HAKİMİYYƏT və DİN
Hamımızın yaxından tanıdığı, insanların danışmaqdan və şərh etməkdən çəkindiyi, tabulaşdırılmış mövhumatın qəliblərini sındıraraq içini göstərən, bu günə qədər Qafqaz Müsəlmanları İdarəsindən çox dinlə bağlı əsər yazan və ya redaktə edən, adı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə hallandırılan həmin qurumun keçmiş sədri fəlsəfə elmləri doktoru, professor Rafiq Əliyev uzun müddət idi ki, KİV-i özünə yaxın buraxmırdı. Dəfələrlə etdiyimiz cəhdlərin nəticəsini axır ki, ala bildik. Bəli, müsahibimiz «İrşad» İslam Araşdırmaları Mərkəzinin sədri professor Rafiq Əliyevdir.
- Azərbaycanda hansı dini cərəyanlar və onların qanadları radikal və ya radikalizmə meyillidirlər? Bu yaxınlarda iki istiqamətin adı çəkilmişdi: vəhhabilik və nurçuluq. Sualın bu cür qoyuluşu sizi qane edirmi? Bununla bağlı fikirlərinizi eşitmək istərdik.
- Belə bir fikir mövcuddur ki, siyasi və ya dini olmasından asılı olmayaraq, istənilən cərəyan, həmçinin həmfikir cəmiyyətlər ictimai davranış xarakterinin ümumi qaydalarına malikdirlər. Əsasən bu, psixoloji durumla bağlıdır. Bu vəziyyətlə bağlı sizin qeyd etdiyiniz son 2-3 ay ərzində keçirilən mətbuat konfranslarında və digər seminarlarda şiə cərəyanın radikal qolundan ümümiyyətlə yan keçdilər. Bir məsələ müəmmalı olaraq qalır: bu, kimə sərfəlidir? Axı, vəhhabi dini cərəyanı

XIX əsrin ortalarında Səudlar krallığının (indiki Səudiyyə Ərəbistanı) yaradılmasının ideoloji bazasına çevrilmişdi, ancaq hazırki hökumət vəhhabilərin radikal qanadı ilə özü mübarizə aparmağa məcburdur. Hələ XVI əsrdə Şah İsmayıl Xətainin fəal iştirakı ilə İran dövlətçiliyinin qorunub saxlanması üçün islamın şiə məzhəbi dövlət ideologiyası və bazası xarakteri daşıyırdı. O zamandan bəri şiəlik arabir, xüsusən də, şah hakimiyyəti dövrlərində dövlətin siyasi rəhbərləri tərəfindən ikinci plana keçirilirdi. Halbuki, bu gün şiəliyin radikal qanadı Livanda (hizbullah), Suriyada və başqa dünya ölkələrində geniş fəaliyyət göstərir. Azərbaycan bu sırada istisnalıq təşkil etmir və bu yaxınlarda baş vermiş hadisələr, həmçinin respublikanın bəzi regionlarında mövcud vəziyyət buna bir sübutdur.
Təbii ki, hər bir dini cərəyanın mötədil, passiv-mühafizəkar və aktiv-radikal ardıcılları olur. Bu haqda susmaq, bu və ya digər dini cərəyanın ardıcılları sırasında yalnız mötədil tərəfdarlar mövcuddur demək, heç düzgün olmazdı. Bu səbəbdən, mənə elə gəlir ki, ölkəmizdə mövcud dini vəziyyətin mənzərəsi məhz məsləkləri nəzərə alınmadan, bütün dini radikallara bərabər və ədalətli münasibət prizmasından baxdıqda, az-çox daha aydın görünür. Səid Nursinin ardıcılları (yəni nurçular) içərisində digər iki cərəyanın üzvlərinə oxşar aktiv-radikal şəxslər hələ ki, nəzərə çarpmır. Nurçuluğun yaranma və yayılma tarixindən irəli gələrək, belələrinin meydana çıxacağını istisna etmək olmaz. Nurçular – cərəyanın bir qrup savadlı və gənc ardıcıllarının düzgün tərbiyəsi metodu ilə və mülayim yollarla hakimiyyətə gəlməyin tərəfdarlarıdırlar. Lakin Səid Nursinin şəxsi fikirləri bu gün çox az yayılıb. Hazırda Baş qərargahı Vaşinqtonda olan, Rusiya, Mərkəzi Asiya, həmçinin Qafqazda təhsil və mətbuat strukturlarının geniş şəbəkəsinə malik Fətullah Gülən adlı bir şəxs önəmli rol oynayır. Fətullah Gülən tərəfindən Qafqazda yaradılan təhsil və mətbuat strukturlarının 90%-i Azərbaycanın payına düşür.
Beləliklə, bu gün Azərbaycanın gələcəyi ilə bağlı dini xəritə masası ətrafında üç əsas «oyunçu» əyləşib:
1. Vəhhabilik
2. Şiəlik
3. Nurçuluq
Birincisi və üçüncüsü sünni məzhəbinə aiddir, baxmayaraq ki, hər biri dinin və hətta Müqəddəs Quranın mahiyyətini müxtəlif cür başa düşür.
Məlumdur ki, hər kəs öz oyununu təyin edib, qalanları isə hakimiyyətin əlindədir. Maraqlıdır, dövlət bir məntiqi nəticə çıxara biləcək ya yox? İndiki zamanda dinlə dövlətin qarşılıqlı münasibət sistemini narahat edən ən vacib məsələ məhz budur. Masa arxasında geniş təcrübəsi, külli miqdarda maliyyə və intelektual kapitalı olan, ciddi «oyunçular» əyləşib.
- Necə düşünürsüz, qloballaşma prosesində dinin rolu nədir? Dinin etika, əxlaq və mənəviyyata qayıdışı mümkündürmü?
