Sabah Moskvada ilk müsəlman poliklinikasının açılışı olacaq. Poliklinikada bütün şəriət qaydalarına riayət ediləcək. Belə ki, burada qadın və kişi şöbələri ayrı olacaq. Tibb müəssisəsinin bütün qadın işçiləri başlarına yaylıq və ya hicab taxacaqlar. Bütün işçilərin xalatlarının qolları uzun olacaq.
Xəstəxanada həmçinin halal bufet və ibadət üçün namaz otağı da olacaq. Buradakı dərmanların tərkibində spirt olmayacaq.
Gələcəkdə belə tibb ocaqlarının Rusiyanın müsəlman əhalisinin sıx yaşadığı digər regionlarda da açılması planlaşdırılır./ANS PRESS/
© 2007 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənov cənablarına məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com





