Mahmud Abbas ABŞ-a səfər edib
Fələstin prezidenti Mahmud Abbas Annopolis Yaxın Şərq sülh konfransında iştirak etmək məqsədilə ABŞ-a səfər edib. İsrail -Fələstin probleminin sülh və danışıqlar yolu ilə həlli imkanlarının müzakirə ediləcəyi bu konfransda hər iki münaqişə tərəfi iştirak edir və onlar Annopolis görüşləri barədə əvvəlki çıxışlarında nikbinlik nümayiş etdiriblər.
Fələstin prezidenti Mahmud Abbasın Yaxın Şərq sülh konfrasında iştirakı birmənalı qarşılanmayıb. "Həmas" hərbi qruplaşması lideri bildirib ki, Mahmud Abbasın Yaxın Şərq sülh konfransında iştirak qərarından təəsüflənirlər. "Həmas" hesab edir ki, Fələstinin parçalandığı bir vaxtda danışıqların aparılması məqsədəuyğun deyil. "Mahmud Abbasın ölkə adından danışıqlar aparmaq səlahiyyəti yoxdur" deyə qruplaşma rəhbəri bəyan edib. /ANS TV/




