
Şükür edənə gözəlliklər bəxş edən deməkdir.
Əgər Allaha gözəl bir borc versəniz (malınızı Onun yolunda xərcləsəniz), O bunu sizin üçün qat-qat artırar və sizi bağışlar. Allah şükürün əvəzini verəndir, Həlimdir (əl-Təğabun surəsi, 17).
Qüsursuz olan Allah yer üzündəki insanlara saysız nemət verib və bunun qarşılığında da yalnız şükür edən bir bəndə olmalarını əmr edib. Şükür edən bəndələr Axirətdə gözəl həyata yetişəcəklər.
Əl-Aliyy - Ya Aliyy! Ən gözəl sifətlər belə Səni tərifləməyə yetməz, Sənin lütfünün şöləsidir bütün gözəl sifətlər. Ən gözəl vəsflər belə, Səni vəsf etməyə kifayət deyil, Sənin camalının kölgəsidir bütün mükəmməl vəsflər. Sən hər cür təsəvvürdən Yüksəksən və hər cür xəyaldan Alisən. Sifətlərinə xəyallar və fantaziyalar çata bilməz, Ucalığını ağıl dərk edə bilməz. Sənin lütfkarlığınla ülviyyət qazanır bütün aləm. Sənin nazil etdiklərinlə mərtəbələr qazanır insanlar, cinlər və mələklər. Acizliyimə Uca Qüdrətinlə mədət eylə! Fəqirliyimə ülvi yaxınlığınla imdad eylə! Sən ki içimdə olub bitənləri bilirsən, yaxınına al məni! Sən ki Ucalardan Ucasan, Səndən başqasına boyun əydirmə məni!
Çox böyük olan mənasını verir.
Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, məxluqatın gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub-saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur (əl-Bəqərə, 255).
Bütün aləmi var edən, kainatın tək Sahibi olan Allah böyükdür. Göylərin, yerin və bu ikisi arasında olanların yeganə sahibi Odur. Ondan başqa Yaradan yoxdur.
Əl-Kəbir - Ya Kəbir! Cümlə fikirlər dar gələr Sənin kibriyanı anlamağa. Bütün sözlər azlıq edər Sənin böyüklüyünü anlatmağa. Tək Səni böyük bilənlərdən et məni! Böyüklüyünü bilməklə genişlət fikrimi! Kibriyanı anlayacaq ağıl ver mənə, Cəlalını görməklə genişləndir qəlbimi!
Qəbul edən, bağışlayan deməkdir.
Məgər onlar bilmirlər ki, Allah qullarından tövbəni qəbul edir, sədəqələri götürür və Allah tövbələri qəbul edəndir, rəhmlidir? (ət-Tövbə, 129).
Allah bağışlayan və mərhəmətlidir. Yaradan tövbələri qəbul edər.
Əl-Hafiz - Ya Hafiz! Hifzinin xəzinəsində aləm bir nöqtədən ibarətdir. Hifzinin aynasında ay və günəş sönük bir parıltıdan ibarətdir. Bahar qışa dönər bir gün, səhər axşama çatar. Səhərlər Səndəndir, qoru məni və səhərə qədər saxla məni! Ulduzlar sönər bir gün, dağlar yerindən oynar, göylər Sənindir. Qoru məni, qapına yetişdir! Göylər dağılar bir gün, yer-yerindən oynayar. Hər yer Sənindir, qoru məni, mənzilə çatdır! Quşlar dağılar, dənizlər qaynar bir gün. Üfüqlər Sənindir, qoru məni! Adım unudulacaq bir gün, səsim boşluqda qalar, heç kim eşitməz. Yaxınlıqlar Səndəndir, qoru məni, yaxınlığına götür məni! Dəftərim açılacaq bir gün, günahlarım onun çox hissəsini tutacaq. Təqdir Sənindir, qoru məni, əfvini yetişdir! Sözüm bitər bir gün, səssizlik bürüyər məni. Kəlam Sənindir, qoru məni, müjdəni yetişdir!
Qoruyan, mühafizə edən deməkdir.
Uca Yaradan hər zaman insanları və onların yaşadığı kainatı qoruyur.
«Əgər üz çevirsəniz, bilin ki, mənə əmr olunanı sizə çatdırdım. Rəbbim yerinizə başqa bir qövm gətirər və siz də Ona heç bir zərər yetirə bilməzsiniz. Şübhəsiz, Rəbbim hər şeyi hifz edir" (Hud, 57).
Əl-Muqit - Ya Muqit! Sən hər kəsin hər ehtiyacını hər an görərsən. Sənə əyandır hər cür niyyət və hərəkətim. Sən, sonzuzluq istəyini qəlbimə ilham edərsən, Sənə məlumdur bütün dualarım və istəklərim. Sən zəif və acizləri, yetim və yoxsulları qoruyub-saxlayırsan. Sənə məlumdur acizliyim! Sən, birinci yoxsullara əl tutanı sevərsən, Sənə məlumdur yoxsulluğum və əməllərim. Niyyətlərimi gözəlləşdir, ixlaslı olmağı nəsib et mənə! Ömrümü əbədiyyətə apar, Cənnətində yerləşdir məni! Yoxsulluğumu mərhəmətinlə qarşıla, başqasına əl açdırma məni! Günahlarımı böyüklüyünə bağışla, üzümü qara etmə mənim!
Hər şeyi bilən deməkdir.
Allah hər şeyi bilən və görəndir. O, insanların xəlvətdə nə etdiklərini, hətta nə düşündüklərindən belə xəbərdardır. Heç bir düşüncə, pıçıltı Allahdan gizlin qalmaz.
Onlar öz günahlarını insanlardan gizlədir, Allahdan isə gizlətmirlər (Ondan çəkinmirlər). Halbuki onlar Allahın razı qalmadığı sözləri gecələr xəlvətdə söylədikləri vaxt belə, O, onların yanında olur. Allah onların nə etdiklərini əhatə edir (Nisa, 108)./İstiot/
© 2007 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənov cənablarına məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com





