“Quran”ın eston dilində ilk nəşri bir günə satılıb
Bu barədə birinci dəfə müsəlmanların müqəddəs kitabını eston dilinə tərcümə edən Avita nəşriyyatı məlumat verib
Estoniyada “Quran”ın ilk nəşri bir günə satılıb. Min nüsxədən ibarət “Quran” kitabının ilk tirajı Tallindəki kitab mağazalarında cəmi bir gün qalıb. Bu barədə birinci dəfə müsəlmanların müqəddəs kitabını eston dilinə tərcümə edən Avita nəşriyyatı məlumat verib.
Kitabın 1000 nüsxədən ibarət ikinci tirajı isə satışda növbəti ilin yanvar ayında olacaq. Kitabın qiyməti 600 kron (60 dollar)dır. /ANS PRESS/
© 2007 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənov cənablarına məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com















