Nazirlər Kabineti gələn ilin bayram günlərini açıqlayıb
Nazirlər Kabineti 2008-ci ildə Novruz, Ramazan, Qurban bayramları ilə əlaqədar iş günləri hesab olunmayan istirahət günləri haqda qərar qəbul edib.
Hökumətin qərarına görə, gələn il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, sentyabrın 30-u və oktyabrın 1-i Ramazan bayramı, dekabrın 8, 9-u isə Qurban bayramıdır. Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü sayılmır. Bununla yanaşı, 2008-ci ildə martın 10, 25, 26-sı və iyunun 16-sı da istirahət günləri kimi müəyyənləşdirilib. Bu, gələn il 8 mart - Beynəlxalq Qadınlar Gününün şənbə, 22-23 martın şənbə-bazar, 15 iyunun isə bazar gününə təsadüf etməsiylə bağlıdır./ANS TV/
© 2007 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənov cənablarına məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com




