100-ə yaxın dini kitaba mənfi rəy verilib
Son bir il ərzində ölkəyə 100 min nüsxədən artıq zərərli dini ədəbiyyat gətirilsə də, onların ölkədə yayılmasına imkan verilməyib. Bu barədə açıqlama verən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini qurumlarla iş üzrə şöbənin müdiri Gündüz İsmayılov bildirib ki, zərərli dini ədəbiyyatlar müxtəlif dini sekta və təriqətlərə məxsus olub:"Bundan başqa bir il ərzində Dövlət Komitəsində 400-ə yaxın kitab ekspertizadan keçirilib.Onlardan 100-nə mənfi rəy verilib və həmin kitabların ölkədə yayılmasına qadağa tətbiq edilib". ("OLAYLAR"İA)
MƏNBƏ QAYNAR İNFO
© 2007 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənov cənablarına məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com




