Hicablı qadınların problemləri ilə bağlı forum keçirilib
Bu gün «Hicab: seçimimiz, azadlığımız, hüququmuz» mövzusunda 2-ci forum keçirilib. Forumda hicablı qadınların problemlərindən danışılıb. Bildirilib ki, əvvəlki illərlə müqayisədə son 2 ayda hicablı qadınlara qarşı təzyiqlər daha da artıb. Onlar hicablı xanımların pasport və şəxsiyyət vəsiqəsi ala bilməmələrini, bununla da bir çox mülki və siyasi hüquqlardan mərum edildiklərini bildiriblər.
Tədbirdə həmçinin qeyd edilib ki, təhsil və səhiyyə müəssisələrində də hicablı qızlara qarşı təzyiqlər artıb və onların hicabla gəlməsinə icazə verilmir. Forumun sonunda iştirakçılar əlaqədar dövlət orqanlarına, ictimai qurumlara, media nümayəndələrinə müraciət ünvanlayıblar. /ANS TV/
© 2007 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənov cənablarına məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com





mənim başım çıxmır bu insanlar müsəlmanlıqdan heç mi pay almıayıblar??? dünyəvi dövlət oluna bilər, amma bu o demək deyil ki, insanların inanclarına hörmət edilməməlidir? Avropaya baxaq, qadınlar azaddırlar. dindar, başqa sözlə hicablı olmağı isə sanki azadlıqların əldən alınması kimi başa düşülür. bu azadlıqları əldən alan isə dövlətin özüdür. belə çıxır ki, dünyəvi olmaq, içtimai yerlərdə dindarlara yuxarıdan aşağı baxmaq, işə qəbul etməyərək, cəmiyyətdən uzaqlaşdırmaqdır. hicablı, iffətli qadınların olmağı dünyəviliyə xələl gətirmir!!! dini təbliğatı istəmirsizsə Məclisdə ona yasaq gətirin. yoxsa insanların inanclları ilə oynayaraq, dünyəvilik adı altında gizlənmək niyə??? bununla ələ nə keçir? din dövlətdən ayrıdır, başa düşdük. yaxşı bəs niyə, insanların inancına hörmət edilmir? niyə yarıçılpaq, hətda tam çılpaq insanlara şərait yaradılır da, hicablı xanımlara şərait yaratmağı qoyaq bir kənara, heç olmasa hörmət etmək istəmirlər? televizorlarda baş alıb getməkdə olan məqsədsizliyi bir gözdən keçirin. belə çıxır ki, hicabı, iffəti seçən kimsə təhsildən kənar qalmalıdır? onları bir növ özünüz kənar etmək istəyirsiniz? elə lap əvvəldən bir dənə qanun çıxarın ki, bütün əsl müsəlmanlar, dinini tam anlamıyla yaşamaq istəyənlər, çıxsın getsin dövlətdən. dövlətlə din yola gedə bilməz? bəlkə nəsə bir xətt də seçmisiz? bu xətti aşmaq olmaz və s...
əslində ağlı başında olan hə
r kəs bilir dövlət dindən qorxur.....
Yanvar 29, 2008 1:59