“Təfsirul-Quranil-Azım” (qısa surələrin təfsiri)
“əl-Adiyat” surəsi, 11 ayə, Məkki. Bismilləhir-Rahmənir-Rahim (1-4 ayələr) Qazilərun atları haqq üçün ki, düşmən üzərinə hücum etdikdə döşlərindən hərilti səsi eşidilir. Və ya Məhəmməd ki, dəvələr haqqıcün ki, Arafədən Müzdəlifəyə, Müzdəlifədən Minayə boyuninə uzadır. Və o atlar haqqıçün hücum etdikdə yəni, daşlı yerlərdən getdikdə dırnaqları yerindən od çıqır. Və o atlar haqqıçün : subh vaxtında kafirləri ğarət etməyi gedir ki, onlar getdikləri yerdən toz qalxır. O toz ilə düşmən camaatının içrəsinə girir və ehtimal ki: bu anda o xalqlar üçün olur ki, kamalları əsərinə adiyədir.(adiyə: ğazavat yolunda yəgin sürən atlardır) fikirləri ilə məarif nurunun (ənvari məarif) muriyədir (muriyə ərəbcə toz mənasındadır).
( 5-6 ayələr) İnsan Allah-təalanun nemətlərinə küfrani nemətdir. Həqiqət də Allah-təala onun nemətlərinə kafir olanlara şahiddir. Və yəin ki, insan özu ona şahiddir. (7-8 ayələr) İnsan malun məhəbbətinə çox bərk və mal tuylamasına hərisdir. Və Allah-təalanun taətinə və nemətlərinə şükür etməsində zəifdir. (9-11 ayələr)İnsan bilməyirmi ki, olub qəbrə gedəndən sonra yenə diriləcəkdir. Və qəlblərində olan xeyir və şər ayrılıb arayı gələcəkdir. Allah-təala onlarun istər gizli və istərsə aşkar etdikləri sirlərinini bilir. Qiyamət günü onlara görə hər kəsin cəzasını verəcəkdir. “əl-Qariyə” surəsi 11 ayə, Məkki Bismilləhir-Rahmənir-Rahim (1-3 ayələr) Qəlblərə yara vuruci gün öncə gündür.O nə şeydir. Və onu sənə nə bildirdi.O qiyamət günüdür ki: onun qurucusundan qəlblər vurulur. Və onun nə vaxt olmasına sənun elmin yoxdur. (4-5 ayələr) O elə bir gündür ki: xalq bərk qorxu içrəsində olub çikirtkən kimi biri-birinə qarışub yerlə yeksən olurlar. Və tağlara atılmış pambuq kimi hava üzərinə tağılıb uçurlar. (6-7 ayələr) O, şəxslərin ki, savab çəkisi ağır ola onlara cənnətdə eyş işrətdə olacaqlar ki, sahibi ondan çox razı qalacaqdır. (8-11 ayələr) Ama o şəxslər ki onların savab çəkisi yüngül , günah çəkisi ağır ola yəni savabı olmasa , günahı savabdan çoxdursa onlarun yeri həviyədir. (Həviyə cəhənnəmdə ən alçaq od olan yerdir. Axırıncı təbəqəsi) O həviyənin nə olduğunu sənə nə bildirdi. O çox yandırıcı oddur. “ət-Təkəsur” surəsi, 8 ayə, Məkki Bismilləhir-Rahmənir-Rahim (1-2 ayələr)Qövmünüzün çoxluqla fəxr etmək sizi məşğul edib hətta qəbirstanlığa gedib ölülərinizi dəxi sayıb mubahat etdiz. (Mubahat : başqaları ilə fəxr etmək) Və yəinki, mal və övladvuzun çoxluğu ilə, məişət işləri ilə məşğul olub qorxmayub axirəti tərk edib qəbrə getdiz. ( Rivayət olunur ki: Bənu Abd Manafla Bənu Səhm fəxr edib, biz Abd Manaf coxluqda onlara ğalib olaraq, Bənu Səhm isə dedilər ki: cahiliyyət dövrində vuruşmaq bizi puç elədi .Sağ qalanlarlarımızla ölənlərimizi saya bilsək onda biz Abd Manafa ğalib olarıq. Və yəin ki, siz mal və övladlarvuzlə fəxr edirsiniz. (3-4 ayələr) İlə degildir ki : aqil olan adam səyini dünyaya sərf edib axirətə layiq olan əməli unudub yaxına ölməgvuzlə fəxr etməgvizun aqibətin nə olduğunu bilirsiniz. Dirilmək vaqtalarviz nə olduğun bilərsiniz. (5-8 ayələr) Həqiqətdə o fəxr etdiguvinuz axırını axırını ilməl-yəqin olduğunu bildiz. O elm sizi fəxr etməkdən qaytardı. Allah haqqı içün siz cəhənnəm odunu uzaqdan qörürdüz. Sonra ona daxil olduqda aynəl-yəqini görürsüz. Və sonra o sizə fəxr ilə məşğul edən nemətlərun o gündə sahibindən sual olunarsız. Bütün nemətlərdən ki,istər kiçik, istərsə böyük Allah-təala ənam edib o nemətlərə şükri də etmədiz.