Başımıza gələn bəlaların səbəbi
Müsəlmanların başlarına gələn ən böyük bəlaların səbəblərindən biri, yəhudilərə, xristianlara və müşrik toplumlarına bənzəmək, onların ardınca getmək, onları dost bilmək və onlara məhəbbət bəsləməkdir.Uca Allah bu barədə belə buyurur: “Ey iman gətirənlər! Sizdən əvvəl Kitab verilənlərdən dininizi ələ salıb oyun-oyuncaq hesab edənləri və kafirləri özünüzə dost tutmayın. Əgər möminsinizsə, Allahdan qorxun.”(Maidə, 57)Özlərini yəhudilərə, xristianlara və müşrik toplumlarına bənzədənlər haqqında Peyğəmbərimiz Məhəmməd (s.a.s) belə buyurur: «Həqiqətən siz əvvəlkilərin adət ən-ənələri ilə gedəcəksiniz. Hər bir şeydə onlara qarış-qarış oxşamağa çalışacaqsınız. O, dərəcəyə qədər ki, onlardan biri kərtənkələ yuvasına girsə belə siz də onun ardınca girəcəksiniz». Biz: «Ya Rəsulallah! Sən Yəhudi və Xristianları nəzərdə tututsan?» deyə soruşduq. Peyğəmbər: «Onlardan başqa kimlər olacaq» deyə buyurdu.(Buxari və Müslüm)
Hədisi şərifdə, müsəlman olmayanlara bənzəyənlər şiddətlə qınanılır. Kim müsəlmanlara və saleh insanlara bənzəyərsə, o onlardandır, kim də yəhudi və xiristiyanlara bənzəyərsə, o da onlardandır.
Kafirlərə bənzəmənin ən əsas örnəklərindən biri də, onların “Yeni İl bayramlarını” qeyd etmək, onlarla bayramlaşmaq, onların təşkil etdiyi “Yolka” şənliklərində və məclislərdə iştirak etməkdir.
Allah Təala, xristianlar haqqında belə buyurur:
► Şübhəsiz ki: "Allah Məryəm oğlu Məsihdir(İsa)!" - deyənlər kafir oldular. (Maidə,72) |
► Allah üçün üçüncüsüdür, deyənlər kafir oldular.(Maidə, 73) |
Xristianlar, İsaya(ə) və Onun doğum gününə iftira atıllar. Halbuki, İsa Əleyhissəlam onların etdiklərindən uzaqdır və bunların hamısını inkar edir.Hazırda kafirlərin dekabırın 31-ni bayram etmələri, İsa Əleyhissəlamla heç bir əlaqəsi yoxdur.Bu bayramın xristanlıqla da heç bir əlaqəsi yoxdur.Çünki bunu xristianların dini xadimləri də təsdiq edirlər.Bu bayramın qeyd olunması bütpərəstlərlə əlaqəlidir.Ən dəhşətli hal isə odur ki, bu günü yəni dekabırın 31-ni “Yeni il” bayramı kimi qeyd edən insanlar arasında özlərinə müsəlman deyənlər də mövcuddur.Məyər Məhəmməd Peyğəmbər (s.a.s) müsəlmanlara İslamdan qeyri bir bayramı qeyd etməyi yasaq etməyibmi?Bir hədisdə belə deyilir:Bir gün Rəsulullah(s.a.s) Mədinəyə gəlir.Buradakı camaatın 2 günü bayram kimi qeyd edib, əyləndiklərini görür və soruşur:” Bu günlər nədir?” Onlar da, “Biz cahillik dönəmində bu günləri bayram kimi qeyd edib, əylənərdik” dedilər.Bu sözdən sonra Rəsulullah onlara belə dedi: “Allah bundan daha xeyirli olanı, Qurban bayramı və Ramazan bayramını sizlərə verdi”(Səhih hədis.Əbu Davud)
Uca Allah kafirlərə bənzəməyib, onların adət-ənənələrini qeyd etməməyi əmr etməkdə böyük hikmətləri vardır.Bunu onun üçün əmr etmişdir ki, kafirlərin məhəbbəti müsəlmanların qəlblərinə girməsin.Çünki kafirlər Allahdan və müsəlmanlardan uzaqdırlar.Onlar daim Allahın dininə qarşı savaş açan kimsəlırdir.Hazırda müsəlmanların arasına fitnə toxumunu səpən, müsəlmanları öz torpaqlarında işgəncələrə məruz qoyan, ailələri başsız qoyan məhz yəhudi və xristianlardır.Allahın düşməni olan bu kimsələrin bayramlarnıı qeyd edən bir insan müsəlman ola bilərmi?Əlbətdəki ola bilməz!Çünki əsl müsəlman, Allahın, Rəsulunun və müsəlmanların düşmənlərinə qarşı daim sərt olmalıdır.Müsəlmanlara əziyyət verənlərə qarşı dostluq və qardaşlıq göstərməməlidir. Uca Allah bu barədə belə buyurur: “Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər...”(Fəth, 29)
Deməli hər bir müsəlman, kafirlərə qarşı sərt, müsəlmanlara qarşı isə mülayim olmalıdır.
Bu günü bayram kimi qeyd edən insanların çox hissəsi bu bayramdan xəbərsizdilər. Bunun da əsas səbəbi dinimizi lazımi səviyyədə biliməməkdir. Gəlin bu günlərdə bilərəkdən bu gün üçün hazırlanmış məclislərdən, süfrələrdən, bayram tədbirlərindən, bayram təbriklərindən, israfçılıqdan, yolka şənliklərindən uzaq olaq.Çünki, Peyğəmbər (s.a.s) müsəlmanlara kafirlərin adət-ənənələrinə əməl etməyi qadağan etmişdir. Ona görə ki, onlara zahirən oxşamaq, onların mənəvi dəyərlərini qəbul etmək, onların batil əməllərinə razılıq etmək deməkdir.
Gəlin Bir əlimizdə qədəh, Bir əlimizdə Quran olanlardan olmayaq.Bu fani dünyanın bər – bəzəyinə aldanıb, dildə müsəlmanam deyib, əməllərimizdə xristanlara, yəhudilərə və müşrik topluma bənzəməyək.Həyatımızın hər bir sahəsində Peyğəmbərimiz Məhəmməd (s.a.s) özümüzə örnək, öndər seçək.Kafirlərin yoluna deyil, Peyğəmbərimiz yoluna sıx-sıx bağlanaq.Çünki Peyğəmbərimizin bizlərə əmanət olaraq qoyub getdiyi yol, bizləri Cənnətə doğru aparan bir yoldur.Kafirlərin yolu isə Cəhənnəm əzabına aparan bir yoldur.
Allah bizim milləti kafirlərin yoluna deyil, Allahın və Rəsulunun yoluna yönəltsin.Amin.
MƏNBƏ: İSLAM OL
© 2007 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənova məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com















