"Şiddətli zorakılığa məruz qalan qadın özünü müdafiə etmək üçün ərini döyə bilər"
Livanın məhşur İslam alimlərindən Ayətullah Muhamməd Hüseyn Fəzlullah beynəlxalq qadınlara qarşı zorakılığı ləğv etmə günü yeni bir fitva verib. Haberturk saytının verdiyi məlumata görə, fitvada bildirilib ki, İslam dini bəzi işlərdə kişiyə üstünlük versə də, kişinin həyat yoldaşına söyməsi və təhqir etməsi kimi heç bir zorakılığa xoş baxmır.
Ayətullah Fəzlullah belə hərəkətlərin günah olduğunu, belə rəftar edənlərin Allah qarşısında cavab verəcəyini və şəriətə görə cəzalandırılacağını bildirib. Bundan başqa İslam alimi bildirib ki, kişinin qadına qarşı göstərdiyi fiziki zorakılıq o kişinin zəifliyini göstərir. Şiddətli zorakılığa məruz qalan qadın özünü müdafiə etmək üçün ərini döyə bilər – deyə din alimi vurğulayıb. Onun fikrinə görə, iş yerlərində və ailədə hökmən qadınların hüquqları qorunmalıdır. /ANS PRESS/
© 2007 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənov cənablarına məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com




