Reklam verin!

Düşmənimiz kim?

ABŞ imperializmi son zamanlar İslam dünyasına qarşı yürütdüyü müharibədə istifadə etdiyi bəzi detalları sadəcə aldatmaqdan ibarət olduğu və bu müharibəni məqsədinə çatmaq üçün, həqiqətdə İslama qarşı geniş çərçivəli bir müharibə həyata keçirildiyini biz əvvəllər demişdik.
Böyük Allah Qurani Kərimdə onlar haqqında bəzi mətləbləri açıqlayır.
Möminlər möminləri buraxıb kafirləri dost tutmasınlar! Bunu edən (kafirləri özünə dost tutan) kəs Allahdan heç bir şey gözləməsin (onun Allah dərgahında heç bir qədir-qiyməti olmaz). Ancaq onlardan gələ biləcək bir təhlükədən qorxmanız (çəkinməniz) müstəsnadır. Allah sizi Öz əzabından çəkindirir. Axır dönüş Allaha tərəfdir! (Hamı Allahın hüzuruna qayıdacaqdır!) (Ali-İmran surəsi ayə 28)


Böyük Allah Qurani Kərimdə bu barədə digər ayədə belə buyurulub:
Ey iman gətirənlər! Möminləri qoyub kafirləri dost tutmayın! Məgər Allaha öz əleyhinizə açıq bir dəlilmi vermək istəyirsiniz? (Nisa surəsi ayə144)
Bu məsələ digər ayədə daha da açıq-aşkar önə çəkilir:

Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri (özünüzə) dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz! (Maidə surəsi ayə 51)
Məlum olduğu kimi son vaxtlar İslama qarşı müharibə edənlərin Müsəlmanların inanc və dəyərlərini təhqir etməsindən sonra müxtəlif böhranlar yarandı. Bu fikirlər onlarda yeni deyil. Böyük Allah onların bu hərəkətlərini Qurani Kərimdə yada salmış və müsəlmanların inanc və dəyərlərini lağa qoyanları dost etməməyin vacibliyini önə çəkib.
Ey iman gətirənlər! Sizdən əvvəl kitab verilmiş olanlardan dininizi oyun-oyuncaq hesab edənləri və kafirləri özünüzə dost tutmayın. Əgər möminsinizsə Allahdan qorxun! (Maidə surəsi ayə 57)
Böyük Allah küfr güclərinə işləyən amma Müsəlmanların arasında olan fitnəçiləri bu ayədə pisləyir:
Sizə bir mənfəət yetişəndə onlar qəmgin olur, sizə bir zərər toxunanda isə ona sevinirlər. Əgər səbr edib özünüzü qorusanız (Allahdan qorxsanız), onların hiyləsi sizə heç bir zərər yetirməz. Şübhəsiz ki, Allah onların nə etdiklərini biləndir.Ya Rəsulum!)
Sən müharibədən ötrü möminlərə (əlverişli) mövqelər hazırlamaq üçün sübh vaxtı öz ailəndən ayrılıb (Mədinədən Ühüdə) getdiyin vaxtı (yadına sal)! Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir!
(O müharibədə) sizin içərinizdən (Sələmə və Harisə oğullarından ibarət) iki dəstə məğlubiyyətdən (uğursuzluqdan) qorxaraq geri çəkilmək fikrinə düşmüşdü. Halbuki, Allah onların yardımçısı idi. Gərək möminlər (hər işdə) Allaha təvəkkül etsinlər! (Ali-imran ayə 120-121-122).
Bu ayələri oxuduğumuzda, dövrümüzdəki imperialist güclərə işləyən amma Müsəlman xalqların yanında olan, bəzi KİV-ləri işçiləri və siyasətçilərin profilinin nə qədər önümüzdə durduğunu görürük.
Onların xüsusiyyətlərini də Qurani Kərim belə açıqlayır:
“O münafiqlər ki, möminləri qoyub kafirləri dost tuturlar. (İzzət və) qüdrəti onların yanındamı axtarırlar? Şübhəsiz ki, (izzət və) qüdrət tamamilə Allaha məxsusdur!
Bəziləri İslam düşmənlərindən gələ biləcək pisliyə və ziyana görə onlarla dostluq və yaxın əlaqələrə girirlər. Böyük Allah belə düşünənlərə bu ayə ilə bunları xatırladır:
Ona görə də qəlblərində mərəz (nifaq xəstəliyi) olanları onların (yəhudi və xaçpərəstlərin) içində vurnuxan və: “Bizə bir fəlakət üz verməsindən (islamın məğlubiyyətindən) qorxuruq”, - deyən görərsən. Amma, ola bilsin ki, Allah (möminlərə) bir zəfər gətirsin və Öz tərəfindən elə bir iş qursun ki, onlar (münafiqlər) ürəklərində gizlətdiklərindən (küfr və nifaqdan) peşman olsunlar.
Ayrıca bu ayəni :”Əgər səbr edər və təqvalı olsanız onların oyunları sizə zərər verməz”-diqqətinizə təkrar çatdırım.
Bu gün baş verənlər,xüsusilə ABŞ-də son vaxtlar İslama qarşı yürüdülən İslama qarşı fəaliyyətlər, onların daxilindəki kin və nifrəti bir daha çox üzə çıxartmasıdır. Aparılan işlərindən İslama qarşı və düşmən olduqlarını başa düşürük.
Kilsə dından verilən açıqlamada dioloq üçün Qurandan vaz keçmək kimi istəklər və Quran olduğu müddətdə dialoqun qeyri-mümkünlüyünü ifadə etmələri onların həqiqi niyyətlərini önə çıxarmışdır. (Bu mövzuda araşdırmalar olacaq).

