Reklam verin!

İslamın “Dində məcburiyyət yoxdur” hökmü haqqında.

Bu gün dünyamızda dinin məcbur edənlərin zülmü ilə yanaşı Allahın bəyanını dəyişdirib və ya mənasını azaldıb öz şəxsi düşüncələrini islamın əmri kimi göstərənlərin zülmü də vardır.Dinini bilməyən bu zalimlər alim donuna girib öz arzularına uygun olaraq Quran ayələrini təfsir edir,dinimizdən başqa bir din yaratmağa çalışırlar.Öz  savadsız ifadələrini xalqımıza məcbur qəbul etdirmək istəyənlərin bu yolda son cəhdi islamın “Dində məcburiyyət yoxdur” hökmünə yönəlmişdir.Allahın bu əmrini din olraq ancaq islama aid edən belə uğursuz dinşünaslar müsəlmanlara islamın əmrlərini arzuladıqları kimi yanaşmağı da tövsiyə edirlər.


“Dində məcburiyyət yoxdur” hökmünü doğru  anlamaq üçün izahları     ən əvvəl ondan başlayaq ki,     Allah Təala   dinini  təblig etmək üçün yer üzündə peyqəmbərlər seçmişdir.Qurani Kərimin ayəsi bunu belə bəyan   edir:       ”Peyqəmbərlərin üzərinə düşən vəzifə  isə ancaq(Allahın əmrlərinin) təbliğ etməkdir...”(Maidə 99)           Dini qəbul etdirmək isə Allahın öz öhdəsindədir:“Şübhəsiz ki,sən( Ya Peyqəmbər) istədiyini doğru yola yönəldə bilməzsən.Amma Allah dilədiyini doğru yola salar.Doğru yolda olacaq kəsləri daha yaxşı O(Allah) bilir”(Qasas 56)  Ayələrdən aydındır ki,dində məcburiyyət qanunu yoxdur,Allah dini yer üzünə zor ilə deyil könül razılığı ilə seçmək üçün göndərmişdir. İnsanın iman yolunda ən böyük yardımçıları məhz peyqəmbərlərdir. Allah Peyqəmbərlərinə   dinin məcburiyyətini deyil ,təbliğini və təklifini əmr  etmişdir.   Məcburiyyətin olduğu yerdə dinlərin kökü olan iman   dildə yaranır.İmanın ancaq  qəlblərdəki təsdiqi   insanı həqiqi dindar edə bilər .Demək insan ağıl və iradəsi ilə iman etməlidir.İman və iradə insanı bütün canlılardan fərqləndirən və güclü edən bir ilahi nemətdir.Bu nemətlərin şükrünü anlamayanı zor ilə  dildə imana gətirmək onun  özünə faydası olmadığı kimi düşünən dünya üçün də bir bəladır.      Dinin insanoğlu tərəfindən öz arzusu və düşüncəsi ilə məcburiyyətsiz secmək  hökmü Qurani Kərimdə  belə bəyan olunur:“Dində məcburiyyət yoxdur.Artıq doğru əyridən açıq- aydın fərqlənir.Hər kəs tağutu(saxta tanrılar) inkar edib Allaha iman gətirərsə o artıq möhkəm bir ipdən yapışmış olur.Allah eşidən və biləndir”(Bəqara 256)Ayədə Allah əmr edir ki,dini seçmə yolunda məcburiyyət yoxdur.Yəni heç kim digərinə dinini gəyişməyə və ya dini qəbul etdirməyə məcbur edə bilməz.İslam dini ilə gələn bu əmrdə Allah kafirliyi seçən insana belə məcburiyyətin tədbiqini qadağan edir.Dinin məcburiyyəti olan yerdə dinin əmrlərin əsası olan ixlasdan söz edilə bilməz.        Islamın bu hökmünə müsəlmanlar bütün tarixləri boyunca riayət etmişlər.Fəthlər islam dövlətinin sərhədlərini genişləndirərək onu güclü bir dövlətə çevirirdi.Lakin heç bir ölkədə zor ilə islam dininin qəbul edilməsinə yol verilməmişdi.Hər kəsə islamın hökmlərinə görə  dinindən və mənsubiyyətindən asılı olmayaraq sərbəst yaşamaq haqqı verilir.İslam dövlətinin ərazisində yaşayan qeyri müsəlmanlar vergi vermək şərti ilə dinini dəyişmədən yaşamaq imkanına sahibdirlər. Yuxarıdaki ayənin ikinci ifadəsində  Allah Təala  artıq haq ilə batil, şər ilə xeyir ayrıldığını bəyan edir.Yəni peyqəmbərlər elm və əmələ aid dəlillər ilə gəlmişlər.İslamın bu hökmünə görə dinin insanlara verə biləcək bütün nemətləri aydınlaşdırılmışdır.Məcburiyyət üçün heç bir səbəb yoxdur ,çünkü imanın mükafatı,küfrün cəzası da artıq təyin edilmişdir.Əksinə olaraq dini məcburiyyətdən qorumaq üçün Allah yer üzündə bir çox səbəblər yaratmışdır.Bu səbəblər ilə inam edən insan Quranın ifadəsinə görə yaradılmış tanrılardan qoparaq    möhkəm,qopmayan  bir ipdən yapışmış olur.Lakin bu iman ancaq sözdə və qəlbdə qalmamalıdır,  əməllərlə birləşməlidir. Çünkü, Allah hər şeyi eşiden və biləndir.O həm sözləri eşidir,həm də qəlbin  niyyətlərini bilir.  Ağıl və iradəsi ilə müsəlman olanlara gəldikdə isə” dində məcburiyyət yoxdur” hökmünə görə onlar sərbəst isdədikləri kimi yaşaya bilməzlər. İslamın əmr etdiyi və  qanun halına saldığı bir cox şeylərə riayət etməlidir.Çünkü islam müsəlman  olana özünə məxsus  yaşamaq tərzini də əmr edir.Sərbəst səkildə heç bir məcburiyyətə məruz qalmadan müsəlman olan  şəxslər