- Belə deyək, iman ruh üçün, siyasət isə idrak və biznes üçündür… Unutmayın ki, yaxın keçmişdə bu çox dəbdə idi, fundamentalizmin və konservantizmin demək olar ki, eynimənalı anlamlar olduğunu unudaraq hər kəs islam («islam» - deyə vurğuladı) fundamentalizmi barədə böyük həvəslə danışırdı. İstənilən din geniş mənada fundamentalizm «xəstəliyinə» yoluxub. Bu belə olmasaydı, bizim günə kimi heç bir din mövcud olmazdı. Bu, kralın (kraliçanın) indiyə kimi eyni zamanda anqlikan kilsəsinin başçısı olduğu İngiltərədə konservatizmə bənzəyir. Vaxtilə, 1979-cu ildə şah rejiminin devrilməsindən sonra Qərb ölkələri islamda nəzərə çarpan sürətli və qismən onlar üçün təhlükəli olan dirçəlişə qarşı çıxırdılar. Məhz bu səbəbdən, bütün mənfi xüsusiyyətləri özündə birləşdirən başqa anlam olmadığı bir halda, fundamentalizm sözünü islama aid edirdilər. İndi fundamentalizmi yada salan yoxdur, hər kəsin dilində vəhhabilikdir. Fundamentalçılıq təzahürünə qarşı aparılan gərgin mübarizənin tərəfdarlarından fərqli olaraq, bu dəfə müsəlman din xadimlərinin bir hissəsi vəhhabiliyə qarşı müharibə elan edib. Nəticə etibarilə, Qərb və xristian dünyası, bütövlükdə, hadisələrin bu cür gedişatını istəyirdilər. Daha dəqiq desək, ilanı qonşunun əli ilə tutmaq. Müsəlmanların bir hissəsi radikal islamçılara qarşı müharibənin qatı tərəfdarları sıralarına qaynayıb-qarışmışdır. Lakin onlar dərk etmirlər ki, tezliklə bütün müsəlmanlara – radikallara, mötədillərə və ümumiyyətlə siyasi oyunlar haqqında heç bir anlayışı olmayan adi insanlara qarşı da müharibə elan olunacaq (əgər müharibənin artıq başlandığını zənn etməsək). Halbuki, məntiqli bir sual meydana çıxır: «Bütün bunlardan qaçmaq mümkün olardımı?». Çox təəssüf, düşünürəm ki, yox. XX əsrin ikinci yarısında və indiki yüzillikdə də dünyada gedən istənilən siyasi mübarizənin arsenalında dini faktorlar olub və olacaq; «soyuq müharibə» illərində də ona ehtiyac var idi. Mənə elə gəlir ki, marksizm ideologiyasının məğzini ateizm təşkil etməsəydi, onu böyük siyasət və həmçinin kapitalizmlə sosializm arasında gedən amansız müharibə meydanından sıxışdırmaq bu qədər asan olmazdı – söyləyən şəxslərin fikirləri doğrudur. Məlum olduğu kimi, sonuncu, marksizm ideologiyasının əsas simləri üzərində köklənmişdi. Bu səbəbdən, marksizmin süqutü ilə başa çatan «soyuq müharibə»nin ardınca, digər ideologiyalara (imana qarşı yox, ideologiyalara qarşı) – dünya əhalisinin 1/3 hissəsinin etiqad etdiyi dinə qarşı, islamın əsaslarına qarşı müharibə başlandı. Görünür, bu, ideologiyaların tərəfdarlarının başqa müqavimət vasitəsi olmadığı üçün, istənilən yollara – fanatizm, ekstremizm və özünəqəsd terrorçuluq (terrorist – kamikadzelər nəzərdə tutulur) metodlarına əl atırdılar.
İslam dünyası Qərb ölkələri kimi inkişaf etmiş, güclü, yaxşı silahlanmış olsaydı, qlobal təzahürlər kimi terror və terrorçuluq olmazdı. İslam radikallarının fikrincə, cəza silahı kimi onlar həm Şərqdə, həm də Qərbdə uğurla tətbiq olunan klassik metodlarlardan istifadə edərdilər. Təəssüf ki, tarixdə, o cümlədən müasir tarixdə bu subyektiv mülahizələri təsdiq edən çox sayda faktlarla qarşılaşırıq.
Düşünürəm ki, dərrakəli insanlar məni başa düşəcək, bu haqda heç bir anlayışı olmayan bir şəxsə isə dini-siyasi və yeni bazarların, gəlir mənbələrinin fəth edilməsi yolunda, təəccüblü də olsa, tamamilə məhdud maliyyə-iqtisadi proseslərin aparılması kimi həddindən artıq qəliz məsələləri başa salmaq mənasızdır. Hər kəs öz pulunu sayır və məbləğdən asılı olmayaraq, görünür ki, yenə də azdır. Bəşəriyyətin inkişaf tarixində hər zaman istənilən dövlət təsisatının əsasını əmtəə-pul münasibətləri təşkil edirdi. Belə insani qüsurlar hər bir cəmiyyət, hər bir ölkə, hətta Afrika və Latın Amerikası cəngəlliklərində yaşayan tayfalarda belə mövcuddur. Bu səbədən, dinin özü, o cümlədən islam qlobal proseslərdə və tarixin dəyişiklikdə heç bir fəal aparıcı rol oynamayıb və oynamayacaq. Təəccüblü də olsa, hər şey siyasətçilərin əlindədir. Din isə tamamilə real olan «Kapital» adlı bir şirin kökənin böyük bir tikəsi uğrunda gedən mübarizədə sadəcə olaraq, özünəməxsus bir alətdir.

Söhbətləşdi: E. PAŞAOĞLU
Mənbə: İslam.com.az
© 2007 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənov cənablarına məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com