Imamın dediyi qadınların məscidə hücum etməsinə səbəb olub

Türkiyənin Bəylikdüzü məntəqəsinin Fatih Sultan məscidinin imamı Hasan Hakyeməzin cümə namazından sonrakı çıxışı qarışıqlığa səbəb olub.
Hakyeməz «Arvadını işlədən adamlardan biri yanıma gələrək, həyat yoldaşının öz müdiri ilə gəzdiyini söyləyib. Baxın, arvadlarınızı işlətməyin, günah sahibi olarsınız. Çünki qadının doqquz nəfsi var. Qadın bu nəfslərindən hamısına sahib ola bilməz. Amma kişinin bir nəfsi var və o, buna hakim ola bilir. Mən bunları özümdən uydurmuram, İslamın əmrini təbliğ edirəm» deyib.
Beləliklə o, qadını işə göndərən ərlərin dolayısı ilə arvadlarını xəyanətə sürüklədiyini vurğulayıb.
Bu, Fatih Sultan məscidinin dini icmasının üzvlərinin narazılığına səbəb olub. Onlar məscidin imamından Böyükçeşməcə müftiliyinə şikayət ediblər. Dini icmanın başçısı Həsən Çələbi bildirib ki, imamın dediklərini eşidən hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü 15 qadın məscidə hücum edib. Bu da dini icma üzvlərinin imamdan müftiliyə şikayət etməsinə səbəb olub. /ANS PRESS/
© 2007 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənova məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com















