Reklam verin!

Dini mövzuda yazan jurnalistlər üçün kurslar açılacaq

metbuat_dini

Mətbuat Şurası ilə İslam Universiteti bu barədə razılığa gəliblər

Başqa dinləri təbliğ edən insanlar bu gün bizim ölkəmizdə hökm sürür və xeyriyyə təşkilatı adı altında fəaliyyət göstərirlər. Biz buna imkan verməməliyik”. Bu sözləri Mətbuat Şurası tərəfindən dekabrın 6-da BMM-də “Dinlə bağlı problemlərin mediada açıqlanması” mövzusunda təşkil edilmiş Dəyirmi Masada İslam Universitetinin rektoru Hacı Sabir deyib.


O qeyd edib ki, Azərbaycan mediasında İslamla bağlı problemlərin işıqlandırılması sevindirici haldır. “Uzun illər müsəlman ölkələrini başqa cür başa düşüblər, din xadimlərini karikaturalarla əks etdiriblər. Bu təbliğat öz işini görüb. İslamın elmiliyini bizə çatdırmayıblar. İslami dəyərlər çox əhəmiyyətlidir. Azərbaycan xalqı öz ənənələrinə söykənərək öz yolunda davam etməlidir", - deyə Hacı Sabir əlavə edib. Tədbirdə çıxış edən digər natiqlər də Azərbaycanda İslamın mahiyyətinin düzgün işılandırılması ilə bağlı problemlərin olduğunu bildiriblər. Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, bu problemlərin aradan qaldırılması üçün təmsil etdiyi qurum dini mövzuda yazan jurnalistlərin biliklərinin artırılması məqsədilə İslam Universitetinin nəzdində yazarlar üçün kurslar təşkil etmək planlaşdırılır./ANS PRESS/

Baxış sayı: 227
Açar sözlər: dini mövzu yazan jurnalist kurs 
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


Islam haqq dini

Burada Allahın izni ile Allah xatirine yazdigim islama aid meqalelerle tanış olacaqsınız. Hemçinin inşallah bundan sonra çalışacağam ki, bu fani dünyada yaşadığım müddətcə daima yeni məlumatları, maraqlı məqalələri və digər faydalı materialları sizlərə çatdırım. Buna görə də istərdim ki, sizdə bu xeyir işdə mənə dəstək olasınız. Mən düşünürəm ki, bu gün cəmiyyətimizdə artıq ilahiyyatçı alimlər kifayət qədər var və onlar bir yerdə müxtəlif dillərdə olan və dövlətin icazəsi ilə ölkəyə gətirilən dini kitabları öz dilimizə çevirib xalqımızın maariflənməsinə təkan verməlidirlər. Bunun üçün imkanı olan və olmayan bütün müsəlman bacı və qardaşlarımızdan, ilahiyyatçılarımızdan bu məsələdə ciddi olmalarını və birləşib xalqımızın maariflənməsi üçün əllərindən gələni əsirgəməmələrini arzu edirəm. Bunun üçün sizdən çox xahiş edirem ki, irad ve tekliflerinizi mene bildirəsiniz. Gəlin bu işdə bir birimize kömək edek. Çünki Peyğəmbərimiz (s.ə.s) buyurub ki, bir insanın sənin əlinlə hidayətə gəlməsi bütün insanların hidayətə gəlməsi kimidir. Ona görədə gəlin xeyir işlərdə yarışaq. Allahın və Peyğəmbərinin (s.ə.s) verdiyi xəbərləri təsdiq edək.

Axtarış

Sorğu

Səhər namazına vaxtında dura bilirsinizmi?



Açar sözlər

islam  əbubəkr  quran  din  abubakr 

Sayqaç

İndi blogda: 24
Keçən ayın hiti: 103186
Dünənki hit: 4001
Bugünki hit: 1210
Ümumi hit: 673819





Top on A-Z.az





Free hit counters






En kaliteli siteler Alersa.Net
Bedava Site Ekle AddThis Feed Button
Add to Technorati Favorites