İKİ “XORTDAN”
Bakıda Beynəlxalq Tolerantlıq Günü münasibətilə keçirilən “Tolerantlıq örnəyi – Azərbaycan” adlı konfransda Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə belə bir açıqlama verdi: “Radikal ekstremizmin səbəblərindən biri vəhhabilik və nurçuluqdur”. Açığı, söhbət köhnə söhbətdir, amma ona təzə bucaq altında baxmağın məqamı yetişib. Əgər ictimai təsəvvürdə bəslənib-böyüdülən “xortdan” obrazları ilə yaşamaq istəmiriksə...
Başlayaq vəhhabilikdən. Son zamanlar bu mövzuyla bağlı apardığım jurnalist araşdırmaları yalnız bir nəticə verib: “Vəhhabilik” adında heç nə yoxdur!

Bilirəm, ilk baxışdan çox qəribə gəlir, amma həqiqətən, belə bir şey YOXDUR. Bu gün dünyada aktiv dövriyyədə olan “vəhhabi” sözü əslində konkret heç nə ifadə etmir; bu, heç bir təriqətin, məzhəbin adı deyil, yalnız maraqlı çevrələrin yaratdığı ümumi OBRAZdır – “xortdan” kimi; bir növ öz ekstremizmini dinlə pərdələyənlərə verilmiş ümumi addır. “Əl-Qaidə” kimi: nəzəri cəhətdən bu təşkilatın özü də, sədri də, filialları da, törətdiyi əməllər də mövcuddur, amma reallıqda sadəcə NƏTİCƏ var, ÖZÜ yoxdur. Vəhhabiliyə gəlincə, onun virtual olaraq, tərəfdarları, ideologiyaları, haqlarında yazılan kitablar, əməlləri var, amma reallığa keçəndə görürsən ki, ÖZÜ yoxdur.
“Vəhhabilik” adında məzhəb ümumiyyətlə, mövcud deyil. “Vəhhabi”lərə gəlincə, düşünün: biz kimi belə adlandırırıq? Gəlin, həmin VİRTUAL OBRAZIN əlamətlərini sadalayaq. Deməli, bizim vəhhabi: 1) Pırtlaşıq saqqal saxlayır; 2) Qısa şalvar geyinir; 3) İslamın əsaslarını təhrif edir; 4) Bütün başqa məzhəb və təriqətlərlə düşməndir; 5) Dünyəvi dövləti, hüququ danır, onların ləğvi üçün çalışır; 5) Terrora, silaha meyillidir; 6) “Xaricdən” idarə olunur; 7) İslam xilafəti qurmağa çalışır; 8) Pirləri və müqəddəs yerləri dağıdır, ölülüləri ziyarət etməyə, ehsan verməyə qoymur; 9) Şübhəli yollarla maliyyələşdirilir; 10) Abdulvəhhabın yaratdığı təriqətə inanır; 11) ..... və sair və ilaxır.
Biz orta statistik “vəhhabi”ni belə təsəvvür edirik, düzdürmü? Onda mənə bircə nəfər belə şəxs göstərin! Tam məsuliyyətə yazıram: belə bir məxluq yoxdur! Bu, ictimai şüurda yaradılmış OB-RAZ-DIR!!!
(Şübhəm yoxdur ki, indi bu yazını oxuyanların bəziləri deyəcək: Aha! Deyəsən, elə bunun özü vəhhabidir!)
Bu fikirlərimi orta statistik insana deyəndə mütləq bir neçə suallarla qarşılaşıram. Birincisi: əgər vəhhabilik yoxdursa, gördüyümüz saqqallı, qısabalaq adamlar, “Əbu-Bəkr” məscidinə yığışanlar kimlərdir?
Onlar bir-birilərini “qardaşlar” adlandıran sələfilərdir. Sələfilik tarixi inkişafı baxımından məzhəbdən daha çox, yarımqapalı bir dini ordeni xatırladır. Düzdür, sələfilərlə başqa məzhəblərin arasında müəyyən fərqlər var, amma onlar yuxarıda saydığımız əlamətlərə uzağı 30 faiz uyğun gəlirlər. Yəni “Vəhhabi” dediyimiz anlayışı onlara aid etmək qətiyyən mümkün deyil.
Digər sual belə olur: “vəhhabilik” yoxdursa, bəs Səudiyyə Ərəbistanının rəsmi məzhəbi nədir? Cavab sadədir: Hənbəli məzhəbi.
“Vəhhabi” anlayışına nisbətən uyğun gələn qruplaşma “xəvariclər”, başqa sözlə, təkfir əhlidir. Bu, nə məzhəb, nə təriqətdir, məhz radikal cinayətkar qruplaşmadır. Təbii ki, bütün fəaliyyətləri gizlidir və çoxlu qaranlıq əlaqələri var. Onlar Azərbaycan da daxil olmaqla az qala bütün dünyanı «darul-küfr», yəni küfr diyarı sayır, demək olar, hamını kafir, qanlarını və mallarını isə halal hesab edir, dünyəvi hakimiyyətləri devirməyə çağırırlar. Təbii ki, onlar dini yox, sırf cinayətkar qruplaşmadırlar və cəmiyyətdə sosial bazalarının olması mümkün deyil. Belə qruplaşmalar mütləq qlobal cinayətkarlıq strukturlarına daxil olur və onların bir hissəsi kimi fəaliyyət göstərirlər.
“Dini ekstremizm”ə gəlincə, bu, çox yanlış ifadədir – İslam başda olmaqla, heç bir haqq dində ekstremist fikriklərə yer yoxdur və ola da bilməz.