  bu  dinin əmrlərini də   yaşamalıdır.Çünkü islam ancaq sərbəst könüllü olaraq qazanılan bir müsəlman adından ibarət deyildir.İslam Allaha bir təslimiyyətdir ki,bu isə istər ibadət istərsə də əxlaq ­qayda -qanunları haqqında olan əmrlədir.Əlbətdəki bu əmrlərdən olan namaz ,oruc,zəkat, və s. yerinə yetirilməsində məcburiyyət ,güc tədbiq edilə bilməz.Lakin unutmamaq lazımdır ki, bu əmrlərin yerinə yetirilməməsinin   mənəvi,maddi və fiziki cəzaları haqqında Qurani Kərimdə bəyanlar vardır.

NAİLƏ SÜLEYMANOVA, İlahiyyatçı, Alim.                          

Baxış sayı: 286
Açar sözlər: din islam məcburiyyət 
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


Islam haqq dini

Burada Allahın izni ile Allah xatirine yazdigim islama aid meqalelerle tanış olacaqsınız. Hemçinin inşallah bundan sonra çalışacağam ki, bu fani dünyada yaşadığım müddətcə daima yeni məlumatları, maraqlı məqalələri və digər faydalı materialları sizlərə çatdırım. Buna görə də istərdim ki, sizdə bu xeyir işdə mənə dəstək olasınız. Mən düşünürəm ki, bu gün cəmiyyətimizdə artıq ilahiyyatçı alimlər kifayət qədər var və onlar bir yerdə müxtəlif dillərdə olan və dövlətin icazəsi ilə ölkəyə gətirilən dini kitabları öz dilimizə çevirib xalqımızın maariflənməsinə təkan verməlidirlər. Bunun üçün imkanı olan və olmayan bütün müsəlman bacı və qardaşlarımızdan, ilahiyyatçılarımızdan bu məsələdə ciddi olmalarını və birləşib xalqımızın maariflənməsi üçün əllərindən gələni əsirgəməmələrini arzu edirəm. Bunun üçün sizdən çox xahiş edirem ki, irad ve tekliflerinizi mene bildirəsiniz. Gəlin bu işdə bir birimize kömək edek. Çünki Peyğəmbərimiz (s.ə.s) buyurub ki, bir insanın sənin əlinlə hidayətə gəlməsi bütün insanların hidayətə gəlməsi kimidir. Ona görədə gəlin xeyir işlərdə yarışaq. Allahın və Peyğəmbərinin (s.ə.s) verdiyi xəbərləri təsdiq edək.

Axtarış

Sorğu

Saytımın yeni görünüşü xoşunuza gəldimi?



Açar sözlər

islam  əbubəkr  islam,  quran  din 

Sayqaç

İndi blogda: 31
Keçən ayın hiti: 70300
Dünənki hit: 3041
Bugünki hit: 238
Ümumi hit: 500673





Top on A-Z.az





Free hit counters






En kaliteli siteler Alersa.Net
Bedava Site Ekle AddThis Feed Button
Add to Technorati Favorites