Reklam verin!

Kafirlərin bayramını müsəlmanlar da qeyd edecekmi?

batilbayramHər bir müsəlman bilirki 31 dekabr-1 yanvar ərəfəsində keçirilən “YENİ İL BAYRAMI” xristianların,  yəni kafirlərin bayramıdır. 28 Aprel, 1 May, 7 Noyabr, 31 dekabr Milad bayramı azərbaycanlılara yad bir şeydir.1920-ci ilə qədər çox nadir azərbaycanlı tapılardı ki, bu günü qeyd etsin. Lakin çox əfsuslar olsunki Azərbaycan xalqı 70 il bu kafirlərin ideologiyası və əsarəti altında olduğundan həmin kafirlərin adət və ənənələrini, bayramlarını mənimsəmişlər.


Ən acınacaqlı hal isə odurki Azərbaycan xalqı müsəlman aləmində olan 2 böyük bayramı yəni,  Ramazan və Qurbanlıq bayramınını “YENİ İL BAYRAMI” kimi möhtəşəm keçirmillər.Bunun səbəbi isə Azərbaycan xalqının öz dinlərindən yəni İslam əqidəsindən uzaqlaşdırılmaları olmuşdur.Bu isə birdən-birə deyil, tədricən xristanlar tərəfindən xalqımızı İslam əqidəsindən ayrı salmaqla mümkün olmuşdur.Müsəlmançılıqın isə yalnız quru maketi qalmışdır.Hər  bir azərbaycanlı kafirlərin bu bayramlarını qeyd etməklə özünü müsəlman saymış, xristanların məclislərində iştirak etmiş və bununla yanaşı özünün müsəlman olduğunu iddia etmişdir.Əslində isə bu belə deyildir.Uca Allah Qurani Kərimdə bu barədə belə buyurur:” Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri özünüzə dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz!(Maidə-51)

  Lakin müstəqillik əldə etdikdən sonra, Azərbaycan xalqı tam da olmasa bir qismi Allahın dininə qayıtmış və hazırda xristan aləminin qeyd etdiyi “YENİ İL BAYRAMINI”  qeyd etməkdən üz çevirmişlər.Əlbətdəki cəmiyyətimizdə bu hal bir mənalı qarşılanmamışdır.Lakin bu normal haldır.Çünki 70 il kafirin dini, etiqadı, adət -ənənəsi, ideologiyası altında yaşayan bir millət,  bu gün “YENİ İL BAYRAMINI”  qeyd etməyənlərə qarşı müxtəlif fikirlər formalşdırmışdır.Əslində isə müsəlmanın 2 bayramı var:Ramazan və Qurbanlıq!Bu 2 bayramdan qeyri hər hansı bir bayram İslamdan kənar və müsəlman əqidəsinə zidd olan bayramdır. Peyğəmbər(s.ə.s.) buyurmuşdur: Sizdən əvvəlkilərin izlərini şübhəsiz ki, qarış-qarış, arşın-arşın təqib edəcəksiniz. Onlar bir kərtənkələ yuvasına girsələr, siz də onların arxasından o yuvaya girəcəksiniz. Orda olanlar soruşdular: Ya RəsulAllah, xristian və yəhudilərin izlərimi?Peyğəmbər(səs) Başqa kim ola bilər? dedi.

 Cəmiyyimiz anlamalıdırkı biz kimlərinsə bayramlarını qeyd etməklə onların dinlərinə razılıq göstərmiş oluruq.Əgər biz müsəlmanıqsa Ramazan və Qurbanlıq bayramından qeyri bayramları qəbul etməməliyik.Peyğəmbər (s.a.s.) in dövründə də il dəyişirdi. Bu il dəyişməsini Peyğəmbər (s.a.s.)  qeyd etmirdi və müsəlmanlara da bunu etməyi caiz görmürdü. Əgər biz müsəlmanıqsa Allaha və onun Peyğəmbərinə tabe olmalıyıq.Uca Allah belə buyurur:” Əgər onlar Allaha, Peyğəmbərə və ona nazil olana inansaydılar, onları (kafirləri) özlərinə dost tutmazdılar. Lakin onların çoxu itaətdən çıxmış fasiqdirlər(Maidə-81)