Diqqətinizə çatdıraq ki, Əhməd Varol Türkiyənin tanınmış alimlərindəndir. Onun məqalələrini zaman-zaman sizə təqdim edəcəyik.
Əhməd Varol
© 2007 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənov cənablarına məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com  

 



Baxış sayı: 210
Açar sözlər: düşmən ordu atəşkəs kim 
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


Islam haqq dini

Burada Allahın izni ile Allah xatirine yazdigim islama aid meqalelerle tanış olacaqsınız. Hemçinin inşallah bundan sonra çalışacağam ki, bu fani dünyada yaşadığım müddətcə daima yeni məlumatları, maraqlı məqalələri və digər faydalı materialları sizlərə çatdırım. Buna görə də istərdim ki, sizdə bu xeyir işdə mənə dəstək olasınız. Mən düşünürəm ki, bu gün cəmiyyətimizdə artıq ilahiyyatçı alimlər kifayət qədər var və onlar bir yerdə müxtəlif dillərdə olan və dövlətin icazəsi ilə ölkəyə gətirilən dini kitabları öz dilimizə çevirib xalqımızın maariflənməsinə təkan verməlidirlər. Bunun üçün imkanı olan və olmayan bütün müsəlman bacı və qardaşlarımızdan, ilahiyyatçılarımızdan bu məsələdə ciddi olmalarını və birləşib xalqımızın maariflənməsi üçün əllərindən gələni əsirgəməmələrini arzu edirəm. Bunun üçün sizdən çox xahiş edirem ki, irad ve tekliflerinizi mene bildirəsiniz. Gəlin bu işdə bir birimize kömək edek. Çünki Peyğəmbərimiz (s.ə.s) buyurub ki, bir insanın sənin əlinlə hidayətə gəlməsi bütün insanların hidayətə gəlməsi kimidir. Ona görədə gəlin xeyir işlərdə yarışaq. Allahın və Peyğəmbərinin (s.ə.s) verdiyi xəbərləri təsdiq edək.

Axtarış

Sorğu

Saytımın yeni görünüşü xoşunuza gəldimi?



Açar sözlər

islam  əbubəkr  islam,  quran  din 

Sayqaç

İndi blogda: 27
Keçən ayın hiti: 70300
Dünənki hit: 3041
Bugünki hit: 275
Ümumi hit: 500710





Top on A-Z.az





Free hit counters






En kaliteli siteler Alersa.Net
Bedava Site Ekle AddThis Feed Button
Add to Technorati Favorites