( Deyilir ki: bu hökm kafirlərə məxsusdur ki, Məkkə kafirləri dünyada xeyrdə nemətdə idilər.Qiyamət günü onun şükründən sual olunacaqdır. Hansi ki, onlara Allah-təalanun nemətini qoyub yəni Allah-təalaya ibadət etməgini qoyub başqalarına ibadət edirdilər. Ona görə də şükri tərk edib əzab olunurlar.İbn Abbas radiallahu anh dedi ki,: bədən, gözlər və qulaqlar məhəbbətun nemətləridir. Qulaqların hansı işdə eşidiglərindən sual olunurlar. Peyğəmbərimiz sallalahu təala aleyhi va səlləm deyir: “səhhət və fərağ iki nemətdir ki xalqun çoxu onda azmışlardır.” Deyilir ki, Peyğəmbərimiz sallalahu və aleyhi va səlləmun gündə deyilməsi və qulaqların din islam ilə hidayət olunması və şəriətin yüngüllüyü və Qur`anın asanlığı nemətdir. “əl- Asr” surəsi 3 ayə, Məkki Bismilləhir-Rahmənir-Rahim Və asr, və vaxt və zaman haqiçün və yəniki, ikindi namazı haqıçün ki, o salatı vustadır yəni orta namazdır. Həqiqətən insan ömrünü fani dünya mətləbinə sərf və həsr etdigiçün ziyandır. O şeylər ziyan degildir ki: Allah-təalaya və rəsulinə iman gətirib əməli saleh işləmişlər və haq olan Qur`anla əməl etməgi və günahlarından səbrlə taətə səy etməgi ğeyrilərə vəsiyyət etdilər. Bəziləri bu sureyi-şərifi bu cür bəyan etmişlər ki: Əbul-Əşdin Həzrət Əbu Bəkr radıallahu təala anhəyə “sən ana-babavun dinini tərk edib ziyan etdin” deməglə Əbu Bəkr Siddiq radıallahu-təalaya anh cavabında “Ziyankarlar o şəxslərdir ki: dünya tələbilə onun nəfsi və həvəsinə tabi olub butpərəst olmuşdur” demişdir. Binəən aleyhi bu surə ilə Əbu Siddiq radıallahu -təala anh təsdiq olundu. Və deyilir ki, ziyanlardan məqsəd : Əbul-Əşdin və Əbul-Cəhl və başqaları. İmanı götürənlərdən məqsəd mömin olduğu üçün ki, o da Əbu Bəkr Siddiq radıallahu-təala anhdır. Və əməli saleh işləyənlərdən məqsəd : əlan salih və islami aşkar etməsinə gözəl səy etdigiçün Ömər Farruq radıallahu-təala anhdır. Və haqqı xəbər verməkdə səy etdigiçün Osman Zeynnureyin radıallahu-təala anhdır. Və sabr və sabrla nəsihətçi olduğu içün Əsədullah radıallahu-təala anhdır (Yəni “val-asr “asr haqqıçünki onunla məqsəd ikindi namazıdır ki, o da salətə vustadır” Və ya asr nubuvətdir. Yəni peyğəmbərlik zamanıdır. Və ya dehrdir.( dehr : zaman və il mənasındadır. Və nazil olmaq deməkdir. Və ya gecə gündüzdür. Və ya gündüzün axırıncı saatıdır. “ əl-Huməzə” 9 ayət, Məkki Bismilləhir-Rahmənir-Rahim (1-3 ayələr) Azabun bərki o şəxslər içündir ki: xalqı gizlində, ayrı ğeybət edən səbəblərdən məzəmmət və istehza edənlərdəndir. Ki, onlar dünya malını cəm edib , say ilə cəm edir. Zən edirlər ki: cəm etdigi mal ona dünyada ölümdən qaytaracaqdır. (İbnu Abbas radıallahu təala anhumə deyir ki, “Huməzə və luməzə ikisi bir mənada işlədilər ki, namələrdir.” Ayıbla yəni sirləri ifşa edənlər və birinun sözlərini birisinə danışmağa deyilir ki, ala vachil-fəsəd) . Yəni dostları biri-birlərindən ayırırlar. Və ayıb saymazlar içün ayıb axtarub tapanlaradır. Deyilir ki, huməzə onladır ki,: xalqun ətini yeyərlər. Luməzə onlardır ki : xalqı tənə edirlər. (4-9 ayələr) O batil işlərini quvvətli zann etdigləri kimi degildir.Onlar hutamə oduna atılacaqdır.