Cümə namazı
Müsəlmanlar müxtəlif vaxtlarda bir sıra ibadətləri yerinə yetirmək üçün bir yerə toplaşırlar. Bu ibadətlərə gün ərzində qılınan beş vaxt namaz, həftədə bir dəfə qılınan cümə namazı, ildə iki dəfə qılınan bayram namazları, həcc və s. misal gətirmək olar. Bu kitabçamızda camaatla birgə həyata keçirilən və əhəmiyyətinə görə
Cümə: hicri təqvimində həftənin yeddinci gününə, miladi təqvimində isə həftənin beşinci gününə deyilir. Həmçinin, cümə günü camaatın məsciddə toplaşıb birgə qıldıqları namaz da cümə namazı adlanır. İlk cümə namazı Peyğəmbərin məscidində, ondan sonra isə Bəhreyndəki Əbdülqeys məscidində qılınmışdır.Uca Allah cümə namazını müsəlmanlara cümə günü qılmağı əmr etmişdir. Bu, Allahın bizə bəxş etdiyi böyük bir nemətdir. Məhz bu gündə müsəlmanlar bir yerə toplaşır, Allah və Rəsulunun kəlamını eşitdikdən sonra namaz qılaraq oradan ayrılırlar. Ayların ən xeyirlisi Ramazan, gecələrin ən xeyirlisi qədr, günlərin ən xeyirlisi isə cümə günüdür. Cümə gününün fəzilətiCümə günü günlərin ən yaxşısı, həftənin bayramıdır. Adəmin yaradılması, Cənnətə daxil olması, oradan çıxarılması, yerə enməsi, tövbə etməsi və ölməsi cümə gününə təsadüf edir. Həmçinin, qiyamət də cümə günü qopacaqdır. Elə buna görə də, cümə günü heyvanlar gün çıxandan gün batana qədər qorxu içində olurlar. Məhz bu gündəmüəyyən bir vaxt var ki, o vaxtda dua edənin duası qəbul olunar. Allah mübarək cüməgünündə bizim ümmətə hidayət vermişdir. İkicümə arası kiçik günahların bağışlanması və bunlardan başqa bir sıra fəzilətlərə malikdir. Cümə günü günlərin ən hörmətlisidir. Cümə namazının hökmü Cümə namazı zöhr namazı kimi olmayan, müstəqil qılınan bir namazdır. Cümə namazı ilə zöhr namazının vaxtı eyni olsa da, uca səslə qılınması, rükətlərinin sayı, xütbənin oxunması və başqa şərtlərinə görə bir birindən fərqlənirlər. Bu namazın hökmü vacibdir. Onun vacibliyinə Quran, sünnə və alimlərin ittifaqı dəlalət edir. Uca Allah buyurur: “Ey iman gətirənlər! Cümə günü namaza çağırılan zaman Allahı zikr etməyə tələsin və alış verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir”. Allahın bu ayədə “tələsin” deyə əmr etməsi ilə yanaşı “alış-verişi” də buraxmağı əmr etməsi bu namazın vacibliyinə və əhəmiyyətinə işarədir. Əgər bu namaz vacib olmasaydı onda Allah “alışverişi” qadağan etməzdi. Peyğəmbər (s.ə.s) buyurmuşdur:“Cümə namazı həddi buluğa çatmış (hər bir müsəlman kişiyə) vacibdir”. Başqa bir hədisdə buyurmuşdur: ”Üç dəfə səbəb olmadan cümənitərk edənin Allah qəlbini möhürləyər”. Abdullah ibn Məsud (r.a) cümə namazını tərk edənlər barədə Peyğəmbərin (s.ə.s) belə dediyini eşitmişdir: “Canım Əlində olana and olsun ki, istərdim odun yığsınlar, sonra namaz üçün azan versinlər və kiməsə imam olmağı həvalə edib cümə namazına gəlməyən kişilərin evlərini yandırım”. Müsəlmanlar cümə namazının vacib olmasında ittifaq etmişlər. Bu barədə İbn Munzir “əl-İcma” kitabında buyurmuşdur: “Cümə namazının azad insanlara, həddi buluğa çatmış və səfərdə olmayan üzrsüz hər bir kişiyə vacib olmasında alimlər yekdil rəyə gəlmişlər”. Yeddi şərt vardır ki, bunlar hansı bir müsəlmanda tamamlansa, cümə namazı ona vacib olur:1 – Müsəlman olmaq.2 – Həddi buluğa çatmaq.3 – Ağlı başında olmaq.4 – Kişi olmaq. Qadına və kişiliyi ilə qadınlığı bilinməyən insana cümə vacib deyildir.5 – Azad insan olmaq. Qula cümə namazı vacib deyildir. Yalnız ağası icazə verərsə o zaman qul olana da cümə namazına getmək vacibdir.6 – Yaşadığı yerin sakini olmaq. Müsafirə cümə vacib deyildir.7 – Xəstəlik və s. kimi üzrlü səbəblərin olmamağı.(Ardı hər cümə günü sizlər üçün təqdim olunacaq)
ibadətlər arasında xüsusi yeri olan cümə namazından bəhs edəcəyik.
Ramil, "Cümə namazı" kitabından seçmədir. Həmin kitabı tam olaraq yükləyə bilərsiniz. Allah təala faydalı etsin. Amin!
Məqalə şəklində ardını davamında oxuyun. Hər cümə hissə-hissə təqdim olunacaq.

Ramil, Cümə namazı kitabından seçmədir. Həmin kitabı tam olaraq yükləyə bilərsiniz. Allah təala faydalı etsin. Amin!
Kitabı Yüklə