YENİ İLƏ ELMİ, İNSAFLI MÜNASİBƏT
Bu gün olduqca bir çox müsəlmanlara, xüsusilə də Xristianların üstünlük təşkil etdiyi və yaxud Qərb mədəniyyətindən yüksək dərəcədə təsirlənən ölkələrdə yaşayan müsəlmanlara belə bir fikir təlqin edilmişdir ki, dostların və qohumların Kristmas (Milad günü) mərasimlərində iştirak etmək ən azından uşaqlar və cavanların əylənməsi üçün düzgün yer olmasa belə, vaxt keçirmək üçün heç bir zərəri yoxdur. Bir çox hallarda cəmiyyətin ənənələri ilə ayaqlaşmaq üçün göstərilən təzyiq, iradəsi zəif olan insanların buna tab gətirməsində onlar üçün olduqca çətin gəlir. Yeni il və digər batil şənliklərə dəvət edilən və yaxud ətraflarında müşahidə etdikləri bu cür mərasimlərə, şənliklərə qoşulmaqdan nə üçün yalnız onların məhrum edildiklərini və digər uşaqlar kimi onların da hansı səbəbdən hədiyyə ala bilmədiklərini dərk edə bilməyən uşaqların yalvarışları qarşısında valideynlər adətən təslim olmağa şirniklənirlər, aldanırlar.Həqiqətən də, Kristmas dövrü biznesin hər bir aspektinə, məktəblərə və hər bir ictimai yerlərə yüksək səviyyədə sirayət etmişdir. Yüksək təzyiqli satış taktikaları televizor, radiyo, jurnal və qəzetlər vasitəsilə evləri fəth etmişdir. Gecə-gündüz, aylarla, hətta illərlə hər bir cəzb etmə, tovlama üsulu ilə təsəvvürləri işğal etməkdədir. Bu cür qətiyyətlə hədəfə alınanların bir çoxları, az bir qismi istisna olmaqla bu tovlamanın, şirnikləndirmənin qurbanı olmuşdurlar. Erkən nəsillərin dövründə, Kristmas istiqamət yönündən hələ də əsasən dini olan bir mərasim idi. Hədiyyələr, ağaclar, bəzək əşyaları və ziyafətlər daha az əhəmiyyətə malik idi. Lakin indi bunların hamısı dəyişmişdir. Amerikan mətbuatında qeyd olunduğu kimi, Kristmas cəmiyyətin bir çox digər aspektlərindən uzaqlaşmışdır. Kütlə mədəniyyətində yeni bir elementə çevrilmişdir ki, bu da, hər fəsildə istehsalçılar və tacirlərə milyonlarla dollar qazanc əldə etməyə imkan yaratmaqdadır. Yaxşı hazırlanmış hədiyyə mübadilə sistemi vasitəsilə bu həyata keçirilməkdədir. Bu hədiyyələşmə adətən ürəkdən deyil, qarşılıqlı gözləntilərdən irəli gələn bir hədiyyələşmə sistemidir, mütləq yerinə yetirilməlidir düşüncəsi hakimdir. “Xoşbəxtlik əsasən mal-dövlət və əyləncədən törənir”- düşüncəsi ay boyu davam edən hazırlıqların əsasında duran təkanverici qüvvədir. Belə ki, nəticə etibarilə bu şənliklər ilin sonuna qədər davam etməkdədir. Bu həqiqət, özü-özlüyündə məzəmmətə layiq olsa da, bir çox müsəlmanda belə bir yanlış fikir yaratmışdır ki, artıq Kritstmas dini mərasim deyil və ona görə də İslam əqidəsinə zidd deyildir.