(Hutamə: cəhənnəm tabəqələrrindən birisinin adıdır. O çox yayan adamlarada “Ey kəsiril-əkl” şəfqətsiz və rahmətsiz olan adamlarada “hutamə” deyilir. Ona görə cəhənnəmun içrəsinə nə tökülsə hamısı yayar ona “Hutamə”deyilər) O Hutamənun məhiyətini sən nə şey bildirdi. O hutanə Allah-təalanun yandırdığı oddur ki, onu söndürmək mümkün degildir. O od onlarun dərilərini və ətlarini yayıb qurtarandan sonra qəlblərini əhatə edir. Və onlarun özərinə o od uzun uzun dəmir trdirəklərlə bağlanmış qapıdır. “əl-Fil” surəsi, 5 ayət, Məkki Bismilləhir-Rahmənir-Rahim (1-5 ayələr) Ya Məhəmməd Allahun əshəbi-fili necə elədi yəgin xəbərlərdə eşitmədinmi ki, onlar Kəbəni xaraba etmək qasdında olan məkr və hiylələrini batil edib üzərlərinə əbabil quşlarını göndərmədimi ki, o quşlarun hər biri palçıqdan kəsilub, odda bişmiş taş kimi edib Allah-təala onları güvə yemiş ot yarpağı kimi yox elədi. (Rivayət olundu ki, bu hadisə Peyğəmbərimiz sallahu təala aleyhi və əlihi və səlləmin anadan olması ilində vaqiə oldu. Bu hadisə belədir ki, həbəş padişahı Əshəmətun-Nəcəridən əvvəl Yəmən ölkəsində padişah olan Əbrahəm ibnu əl-Sabah əl-Əşram Sənada “Qəlis” adlı bir kelyə bina etdi ki, xalqı Kəbə Mukərrəmun ziyarət və tavafından döndərib ana tavaf və ziyarət etsinlər. Elə ki onun bi işini xalq eşitdi “Kənənədən bir kişi o Kelyənun qulluqçularınun yatdıqları vaxtında o Kelyeyə girdilər. Və mehrabında qazai hacet edib nəcisi divarlarına sürtdülər. O halı Əbrahəmə xəbər verib onu, gördü və and içdi ki, Kəbəni dağıdacağam. Ona görə qoşunu cəm etdi. Və Nəcaşinin Mahmud adlı bir fili var idi ki, çox iri idi. Qoşuna onu qabaqcıl edib getti. Hətta Məkkə Mukərrəmə yaxınlığında bir yerdə oturdi ki, oradan Məkkəyə hücum edəcəkdi.O zaman Abdul- Mutəllib Məkkənin və həm də Qureyş qəbiləsinin böyüyü idi. Bir qatıra minib Əbrahəmun yanına gəldi. Əbrahə: Abdul-Mutəllibin gözəl əxlaqını eşitmişdi ki: o xalqın təamlandırır, hətta quşları belə doyuzdurub tağlarda olan hərş və tayuri taamlandırırdı. Əbrahəm ona ikram edib yanında oturtdu. Və mənə hacetun nədir deyə tərcüməçilərə bildirdi. Və sual etdi:Abdul-Mutallib dedi ki sənin qoşunun mənim iki yüz dəvəmi aparmışdır. Hacətim odur ki, əmr edib mənim iki yüz dəvəmi versinlər. Əbrahəmə dedi ki Mən səni acəb gördüm ki, mən sizinsizin dininizin əsası olan Kəbəni xaraba qoymağa gəlmişəm. Məndən onun xaraba etməməsinun xaişini etməğə gəlmisən. Məndən onu istəməyib dəvələri istəyirsən. Abdul-Mutallib dedi ki, dəvələrun sahibi mənəm.Onun üçün səndən onu taləb ediərm. Kəbəti Mukərrəmənun sahibi ayrıdır. İstəsə sizi ondan mən edər və istəməsə xaraba edərsiniz. Ona görə Əbrahim qoşununa əmr verdi ki, Abdul-Mutallibun dəvələrindən aldıqlarını ona verin. Abdul-Mutallib dəvələrini alıb Məkkəyə qayıtdı. Və qövmünə xəbər verdi ki, Məkkədən çıxıb tağlara çıksunlar. Və özü “Beyti Şərifə” gəlib qapısının halqasına yapışıb dedi ki, ilahi sənə məlumdur ki, bu evin dağıtmasına düşmən gəlmişdir. İradət və qüdrətin nədirsə əmr sənundir. O əmri eşidib va qayıdıb qövmünə getdi. Ondan sonra Əbrahəm qoşunla qabaqlarınca fil Kəbə tərəfinə getdilər. Elə ki, Məkkəyə daxil oldular, fil oturdu qabağa getmədi. Çomaqla başına nə qədər vurdularsa yerindən bir addım ireli getmədi. Haçan ki, onu Kəbədən qeyri tərəfə döndərdilər