Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin strukturunda yeni qurum yaradılıb
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində islahatlar davam etdirilir. Dövlət Komitəsinin strukturunda yeni qurum-Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsi yaradılıb.
Komitədən ANS PRESS-ə verilən məlumata görə, yeni qurumun yaradılmasında əsas məqsəd Dövlət Komitəsinin fəaliyyətinin daha da təkmilləşdirilməsi, dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının istehsal və idxalına, dini sahədə cərəyan edən hadisələrə nəzarətin gücləndirilməsidir. Şöbənin fəaliyyətinin əsas iş istiqamətləri dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının ekspertizasının keçirilməsi, ölkədə dini durumun öyrənilməsi, təhlil edilməsi, dini maarifləndirmə işinin təşkili və Dövlət Komitənin ictimaiyyətlə əlaqələrinin daha da möhkəmləndirilməsidir. /ANS PRESS/
© 2007 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənov cənablarına məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com















