Sudan hakimiyyəti bu gün Məhəmməd peyğəmbəri təhqir edən britaniyalı müəllimə Cillian Qibbonsu azad edib. "Röyters" agentliyinin məlumatına görə, o, Britaniyanın bu ölkədəki səfirliyinin işçilərinə təhvil verilib. O, bu yaxınlarda ölkəni tərk etməlidir. Müəllimə bildirib ki, kimi isə incitdiyinə görə təəssüflənir. Qibbons əlavə edib ki, həmişə İslama böyük hörmət bəsləyib.
Xatırladaq ki, müəllimə dərs zamanı oyuncaq ayıya Məhəməd adı verdiyinə görə, həbs edilərək 15 gün azadlıqdan məhrum edilmişdi. Bu isə Böyük Britaniyanın etirazına səbəb olmuşdu.
Böyük Britaniyanın məşhur müsəlmanlarından baronessa Varsi və lord Əhməd Xartuma gələrək Sudanın prezidenti Ömər Bəşirlə görüşdükdən sonra prezident müəlliməni əfv edib.
Noyabrın 30-u isə Xartumun yüzlərlə sakini küçələrə çıxaraq müəlliməyə verilən cəzanın yüngüllüyünə etiraz edib. Onlar müəllimənin portretini cıraraq ona ölüm hökmünü tələb ediblər. /ANS PRESS/
© 2007 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənov cənablarına məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com