sürətlə o tərəfə gedirdi. Onlar onunla məşğul ikən gördülər ki, dəryadan qaranquş şəklində quşlar aşkar oldu.Hər biri noxuddan kiçik və mərciməkdən böyük üç daş: biri dimdiklərində hər ayaqlarında birisi var idi. Havadan Əbrahəm qoşununun üstünə tökdülər. O daşlardan kimə dəgdi isə o saatda həlak oldu. Və birinciləri isə yola düşüb getdilər. Yolda harada onlara rast gəlirdisə orada onları həlak etdilər. Və Əbrahənin bədənində bir bəla peyda olub bədəninin ətləri parça-parça tökülürdü. O qaidə ilə sinəyə çatib, oranı parçaladı və canını cəhənnəmə vasil etdi. Fil isə zərərsiz qurtardı. “əl-Qurayş” surəsi , 4 ayət, Məkki Bismilləhir-Rahmənir-Rahim (1-2 ayələr) Ya Məhəmməd Allah təala əshabi fili həlak etdiyi təki Qurayş Məkkədə beyti şərif ətrafında ülfət və sakin olsunlar. Və ya Allah-təalanın Qurayş nemətləri səbzədir. Başqa nemətlər üçün ona ibadət etsinlər. Heç kəs onlara pislik etməz.Belə ki, Məkkə Mukərrəmə Allah-təalanun evidir. Ona görəmi və hörmət ilə saxlasınlar. (3-4 ayələr) İndi Kəbənun Allahı olan Allah-təaliyə ibadət etsunlər ki: ticarət və ruzinin cəlb olunmasılə onları aclıqdan doyuzdurub taamlandırdı. Və bu səbəblə qardan və qeyri qorxulardan salamat etdi.(Deyirlər ki: Qureyş Nəzir bin Kənanənun ləqəbi olmağıla ərəbdən əsl nəbi cəhətincə ona yaxın olanlara adət üzrə Qurayş deyilirdi. “ əl-Məun” surəsi, 8 ayət, Məkki Bismilləhir-Rahmənir-Rahim (1-3 ayələr)Ya Məhəmməd görməduinmi o şəxsləri ki, qiyamət gününü və hesab cəzanı yalan hesab edir.İmdi o o şəxslərdır ki: yetimi öz haqqından qovur.Və ya onu qəhr edir. Və miskini taamlandırmağına özü rəğbət edir və nə də başqasını o işə rəğbət etməgə qoymayır.Allah-təala o cür mane edənlərə və zəiflərə əziyyət verir qiyamət gününə və onun əlamətlərini yalan hesab edir. Yəni əgər onlar qiyamət gününə iman gətirsəydilər və vəd olunmuşları yəni istəsəydilər və Allah-təalanun əzabından qorxub günah işləməyə ayaq qoymazdılar. (Deyilir ki, onunla yəni o şəxslərdən məqsəd Əbu Cəhldir ki, o bir neçə yetimə mane etmişdir. Hansi ki, o, o yetimlərun vasisi idi. Bir yetim çılpaq yanına gəlib öz malından sual etdigdə onu enfal yəni zəmmu etməglə və sögməglə və bəlkə də dögməglə rədd etdi. Və ya Əbu Süfyandır ki, o bir “cəzur” yəni “bir dəvə” kəsub (cəzur: kəsiləcək dəvəyə deyilir və kəsilən yerə “məczur” deyirlir.Və kəsən adama”cəzar” deyilr) Bir yetim ondan ət istədigdə əsa ilə onu vurdi. Və ya Bəli bin Muğira der ki: Və ya da bir paxıl munafiqdir. ( 4-5 ayələr) Bərk əzab o namaz qılanlar içindir ki: namazlarını qəflət ilə vaqtlarını artırırlar. Və ya xalqun qabağında namaz qılarlar. Yalnız vaqtlarında onu tərk edirlər. O şəxslər ki ibadətlərində riya edirlər. Yəni ibadəti xalq onlara salasıla zikr etsun. Yoxsa Allah-təaladan savab rica edir və ya əzabından qorxub çəkdiyiçün deyildir.Və zəkatı əhlindən mən edirlər. (Deyilir ki: məun hər şeydirki,: onu xalq öz aralarında ona təati yəni bağışlamaq və yemək mənasındadır).Balta və qab-qacaqda, meydan su və od və otlaq kimi şeylərə də təat deyilir. Deyilir ki, məun həm zəkat həm də bağışlanmaq deməgdir. Ama kişilər bir-birindən alırlar. Ariyət edirlər. Və ariyət yəni borc əvəzi əvəz aldıqda zərurət sahibi isə vermək haramdır.Zərurət sahibi deyilsə haram olmaz bəradər olur. Bəziləri məun su, od, duz üç şeydir