İtaliyalı mobil operator kilsə xadimlərinin şəklini satır
«McKay & Sisters» şirkətinin bu qərarı Vatikan kilsəsində müzakirəyə çıxarılıb
İtaliyada «McKay & Sisters» mobil operatoru 4 dollara kilsə xadimlərinin simalarının şəklini almaq xidmətini təklif edib. Operatorların təklif etdikləri kilsə və din xadimlərinin şəkilləri sırasında II İohan Pavelin də rəsmi var. «The Telegraph» qəzetinin yazdığına görə, bu qərar dərhal Vatikanda müzakirəyə çıxarılıb və şirkətə bu işlərlə məşğul olmaq qadağan edilib. Operator şirkətin nümayəndəsi isə bildirib ki, öz əməllərində heç bir qanunsuzluq görmürlər./ANS PRESS/




