Azərbaycanlı zəvvarların ilk qrupu Səudiyyə Ərəbistanını tərk edib
Həcc ziyarətini başa vuran azərbaycanlı zəvvarların ilk qrupu Səudiyyə Ərəbistanını tərk edib, 2-ci qrup isə bu gün axşam vətənə dönəcək.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev ANS TV-yə bildirib ki, zəvvarlar bir gecə Suriyada qalandan sonra yollarına davam edəcəklər. Həccə təyyarə ilə gedənlər isə gələn həftədən vətənə qayıtamağa başlayacaqlar.
Qeyd edək ki, bu il 6 minə yaxın azərbaycanlı daxil olmaqla, müqəddəs yerləri 3 milyondan artıq müsəlman ziyarət edib. Onlardan 350 nəfəri elə Məkkədəcə dünyasını dəyişib. Həcc ziyarətinin təşkilatçıları vəfat edənlərin əsasən ahıllar olduğunu bildirirlər./ANS PRESS/
© 2007 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənov cənablarına məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com