ki, onu kim istəyirsə verməmək paxıllıqdır dedi. Deyilir ki surənun yarısı müşriklər haqqında ikinci yarısı isə münafiqlər haqqındadır ki,) yuxarıda xəbər verildi. “ əl- Kovsər” surəsi, 3 ayət, Məkki Bismilləhir-Rahmənir-Rahim Ya Məhəmməd biz səni elm və əməl və şərəfdən çoxlu xeyirli işlər verdik. Və yəinki çox ümmət və ya ki göglərdə və yerlərdə sənin içün zikr və səna və ya inki Qur`an verdik. Və yəin ki Kovsər çayını verdik ki, o bütün cənnət çaylarınun alası olub onda bütün ləzzətlər vardır. İmdi Allah-təalanun rızasıçün xalis qəlblə namaz qıl və dəvə qurban kəsib möhtaclara sadaqa elə. Və ya ki, bayram namazını qılub qurban kəs. Həqiqətən sənə açıq ədavət edən şəxs zurriyyət və hər xeyir işlərdən kəsilmişdir. Axırı yoxdur. (Deyilir ki, As bin Vail bəni Hişam qapısında peyğəmbərimiz əleyhis-səlamə rast gəlib bir qədər söhbət etdikdən sonra peyğəmbərimiz əleyhis-səlam məsciddən çıxıb. As məscidə girdigdə məsciddə olan mənadir qurayş ondan sual etdilər ki, kiminlə söhbət edirdin. O dəxi əbtər ilə dedi. Bunun adəti idi ki, kimin ki, oğlu olmayırdı ona əbtər dilərdi. O halda Xədicə radiallahu-təala anhədən olan Tahir radiallahu anh vəfət etmişdi. Asın bu sözü peyğəmbərimiz əleyhis-səlama çatıb ondan qəlbi daraldı. Allah –təala bu surə ilə ona təsəlli verdi.).Rəvayət olundu ki, peyğəmbərimiz əlehis-səlam dedi ki, Kovsər cənnətdə bir çaydır. Allahım cəllə şəənəhu onu mənə vəd veribdir. Onda çoxlu xeyir vardır. O çay baldan şirin və süddən ağdır. Və qardandan soyuqdur. O çayın iki zəbərcəddir. Ondan bir dəfə içən heç vaxt suzamır. Deyilir ki, Kovsər cənnətdə bir hovuzdur. Və ya onunla müqəddəs Qur`andır. “ əl-Kəfirun” surəsi 6 ayət Məkki Bismilləhir-Rahmənir-Rahim ( 3 ayə)Ya Məhəmməd de ki ey kafirlər mən sizin ibadət etdiginiz butlərə ibadət etməzəm. Və sizə Allah-təalanun elmindən iman qismət olmamalı siz də mənim ibadət etdiyim Allaha ibadət etməzsiniz. (Rəvayət olunur ki, Qureyşdə biz camaat Peyğəmbərimiz sallalahu təala aleyhi və səlləmə dedilər ki, ya Məhəmməd sən bizim dinimizə tabe ol, bizdə sənun dininə tabe olaq. Hər əmrimizə sən ortaq ol.Bir il sən bizim allahlarımıza ibadət eylə, bir ildə biz sənin Allahiva ibadət edərik.Əgər götürdügün din xeyirlidirsə onda sənə biz ortaq olarıq. Və ondan həzimizi almış olarıq. Yoxsa əgər bizim götürdüyümüz din xeyirlidirsə onda sən bizə ortaqlıq edərsən və həzivi alarsan.Peyğəmbərimiz sallalahu-təala aleyhi və səlləm dedi: əl-iyazu billəhi yəni Allah-təalaya sığınıram və Allah-təaladan ğeyri heç bir şeyə ibadət etmərəm butlərə ki, siz ona ibadət edirsiz) Ona görə bu surə nazil oldu. (4-6 ayə)Hansi ki mən sizun ibadət etdiginiz şeylərə cahiliyyət zamanında da etməmişəm. Nece ola bilər ki: islam zamanında mən onlara ibadət edəm. Çünki mən onun zərərini bilirəm. Və sizdə cahiliyyət dövründə cahilliqvuzdən və aqluvuzun azlığından hər hal mənim ibadət etdigim Allah-təalaya ibadət etməzsiniz. İmdi mən nə batil və yalan allahlarvuza ibadət edən deyiləm. Və nə də siz haqq Allah-təalaya ibadət edən degilsiz. Və ya inki nə mən sizin ibadət etdiginiz kimi ibadət edirəm.Və nə də siz mənim ibadət etdigim kimi ibadət edərsiz. Mən sizə Allahım olan Allah-təalanın peyğəmbərliyimi sizə hücət və dəlil ilə birdirirəm. Mənim özümə vacib degildir ki sizi islam dininə cəbr