Əgər biz özümüzü müsəlman sayırıqsa deməli kafirlərin bayramalarını qeyd etməməli və bunu əməllərimizlə göstərməliyik.Bir düşünün ki , xristianlar Ramazan və Qurbanlıq bayramını nə zaman qeyd etdilər?Amma əfsuslar olsunki xalqımızın əksəriyyəti kafirlərin “YENİ İL BAYRAMINI” hər il və çox təntənəli şəkildə qeyd edirlər.Lakin düşünmüllərki 20 faiz torpağımızı zəbt etmiş ermənilər də bu “YENİ İL BAYRAMINI” sevə-sevə və təntənəli şəkildə qeyd edirlər.Düşmənlərimizin qeyd etdiyi bayramı bizlər də qeyd edib onlara qarşı necə düşmənlik hissi keçirə bilərikki?

Uca Allah belə buyurur: "Ey iman gətirənlər! Əgər kafirlərə itaət edəcək olsanız, onlar sizi geri (öz dinlərinə) döndərər və siz də zərər çəkmiş halda geri dönərsiniz. "
(İmran, 149)

 Uca Allah bizim milləti kafirlərin dininə deyil, İslam dininə yönələnənlərdən etsin.Çünki ibrət,  naqis başlanğıcda deyil, kamil sonluqdadır!!!

Allahım, millətimizə faydalı elm və hidayət ver. AMİN !!!  

MƏNBƏ: İSLAM OL

© 2007 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənov cənablarına məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com

Baxış sayı: 245
Açar sözlər: batil bayram kufr kafir tənqid 
Bookmark and Share


1
azizmehdi yazıb:

man sanin blogunu dost bl;oglara qoydum indi novba sanindi

Dekabr 17, 2007 21:02

Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


Islam haqq dini

Burada Allahın izni ile Allah xatirine yazdigim islama aid meqalelerle tanış olacaqsınız. Hemçinin inşallah bundan sonra çalışacağam ki, bu fani dünyada yaşadığım müddətcə daima yeni məlumatları, maraqlı məqalələri və digər faydalı materialları sizlərə çatdırım. Buna görə də istərdim ki, sizdə bu xeyir işdə mənə dəstək olasınız. Mən düşünürəm ki, bu gün cəmiyyətimizdə artıq ilahiyyatçı alimlər kifayət qədər var və onlar bir yerdə müxtəlif dillərdə olan və dövlətin icazəsi ilə ölkəyə gətirilən dini kitabları öz dilimizə çevirib xalqımızın maariflənməsinə təkan verməlidirlər. Bunun üçün imkanı olan və olmayan bütün müsəlman bacı və qardaşlarımızdan, ilahiyyatçılarımızdan bu məsələdə ciddi olmalarını və birləşib xalqımızın maariflənməsi üçün əllərindən gələni əsirgəməmələrini arzu edirəm. Bunun üçün sizdən çox xahiş edirem ki, irad ve tekliflerinizi mene bildirəsiniz. Gəlin bu işdə bir birimize kömək edek. Çünki Peyğəmbərimiz (s.ə.s) buyurub ki, bir insanın sənin əlinlə hidayətə gəlməsi bütün insanların hidayətə gəlməsi kimidir. Ona görədə gəlin xeyir işlərdə yarışaq. Allahın və Peyğəmbərinin (s.ə.s) verdiyi xəbərləri təsdiq edək.

Axtarış

Sorğu

Saytımın yeni görünüşü xoşunuza gəldimi?



Açar sözlər

islam  əbubəkr  islam,  quran  din 

Sayqaç

İndi blogda: 29
Keçən ayın hiti: 70300
Dünənki hit: 3041
Bugünki hit: 244
Ümumi hit: 500679





Top on A-Z.az





Free hit counters






En kaliteli siteler Alersa.Net
Bedava Site Ekle AddThis Feed Button
Add to Technorati Favorites