Əvvəlki yazıda bizə “xortdan” cildində təqdim olunan iki qüvvədən biri – vəhhabilik haqqında danışdıq və göstərdik ki, “vəhhabi” və “xortdan” anlayışlarının ən böyük oxşarlığı onların heç birinin əslində reallıqda mövcud olmamasıdır. Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin məşhur ifadəsini bir daha təkrarlamaqla, keçək ikinci xortdana: “Radikal ekstremizmin səbəblərindən biri vəhhabilik və nurçuluqdur”.
Ya Şeyxanə! Əbanın mübarək ətəyindən öpərəm, amma daha bu boyda yox da. Orta məktəbdə fizika müəllimim həmişə belə bir düsturu təkrarlayırdı: İ=D/2; yəni insaf – dinin yarısıdır. Nurçulardan danışanda hamının ağlına gələn ilk assosiasiya MƏKTƏB və ELM olur: Qafqaz Universiteti, bütün Azərbaycana səpələnmiş Türk Litseyləri, “Araz” hazırlıq kursu, “Zaman” qəzeti, “Sızıntı” jurnalı, “Bürc fm” radiosu, “Samanyolu” telekanalı. . . Bütün bunları “Radikal ekstremizm”lə

bir arada necə təsəvvür etmək mümkündür? Türk litseylərində ölkənin ELİTASINI təmsil edən şəxslərin uşaqları oxuyurlar, indi onlar dini ekstremizmlə əlqələdirlər?
Ümumiyyətlə, nədir Nurçuluq?
Bu da həmçinin, NƏ TƏRİQƏTDİR, NƏ DƏ MƏZHƏB. Nurçuluq – Hənəfi məzhəbinin daxilində mövcud olan bir HƏRƏKATdır, haradasa təşkilat da adlandırmaq olar (Çünki hərəkatın daxilində qeyri-rəsmi strukturlaşma var, amma rəsmi heç nə yoxdur). Hənəfilik isə İslamdakı haqq məzhəblərin arasında ən geniş yayılanıdır.
“Nurçuluq” sözü Bədiüzzaman Səid Nursinin (Nurs – onun doğulduğu kənddir) adından gəlir. Bədiüzzaman ötən əsrin əvvəllərində yaşamış ilahiyyatçı alimdir, onun İslama baxışları “Sözlər”, “Məktubat” (məktublar), “Şüalar”, “Lemalar” və s. risalələrində açıqlanıb. Həmin baxışlarda Hənəfi məzhəbinə (dolayısıyla İslam dininə) zidd heç nə yoxdur. İndi bizim “Nurçu” adlandırdığımız qüvvə əslində klassik “nurçu”lar deyillər. Düzdür, onlar Bədiüzzamanın görüşlərinə böyük önəm verir, amma birbaşa liderləri Fətullah Güləndir, buna görə də onları “gülənçilər”, yaxud sadəcə “Fətullah Gülən camaatı” adlandırmaq daha dəqiq olar. Klassik nurçularla Fətullah Gülən camaatının arasında bir sıra məsələlərdə fikirlərin üst-üstə düşmədiyi taktiki məqamlar da var.
Sırf dini baxımdan yanaşanda Nurçuluqda şübhəli HEÇ NƏ yoxdur. Amma siyasi-ictimai prizmadan baxanda bəzi skeptik məqamları hər halda, görənlər var.
Fətullah Gülən bu hərəkatı ötən əsrin 70-ci illərinin sonunda bu hərəkata başlayıb. Bu haqda geniş bilgi almaq istəyənlər onun son vaxtlar Bakıda da satılan kitablarını oxuya bilərlər (“Küçük dünyam” kitabında Gülənin özü, “Prizma”, “Fasıldan Fasla”da isə siyasi-ictimai məsələlərə baxışları haqda danışılır). Diqqəti çəkən odur ki, öncə yarımgizli və kiçik bir hərəkat (struktur) olan Nurçuluq (Gülənin adı ilə adlandırılan) bir neçə ildən sonra eksponential artımla sürətlə genişlənməyə başlayaraq, bütün dünyaya yayıldı. Bu halda təbii ki, suallar doğur: belə sürətlə genişlənən və cəmiyyətin bütün təbəqələrini əhatə edən qüvvənin başqa məqsədləri yoxdur ki? Üstündə düşünüləsi məqam bax, budur, amma bu artıq tamam ayrı bir mövzudur. Həmin mövzunu sağlam təfəkkürlə araşdıra bilmək üçün isə Nurçuluğu düzgün identifikasiya etməyi bacarmaq lazımdır (Daha Paşazadə kimi yox). Nurçuluq Hənəfilik mühitində, zəminində yayılır, amma sırf dini ideyadan ibarət deyil; bəs dindən başqa hansı ideya və məqsədlər var? Dini planda onlarla heç bir mübarizə aparmaq lazım və mümkün deyil – çünki yanlış heç nə demirlər. Hənəfilik kimi liberal bir məzhəbi yaydıqlarına görə əksinə, onları yalnız təqdir etmək olar. Əsas ideologiyanın (dinin) fonunda yayılan digər (ictimai-siyasi) məqsədlərin nə olmasına, ümumiyyətlə, varlığına-yoxluğuna gəlincə isə, bu, çoxları kimi mənim üçün də qaranlıqdır.

VÜSAL MƏMMƏDOV
Mənbə: İslam.com.az

sizden islamda sige (muvegget evlenmek) e bare soz yazmak iateyirem
Dekabr 9, 2007 14:58