İsrailin baş naziri bu gecə Birləşmiş Ştatlara yola düşüb

Ehud Olmert: "Konfrans 7 illik fasilədən sonra Fələstin və İsrail arasında münaqişənin danışıqlar yolu ilə həllinə yenidən şərait yaradacaq"
İsrailin baş naziri Ehud Olmert Yaxın Şərq sülh konfransında iştirak etmək üçün bu gecə Amerika Birləşmiş Ştatlara gedib. Ölkəsini tərk etməzdən əvvəl jurnalistlərə verdiyi müsahibəsində Ehud Olmert bəyan edib ki, problemin həllini iki xalq üçün iki dövlət prinsipi üzrə tapmağa çalışacaqlar.
Qeyd edək ki, sabah ABŞ prezidenti Corc Buş Fələstin və İsrail nümayəndə heyətini qəbul edəcək. Axşam isə konfrans iştirakçılarının şərəfinə ziyafət veriləcək./ANS TV/