ilə dəvət edəm. Mən sizin dininizə heç vaxt qayıdan degiləm. İndi ortaqlığvız yəni şərikviz üzrə sabit olun. Mən də gözləyirəm ki : Allah-təala sizin haqqınızda nə əmr edəcəkdir. Mən də o əmrə görə əməl edirəm. Mən də xas dinim üzrə sabitəm. O dindən ğeyri bir dinə təcavuz edən deyiləm. Çünki mənim dinim doğru yoldadır. (Deyirlər ki bu surə qital ayətləri ilə nəsx olunmuşdur. Və bəziləri bu dini hesab, cəza, dua və ibadətlə təfsir etmişlər. Deyillər ki, həçan bir şəxs bir nəs işi inkar etsə dedigi qəbul olmasa ona vacib olur ki bu ayət dəlaliyyətlə məzhəbi üzrə sabit olub batil məzhəbi tərk etsin.) “ ən--Nəsr” surəsi , 3 ayət Bismilləhir-Rahmənir-Rahim (1-2 ayə) Ya Məhəmməd düşmən üzərinə Allah-təalanun nusrəti sənə Məkkənun başqa kafir ölkələriçün fəth edilməsi umudiylə fəthi aşkar etdigcə görürsən ki xalq Allah-təalanun dini olan islam dininə dəstə-dəstə gəlirlər.Məkkə əhli və Taif və Yəmən və Həvazan və başqa qəbilələr və millətlərlə birligdə. (3-4 ayə) Nə sənun və nə də başqa bir adamın qəlbinə xətar etməyən şeyin asan etdi. Allah-təalaya şükr edici olduğu halda təəcub elə və ya onun nemətlərinə olduğun halda namaz qıl. ( yəni Allah təalanun bu nemətlərinə və doğru vədəsinə şükr edin. Namz qıl, sifəti cəlalına dua et. Və kafirlərun fəsadlı qullarından qorx. Və onun üçün istiğfar yəni səğafərat ( bağışlanmaqlıq) tələb elə. Allah –təala bağışlanmalıq tələb edənlərun tövbəsini qəbul edicidir.) Əksər ulama bu surənin Peyğəmbərimiz aleyhis-səlamın vəfatına işarədir dedilər. Bu surəni oxuduqda Abbas raziallahu təala anh ağladı. Ona ya əmi nə üçün ağlayırsan degikdə sizin ölümünüzə bu surədə işarət vardır dedi.. peyğəmbərimiz alehis-səlam “dedigin kimidir” buyurdu. Bundan sonra iki il ömür sürdü. Deyilir ki: Əfəndimiz aleyhis-səlam Fatimə radiallahu təala anhəyə “bizim vəfatımız xəbəri verildi”. Fatimə: mənə dedi ki ağlama əhli beytdən mənim yanıma əvvəl gələn sən olacaqsan. Ona görə bu surəyə “suratut-təvdiun” deyilir.) Rəvayət olunur ki, Peyğəmbərimiz sallahu təala aleyhi və səlləm Məkkəyə daxil olduğunda Kəbəyə girib səkkiz rukət namaz qıldı. Və sonra Peyğəmbərimiz aleyhis-sələmdən rəvayət olundu ki, demişdi ki , “mən hər gün və gecə də yüz dəfə tövbə edirəm.. Və yə inki ümmətimçin istiğfar et. Və bir çox təfsir sahibləri deyirlər ki, bu surə Məkkəi-mukərrimənin fəthindən əvvəl nazil olubdur. Bunda peyğəmbərimiz aleyhis-sələmun ölümünə işarət vardır) “ət-Təbbət” surəsi 5 ayət, Məkki Bismilləhir-Rahmənir-Rahim ( 1- 2 ayə) Əbu Ləhəbin Peyğəmbərimiz aleyhis-sələmə atmaq için taş yığanları məhv olsun. Özüdə yox olsun.Onun malı və qazandığı ticarət və övladı ölmədən xilas olmazlar.(Yəni Əbu Ləhəbəbədi həlak olub xəsarətə çatdı.Allah-təala onu həlak etdi.Vaqta ki, peyğəmbərimiz aleyhis-səlam :” va ənzir aşirannəkəl-əqrabin” yəni sənə yaxın olan qohum əqrabavı qorxut deyə əmr olundu. Onu əqrabası cəm olub qorxutduqda Əbu Ləhəb ona: “ya Məhəmməd öləsən, məhv olasan ki, bizi bundan ötəri çağırdın” dedi .O səbəbdən bu ayət nazil oldu.Və o vaqta ki, peyğəmbərimiz aleyhis-sələm əqrəbəsini dinə dəvət etdi Əbu Ləhəb dedi ki “əgər qardaşım oğlunun dedigi haqq olursa mən msl və övladımı verib onun dedigləri əzablardan qurtararam. Nazil oldu ki, ona ölüm gəldigində mal və övladından onun xilas olmasına faidə olmaz.Ona