Cümə namazının fəziləti
Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Cənabət qüslü kimi qüsl edib, cümə gününün ilk saatında məscidə gedən şəxs bir dəvə, ikinci saatında gedən bir öküz, üçüncü saatında gedən bir qoç, dördüncü saatında gedən bir xoruz, beşinci saatında gedən isə bir yumurta qurban vermiş kimidir. İmam minbərə çıxdıqda isə artıq mələklər onun xütbəsini dinləyər”. Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Hər kəs beş namaz, cümə ilə cümə, ramazanla ramazan arası böyük günahlardan çəkinərsə kiçik günahları bağışlanar”.















