Azərbaycanlı zəvvarların ilk qrupu bu gün Həcc ziyarətinə yola düşür
Zəvvarların ilk qrupu bu gün axşam saat 23:00-da Azadlıq meydanından yola salınacaqlar
Bu gün azərbaycanlı zəvvarların ilk qrupu Həcc ziyarətinə yola düşür. Qafqaz Müsəlmanları İdarəsindən ANS TV-yə verilən məlumata görə, zəvvarların ilk qrupu bu gün axşam saat 23:00-da Azadlıq meydanından yola salınacaq.
Həcc ziyarətinə gedən ilk karvanda 38 avtobus olacaq. Növbəti avtobus karvanı dekabrın 5-də yola düşəcək.
Təyyarə ilə yola düşəcək zəvvarlar isə dekabrın 9, 10, 12 və 13-də yola salınacaqlar. /ANS TV/
© 2007 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənov cənablarına məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com