əsasən oğlu, Utbəni Şam yolunda gedərkən karvan optasından bir pəlnək qapıb apardı. Əbu Ləhəb isə “Bədr” vuruşmasından bir neçə gün sonra “adsi” adlı bir cürə yaradn həlak oldu. (adsitun bir əsl kiçik qabarcıqdır ki, insanda çıxar həlak edici xəstəlikdir).Meyti üç gün qalub basdırılmadı. Hətta iyindən yanına getmək olmazdı.Axırda icrətlə zəncilər aparıb basdırdılar. Ona görə ayəti kərimə ğeybdən xəbər verib halına mutabiq zahir oldu. (3 ayə) O Əbu Ləhəb axirətdə cəhənnəm oduna daxil olacaqdır ki, o da çox asta sölələnmiş olacaqdır.Və arvadı Əbu Sufyanın qızı “Umm Cəmil” cəhənnəm üçün odun daşıyacaqdır. Odunu bağlamaq için onun boğazında xurma lifindən (qabuğından) dəstələnmiş ip vardır ki, Peyğəmbərimizin aleyhis-səlam ilə qonşu olduqda o arvad onun yoluna bərk tikanları bərk ip ilə daşıyıb tökürdü ki,ayaqğına batsın və paltarını cırsın. Nəhayət Peyğəbərimiz aleyhis-sələmə əziyyət olsun. O ip cəhənnəmdə boğazına bağlanıb zəncirlənəcəkdir.) Rəvayət olundu ki, bir dəfə o xirməsi( xurma cəm etmək mənasındadır) yəni topladığı odunun bir yerə qoyub (bir divar üstünə qoyub lifindən ipini döşündən bərk bağladı. O vaqtda Cəbrail aleyhis-sələm divarın dalına gəlib onu cəkməsilə o boğuldu. “ əl-İxlas “ surəsi, 4 ayət, Məkkə Bismilləhir-Rahmənir-Rahim (1-4 ayələr)Ya Məhəmməd səndən Allah-təala haqqında sual edənlərə de ki, O Allah-təala biridr, şəriki və bənzəri yoxdur. Dərgahı böyük və həcəti içün müqəddəs və cümlənin ağasıdır. Böyüklük onunla qurtarır. O daima baqidir. Onun içün oğlu yoxdur. Və olamadı və olmayacaqdır. Oğla və ərşə ehtiyacı yoxdur. Onun ata-anası yoxdur. O heç kəsdən doğulmamışdır. Ve heç kimsədə ona bərabər degildir.(Rəvayət olundu ki, bu surə Qureyşdən bir taifanın Məhəmməd peyğəbər aleyhis-sələmə Ya Məhəmməd sənin ibadət etdigin və bizi onun ibadətinə dəvət etdigini Allah-təala bizə tərfi eylə dedilər. Ona görə bu surə nazil oldu. Bu surəni oxumaq Qur`anın üç hissəsini oxumuş kimidir.(Yəni ya Məhəmməd sən onlara de ki Allah-təala təfdir. Zatında(cəzadan mənfurdur) Çünki o cisim degildir. Bu surə müxtəsər olaraq məariful-heyyənim cəminə şamil olduğu üçün hədisdə onun oxunması Qur`anın üç hissəsini oxumuş kimidir) “əl-Fələq” surəsi, 5 ayə MədəniBismilləhir-Rahmənir-Rahim Ya Məhəmməd de ki, mən sabahun Allah olan cəllə şəənnəhuyə sığınıram ki onunla gecənun qaranlıqını və qorxusunu gidərtdi. Və yəinki fələq cəhənnəmdə bir quyunun adıdır ki, o açıldıqda onun istisinun bir gölkəsindən cəhənnəm əhli qapqaralar.Və hər şeyun şərindən ki, Allah-təala onu xəlq elədi. Və ayun şərrindən ki,tutulub qaralır və ya gecənin şərrindən ki, qaranlıqı hər bir şey örtür. Çünki onda zərər çox mənfəət azdır. Onu dəf etmək çətindir. Və ya süreyyə ulduzudur ki: düşə (suqut edə) çünki onun düşməsində çoxlu xəstəliglər olur. Və doğanda yuxarı qalxırdılar. Və sehrici qadınlar və ya xalqlar və kişilərin şərrindən ki: onlara xuyut düyünlərinə ruqyə etdigdə.