Reklam verin!

Sevimli olmağın 10 qaydası

islam_haqq_dinAllaha olan sevgi ibadətin və İslam dinin əsasının vacib növlərindən biridir. İnananın tövhidi Allaha qarşı mükəmməl sevgidə təkmilləşir, zəyif sevgidə isə zəyifləyir.Bu barədə Uca Allah belə buyurur:” İnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir.”(Bəqərə, 165)

İnsanın Allaha olan sevgisi hərtərəfli və mükəmməl olsun deyə, bəndə Allaha xoş gedən əməlləri və insanları sevməli, Allahın nifrət etdiyi insanlardan və əməllərdən isə kənar gəzməlidir.Onun dostlarının dostu və düşmənlərinin düşməni olmalıdır.Bununla o öz əqidəsini və tövhidini kamilləşdirir.

 


 Allahın yaratdıqlarını ibadət obyektinə çevirib onları Allah qədər sevmək, Allaha tabe olduqları kimi onlara da tabe olmaq, onları anmaq və onları  Allaha dua edərkən vasitə etmək böyük şirkdir.Böyük şirk isə insanı Cəhənnəmə aparan amillərdən biridir.Müşriklər (Allaha şərik qoşanlar) Allah ilə yanaşı digər batil ilahları, bütləri ,ağacaları, pirləri, ocaqları, qəbrləri, insanları, hökmdarları Allahı sevdikləri kimi sevməklə böyük şirkə girmiş olurlar.Əslinə qalanda heç bir müşrik Allahın varlığını, Yerin və Göylərin bir tək İlah olduğunu inkar etmir.Lakin sevgidə Allahı sevdikləri kimi, digər əşyaları, kimsələri də sevməklə şirk edirlər. Uca Allah bu barədə belə buyurur: “Əgər sən onlardan: "Göyləri və yeri kim yaratmışdır?"– deyə soruşsan, onlar hökmən: "Allah!"– deyəcəklər. De: "Həmd olsun Allaha!" Lakin onların çoxu bunu bilmir.”(Loğman,25)

 Günümüzdəki insanlar isə pirləri, ocaqları, seyyidləri, övliyaları nəki Allahı sevdikləri kimi sevir, hətta Allahdan da çox sevgi bəsləyirlər.Bu cür insanların bütpərəstlərlə heç bir fərqi yoxdur.Çünki bütə sitayiş edənlər də Allahın varlığını, Yaradıcı olduğunu qəbul edirlər.Lakin Allahı sevdikləri kimi bütlərini də sevirlər.Və bununla da müşrik olurlar.

 İnsanlar içərisində Allaha sevgidə heç nəyi və heç kimi şərik qoşmayanlar da mövcuddur.Əsl tövhid əhli də məhz bu kimsələrdir.Allahı əsl sevgi ilə sevən insanların içi nəzakət və mərhəmətlə dolur və onlar bir-birinə oğul ataya, qul ağaya yanaşan kimi yanaşırlar.Kafirlərlə isə şir öz qurbanının qarşısındadır kimi davranırlar.

 Sevginin başqa əlaməti Allah yolunda canla, əməllərlə, əmlakla və sözlə cihaddır.Daha bir əlamət də odur ki, kafirlərin tənəsimöminləri Allah yolunda əsla dayandırmır.Onlar daim Allah yolunda canları ilə, malları ilə və dilləri ilə cihad etməkdən yorulmullar.

 Şeyxulislam İbn Teymiyyə(rh) Allaha qarşı olan sevgini təkmilləşdirməyin on yolunu göstərir:

1.Quranı onun mənasını və məzmununu başa düşərərk və dərk edərək oxumaq.

2.Uca Yaradana onun vacib buyurduğu əmrləri ilə yanaşı əlavə əmrləri yerinə yetirməklə yaxınlaşmaq.

3.Hər durumda Allahı dildə, ürəkdə, davamlı tərif etmək.Bəndənin Allaha olan sevgisinin dərəcəsi məhz bundan asılıdır.

4.Şiddətli şəhvətə baxmayaraq öz sevdiyinin qarşısısnda Allahın sevdiyinə üstünlük vermək.

5.Daim qəlbin Allahın adlarına və onun mənalarına müraciət etməsi.Onları dərk etməsi.

6.Onun həm gizli, həm də aşkar saleh əməllərinin və rəhmlərinin dərk edilməsi.

7.Ürəyin Allah qarşısında alçaldılması.Bu, ən vacib tələbdir.

8.Gecənin son üçdə birində Allahla Onun Kitabını oxuyaraq, bağışlanmaq və tövbə etmək haqda yalvararaq tənha qalmaq.

9.Cəmiyyətdə Allahı sədaqətlə sevən bəndələri danışdıqlarının bəhrəsini toplamaq üçün axtarmaq.

10.Qəlblə Allah arasında duran hər şeydən uzaqlaşmaq

 Bu yollarla insan sevginin ali dərəcəsinə nail olacaq və Allahın sevimliləri sırasına qoşulacaq. 

MƏNBƏ: İSLAM OL

© 2007 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənova məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com

Baxış sayı: 163
Açar sözlər: sevimli sevgili lovely boy girl 
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


Islam haqq dini

Burada Allahın izni ile Allah xatirine yazdigim islama aid meqalelerle tanış olacaqsınız. Hemçinin inşallah bundan sonra çalışacağam ki, bu fani dünyada yaşadığım müddətcə daima yeni məlumatları, maraqlı məqalələri və digər faydalı materialları sizlərə çatdırım. Buna görə də istərdim ki, sizdə bu xeyir işdə mənə dəstək olasınız. Mən düşünürəm ki, bu gün cəmiyyətimizdə artıq ilahiyyatçı alimlər kifayət qədər var və onlar bir yerdə müxtəlif dillərdə olan və dövlətin icazəsi ilə ölkəyə gətirilən dini kitabları öz dilimizə çevirib xalqımızın maariflənməsinə təkan verməlidirlər. Bunun üçün imkanı olan və olmayan bütün müsəlman bacı və qardaşlarımızdan, ilahiyyatçılarımızdan bu məsələdə ciddi olmalarını və birləşib xalqımızın maariflənməsi üçün əllərindən gələni əsirgəməmələrini arzu edirəm. Bunun üçün sizdən çox xahiş edirem ki, irad ve tekliflerinizi mene bildirəsiniz. Gəlin bu işdə bir birimize kömək edek. Çünki Peyğəmbərimiz (s.ə.s) buyurub ki, bir insanın sənin əlinlə hidayətə gəlməsi bütün insanların hidayətə gəlməsi kimidir. Ona görədə gəlin xeyir işlərdə yarışaq. Allahın və Peyğəmbərinin (s.ə.s) verdiyi xəbərləri təsdiq edək.

Axtarış

Sorğu

Saytımın yeni görünüşü xoşunuza gəldimi?



Açar sözlər

islam  əbubəkr  islam,  quran  din 

Sayqaç

İndi blogda: 25
Keçən ayın hiti: 70300
Dünənki hit: 3041
Bugünki hit: 248
Ümumi hit: 500683





Top on A-Z.az





Free hit counters






En kaliteli siteler Alersa.Net
Bedava Site Ekle AddThis Feed Button
Add to Technorati Favorites