“Yeni il” münasibəti ilə dünyanın bir çox yerlərində milyonlarca kiçik şam ağacları “Şaxta Baba” xurafatı uğrunda kəsilib məhv edilir. Xiristian ölkələrində olduğu kimi, müsəlmanların yaşadığı ərazilərdə də bu cinayətlər insanlar tərəfindən törədilməkdədir..Bir günlük əyləncə üçün kəsilən bu “şam ağaclarının fidanları” neçə-neçə insanların oksigenlə təmin olunmasının qarşısını alır.
Ən acınacaqlı hal isə odurki, bu işləri görənlər arasında özlərinə müsəlman deyənlər də mövcuddur.Lakin bu fidanların əyləncə xatirinə kəsilməsinin nə yaxından, nə də ki, uzaqdan İslam dini ilə əlaqəsi yoxdur.Əksinə İslam dini təbiətə qarşı, bitkilərə qarşı və heyvanlara qarşı mərhəmətlə davranmağı tələb edir.Peyğəmbərimiz Məhəmməd (s.a.s) bir hədisində belə deyir:”Qiyamətin qopduğunu görsəz belə , əlinizdə bir fidan varsa, onu yerə əkin!”(Hədis) Lakin onu da qeyd etmək lazımdırkı hazırda xristianlar, Peyğəmbərimizin (s.a.s) bu hədisinə istəsələr də, istəməsələr də riayət etməyə məcburdurlar.Çünki özləri də çox gözəl bilirlərki ağaclar insanlar üçün “oksigen fabriki” rolunu daşıyıllar.Məhz bunun üçün də həmin canlı şam ağaclarının əvəzinə, kauçukdan olan süni şam ağaclarının fidanları istehsal olunur.Əlbətdəki xristianlar öz dinlərini, adətlərini qoruyub saxlamaq üçün bu vasitələrə al atıllar.İndi gəlin görək bu “Şam ağaci” və ya rus dilində olan “Yolka ağacı” hər il yeni ilin gəlişi ilə xristianlarıın evlərinin bir küncündə nə üçün büt kimi qoyulur və yaxud da bu “Yolkanın” ətrafında dövr edirlər.Ümumiyyətlə bu adətin haradan qaynağlandığını öyrənmək üçün tarixə müraciət edək.Bütpərəst romalılar qış gələndə həmişəyaşıl dəfnə ağaclarını kəsib evlərinə gətirir, beləcə baharın evlərinə gəldiyinə inanırdılar. Qədim almanlar da həmişə şam ağacını kəsib evlərinə qoyurdular. Bu adət 15-16-cı əsrlərdə Almaniyada çox yayılmışdı. Şam ağacına şirin çörəklər və şirniyyat asırdılar. 17-ci əsrdə Amerikaya köçən almanlar bu adəti ora apardılar və yaydılar. 19-cu əsrdə ingilis Kraliçası Viktoriya alman şahzadəsi Albertlə evləndi. Albert şam ağacı adətini İngiltərədə də yaymağa başladı. Gördüyünüz kimi nə 25 dekabrın, nə də şaxta babanın İsa(ə.s)nın doğumu ilə heç bir əlaqəsi yoxdur. Bunlar tamamilə xristianlıqdan əvvəlki bütpərəstlərin adətləridir. Bunu hətta xristian alimləri də etiraf edirlər. Məsələn, 1911-ci ildə çap olunmuş Katolik Ensklopediyası adlı kitabda katolik din alimi Orugen belə yazır. Bu şənliklərin mənbəyi Firon və Nəmrud kimi zalım kralların öz anadan olduqları günü qeyd etmələri və xalqı da buna məcbur edirdilər. Bütün bunlar onu göstərir ki, Miladi təqvimlə yeni ilin başlanmasını bayram kimi qeyd edənlər müsəlman deyillər.Bu bayramlarda istifadə olunan atributları istifadə edənlər və bu günü bayram kimi qəbul edənlər kafirlərdir.Çünki hər bir müsəlman bilirki İslam dinin də Ramazan və Qurban bayramından qeyri bir bayramı qeyd etmək küfrdür.Küfr isə insanı Cəhənnəmə aparan əməllərdən biridir.Hər bir müsəlman olan kəs, İslam dinindən başqa qeyri bir dinə tabe olmamalıdır.Çünki haqq din İslamdır.Uca Allah bu haqda belə buyurur: “Allah yanında haqq olan din, əlbəttə, islamdır...” (Ali-İmran 19)
Uca Allah digər ayədə belə buyurur: “Allah qatında heç bir din məqbul deyildir. Kim islamdan başqa bir din ardınca gedərsə, o din heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!” (Ali-İmran 85)
Odur ki, hər bir müsəlman İslam dininə tabe olmalı, İslam dininə zidd olan bütün adət və ənənələrdən uzaq durmalıdır. Peyğəmbər (s.a.s)bu haqqda belə buyurmuşdur: “Kim özünü başqa bir qövmə bənzədirsə həmin insan onlardan sayılır”.(Hədis)Bu üzdən haqq dinə inanan müsəlmanların başqa bir dinə aid olan adət-ənənələrini qəbul etmələri heç bir məntiqə sığmır. Peyğəmbər (s.a.s) biz müsəlmanlara digər din mənsublarına aid olan inanc, ibadət ya da adət və davranışlarımızda onlara oxşamağımızı bildirmişdir. Xristianların dini bayramı olan bu bayramın biz müsəlmanların dinimizə, adət-ənənəmizə nə qədər uyğun gəldiyini bir düşünün.
Allah bizim milləti kafirlərin qeyd etdiyi bayramları qeyd etməkdən mühafizə etsin.Amin!
© 2007 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənov cənablarına məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com