Kristmas mərasimini əhatə edən materialist abu-həva əslində ən pis şəkildə müşrik (bütpərəsət) (Cahiliyyə) mədəniyyətinin təzahürüdür. Yalnız düşüncə sahibi mömin insan daha çox vaxt, zəhmət, pul və resursların israfına nail olmaq üçün bunun şeytan tərəfindən hazırlanan və icra olunan “əl-ayağa düşmə” oyunu olduğunu dərk edə bilər. Halbuki saysız-hesabsız ailələr dünyanın bir çox yerlərində yoxsulluq vəziyyətində güc ilə dolanırlar. Kristmasın ticarət yönündən əlavə-təsadüfi müşahidəçi tərəfindən bu daha az müşahidə olunsa da-dini yönləri də var ki, bunlar da qeyd olunmalıdır. Bu mərasim Xristianlığa əməl edən xristianlar tərəfindən İsa Məsihin (əleyhissəlam) doğum gününü yad etmək məqsədilə yerinə yetirilmiş və icra edilməkdədir. Xristianların bir çoxu tərəfindən İsa əleyhissəlam Allahın təcəssümü və yaxud Üçlüyün ikinci şəxsi hesab edilir. Beləcə onlar “sitayiş etdikləri şeyin” doğum gününü qeyd edirlər!!! Bu söz özü “Krist Mass (Məsih Toplusu) kəliməsinin ixtisar edilmiş şəklidir. Məsihin yad edilməsinə həsr edilmiş dini ayin. Xristianlar tərəfindən İsa əleyhissəlamın doğum günü kimi qəbul edilsə də, bunu qeyd etməyin faktiki tarixi yəni 25 Dekabr İsa əleyhissəlamın doğumundan dörd əsr sonraya qayıdır, bu tarixdən əvvələ getmir. Məsələnin istehza doğuran yönü budur ki, eyni tarixdə Hindu İlahının yəni Krişnanın, həmçinin Misranın (Yunanların Nur İlahı) doğum günü qeyd edilməkdədir. Həmçinin Xristian erasından əvvəl Şimali Avropada uzun müddət qeyd olunan illik Ağac Festivalının keçrilməsi ilə üst-üstə düşür. Həmin günün dini əhəmiyyətini pərdələmək məqsədilə bayramı keçirməyi həvəsləndirmək cəhdilə bir sıra Ərəb ölkələrində son zamanlarda bu bayram təəssüflər olsun ki, yenidən canlanmışdır.
Kristmas Ağacı sözügedən müşrik mərasiminin ən aşkar yönüdür ki, mərasimin qeyd olunduğu 25 dekabr tarixi kilsə ayinlərinə daxil edilmişdir. Xristianlıqdan əvvəlki müşriklər (bütpərəstlər) inanırdılar ki, həmişəyaşıl ağac-bütün qış boyu bu ağacın iynələri yaşıl qaldığından belə adlanır-təbiət qüvvələrinə və şərrli ruhlara qarşı onları qorumaq üçün xüsusi gücə malikdir. Dekabr ayının sonu gündüz saatlarının uzanmasının başlanması kimi qeyd edilir-istilik və nurun qayıtması və şərr qüvvələri olan soyuq və zülmətin məğlubiyyəti. Inkişafının xüsusi mərhələsində kilsənin siyasi və yaxud ictimai səbəblərdən dolayı məşhur müşrik ayinlərinin bəzilərinin Xristianlığa daxil edilməsini qəbul etdiyi məlum bir həqiqətdir.
Beləcə, bir deyil bir çox aspektdən bu bayramın əsli Yaradıcıya deyil, məxluqatın bir neçə formasına ibadətə əsaslanmaqla dərin kök salmışdır. Müsəlman bir insan əlbəttə ki, bu cür etiqadları, inamı və yaxud onlardan qaynaqlanan ayinləri təsdiq edə bilməz. Islam haqqında ən az biliyi olan istənilən bir müsəlman sözsüz ki, küfrün və şirkin (Allaha ibadətdə şərik qoşmaq) istənilən şəklini rədd edəcəkdir. Yalnız cahillik və yaxud bundan naxəbər olma səbəbindən dolayı müsəlman bir kəs küfr və şirkin hər ikisini əks etdirən bu cür fəaliyyətlərdə bilmədən iştirak edə bilər. Müsəlmanlar “Ləə İləəhə illəllaha (Allahdan başqa ibadətə haqqı olan haqq Məbud yoxdur) məfhumuna zidd olan hər bir şeyi rədd etməkdə möhkəm olmaldırlar. Digərləri ilə maraqlanmaq İslamın prinsiplərində güzəştə getməmək şərtilə yaxşıdır.
