“Hicabla bağlı məsələ təhsil müəssisələrinin nizamnaməsi çərçivəsində həll olunmalıdır”
Milli Məclisin komissiya sədri: “Hicabla bağlı məsələ təhsil müəssisələrinin nizamnaməsi çərçivəsində həll olunmalıdır”
“Mənim fikrimcə, hicabla bağlı məsələ təhsil müəssisələrinin nizamnaməsi çərçivəsində həll olunmalıdır”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin elm və təhsil daimi komissiyasının sədri Şəmsəddin Hacıyev parlamentdə müzakirə edilən “Təhsil haqqında” qanunun layihəsindən 11.1.8-ci (Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində təhsil alanların, təhsil verənlərin və digər işçilərin baş örtüyündə (hicab, çadra və s.) və digər dini geyimlərdə gəlmələrinə yol verilmir) maddənin çıxarılması barədə irəli sürülən təklifə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hicabla bağlı maddənin qanundan çıxarılıb-çıxarılmayacağını müzakirələr göstərəcək: “Azərbaycanda təhsil dünyəvidir. Məncə, bu məsələ təhsil müəssisələri səviyyəsində həll edilməlidir”. Maddənin layihəyə hansı zərurətdən salınması barədə sualı cavablandıran millət vəkili deyib ki, bununla bağlı komissiyaya yüzlərlə təklif daxil olub: “Müzakirələr nəticəsində maddə layihəyə salındı. İndi fikirlər haçalanıb. Bu qanunun qəbulu təhsilin inkişafına təkan verməlidir”. /APA/
© 2007 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənova məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com





Menim fikrimce tehsilde hicabla bagli hecbir problemler olmamalidir.Her hansi bir mellimenin hicab taxmasi sagird ucun de cox exlaqi ehemiyyet kesb edir.
Dekabr 31, 2007 14:22