(burada xuyut: gecənin qaranlığına “xayut”, gündüzün işıqlığına “xəttun əbyaz”deyilir bel sutununun sumügü içrəsində olan ağ iligə isə “xaytun ruqyə” deyilir.) ( ruqyə: sehrcilərin dua və əfsun etmək deməkdir.) Yəni eylədi əfsunla dügünlərun şərindən. Və ya xalliqin aşkar edib ona qaydasilə əməl edən həsədlər şərrindən mən sabahun allahı olan Allah-təalaya sığınıram deməkdir. (Deyilir ki: peyğəmbərimiz aleyhis-sələmə bir yahudidən bir qul qulluq edirdi. Yahudilərun xahişi ilə o qul peyğəmbərimizin mubarək başınun tüklərindən tarada qaldığını görüb alıb və Ləbid bin Asam adlı yəhuduyə verdi.Ləbid və yəinki gizlədiyi sehrli o tükləri bir ip ilə ona bir dügün bağlayıb bir quyuya bir daşla basdırub buraxdı. Bu səbəbdən peyğəmbərimiz sallalahu-təala aleyhi və səlləm xəstələndi. Bu iki “qul əuzu” surələri ilə Cəbrail aleyis-səlam nazil olub o sihrun yerini bildirdi. Peyğəmbər salavatullaha həzrət Alini göndərib götürdi. Bu iki qul əuzu surələri on bir ayət olduğuçün hər bir ayəti oxuduqda dügünlər açıldı. Rəsulullah sağaldı. “ən-Nəs” surəs,, 6 ayət, Mədinə Bismilləhir-Rahmənir-Rahim Ya Məhəmməd de ki, insanun qəlbinə vəsvəsə verən cinn və insan əlindən qaçan və vəsvəsə verən şeytanun şərrindən insanlarun Allahı olan Allah-təalayə sığınıram. (Rivayətdə də ki: şeytanun adəti : bir şəxs Allah-təalanı zikr etdigdə qaçıb Allahın zikrindən qafil olduqda onu aldatmağa başlayır. Təfsirul-bəbədə : deyir ki: bu surədə vaqiə beş ədəd xalq ləfzi təkrar olmayıb, hər biri bir hənif insana işarədir. Birinci xalqdan məqsəd: O uşaqlardır ki onlar uşaqlıqlarında tərbiyə alırlar. İkinci xalqdan məqsəd:cavanlardır ki: mülk padşahlıq olmaqla onlarun qahr siyasətinə işarədir.Üçüncü xalqdan məqsəd: qocalardır ki Allah-təalayə itaət və ibadət şəriə etməklə qocalara işarədir.Dördüncü xalqdan məqsəd: salehlərdir ki şeytan onları aldatmağa hərisdir.Onlarun sığınmasına görə .Beşinci mətuf (şəfqət və mərhəmət edici) olduğu cənnət təbiətli insan fəsədçiləridir.Allahun kəlamınun başlamğıc bəsmələnun “bə” silə və xətmin “vən-nəs”inilə olmaqla bundan “bis” ləfzi olur ki, ərəbində “səbəkə” və “həsəbikə” ləfzlərinin mənası sənə kifayətdir. Və fars dilində yenə səbr kafidir. Məanasına yəni bu iki hərf arasında sizə verdiyimiz dünyada və axirətdəsizə əl-verir kifayətdir o. Deməgdir. Və axır Qur`an necə “biamədi vəsəni” yəni “ öndərrə din rəhbərtu Qur`an bəs” --------------------- ( Yəni ya Məhəmməd de ki mən o Allaha –təalaya sığınıram ki: O xalqun ruzu vericimidir. O onlarun xaliqi və sahibidir.Onların üzərinə istədikini işləyir və hökm edir.Onun hğkmü rəd edilməz. O məxluqatın Allahıdır. Heç kəsin ona ortaqlığı yoxdur. O şeytan şərrindən ki : o aldadıcıdır.Adəti təxurdur. Haçanki insan Allah-təalanı zikr etsə o qaçır gizlənir. O insanun qəlbinə gizli sözləri ilə hədis edir.O vaxt qədər ki: insanın qəlbi ona meyl etdi. O onun ilə xalqı həqiqətən yolundan azdırır. O insanın qəlbində qulaqlar eşitməzliklə hədis edir. Cindən olduğuçun insandan da olur. Və yəinki o şeytan cinlər aldadan kimi insanları da aldadır.

(Peyğəmbərimiz aleyis-sələm deyir ki mənə iki surə “muavizəteyn” nazil oldu ki sığınmaqda misli nazil olmamışdır. İndi o iki sureyi oxuyanda Allah-təala yanında sair sığınacaqlardan sögləmədir. Aişə radiallahu –təala anhə deyir: peyğəmbərimiz sallalahu-təala aleyhi və səlləm haçan bir ağrı və çətin bir iş olsaydı bu iki surəni oxuyardı. Və o ağradığı yerə sürtərdi. Ağrı bərk olanda mən oxuyub o üzvinə onun əlini sürtərdim.
NAİLƏ SÜLEYMANOVA, İLAHİYYATÇI, ALİM
© 2007 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənov cənablarına məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com