Allah təala buyurur: “Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar!” (Ənam 6:116).
Həmçinin Allah təala əmr edir: “Rəbbinizdən sizə nazil edilənə (Qurana) tabe olun. Allahı qoyub başqa dostlara uymayın. Siz öyüd-nəsihətə olduqca az qulaq asırsınız!” (Əraf 7:3).
Bəzi insanlar bütün vicdanları ilə davam etməkdə olan ictimai təzyiq qarşısında zəif olduqlarını etiraf etsələr də, digərləri qəribə müdafiə forması ilə özlərinin bu cür şənliklərdə, bayramlarda iştirakını müdafiə edirlər. Onlar iddia edirlər ki, bu cür bayramı İslamın peyğəmbəri İsa əleyhissəlama hörmət əlaməti kimi keçirirlər. Əgər bu cür mərasim iddia edilən “İslam oxşarlığı” ilə Məhəmməd Peyğəmbər tərəfindən etibarsız sayılırsa, elə isə digər peyğəmbərlər tərəfindən necə etibarlı sayıla bilər ki? O peyğəmbərlər ki, nə bunu qeyd etmişdirlər, nə də bu cür əməlləri etməyə həvəsləndirmişdirlər. Bu mərasimlər daha sonralar öz meyilləri və nəfsi üstünlükləri səbəbindən peyğəmbər təlimlərini tərk edənlər tərəfindən uydurulmuşdur.
Allah təala buyurur: Ya Peyğəmbər!) Nəfsini özünə ilah edən və Allahın bilərəkdən (onu hələ yaratmamışdan gələcəkdə kafir olacağını bildiyi üçün) yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər?! Məgər düşünüb ibrət almırsınız? (Haqqı bildiyi halda küfr edənin cəzası, haqqı bilmədən, cahilliyi üzündən küfr edənin cəzasından daha ağırdır. Çünki alimlə cahilin məsuliyyəti eyni ola bilməz!) (Casiyə 45:23).
Yenidən Peyğəmbər sallallahu aleyhi və səlləm tərəfindən kafirlərə oxşamağın qadağan olunması və geyimdə, davranışda onlardan fərqlənmə haqqında olan hədisi bir daha sizlərin yadına salıram. Fərqi yoxdur, istər materialist və yaxud istərsə də dini nöqteyi nəzərdən olsun, Kristmas nə Müsəlmanın qəlbində, nə də evində heç bir yer tapmamalıdır. Istənilən bir müsəlman, cavan və yaxud qoca, müntəzəm əməllər edən və islam dostluğunu təlim edən islam cəmiyyətində, birliyində əmin bir yeri varsa, özünə və ailəsinə zərər olan bir şeyi zahirən cazibədar olsa belə onu inkar etməkdə çətinlik çəkməyəcəkdir. Bəzi cəmiyyətlərdə bu cür əməlləri rədd etmək və ona qarşı mabarizə aparmaq həqiqi bir elmi cihad tələb edə bilər. Lakin Allahdan əməllərinin qəbul olunmasını arzulayan və Ondan qorxan kəslər nicat tapmaq və nəticə etibarilə sabit və əzimli olmaq üçün çalışqdıqları bu yolda bu vəzifəni elmlə, elmə əsaslanaraq icra edəcəklər. Çünki Allah təala möminləri çağıraraq buyurur: “Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olamayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir)” (Təhrim 66:6) .
© 2007 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənova məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com




