onun sözlərinə görə, Əminə xanımın xəstəxanaya daxil olması üçün baş qərargahdan xüsusi icazə tələb edilib. /ANS PRESS/
© 2007 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənov cənablarına məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com















