Reklam verin!

Bir əlimizdə şərab, bir əlimizdə Quran

quran31 dekabr gününü 1 yanvar gününə bağlayan gecə Miladi təqvimə görə “Yeni il” sayılır.Xristanlar bu günü İsa (ə.s) doğum günü kimi qəbul edirlər.Əslində isə İsa (ə.s) Peyğəmbərin doğum gününü heç kim bilmir. NOEL adı altında bütün xristianlar bu gecədə içki içməklə və müxtəlif qadınlı-kişili məclis qurmaqla keçirirllər.Bir Peyğəmbərin doğum gecəsini içki ilə, qumarla,  rəqslərlə və müxtəlif  haramlarla keçirməyi hansı müqəddəs kitabda buyurulur?


Əlbətdəki bütün bu haramlar İsa (ə.s) Peyğmbərdən uzaq olan bir əməllərdir.Əgər xristianlar İsa  Peyğəmbərin yolu ilə getsəydilər, onlar son peyğəmbər olan Məhəmməd  Peyğəmbərin şəriətinə tabe olardılar və İslamı qəbul edərdilər.Deməli xristanların etdiyi bu əməllərin heç bir dinlə, Peyğəmbərlə əlaqəsi yoxdur.Deməli hər il 31 dekabr-1 yanvar tarixini  “Yeni il ” bayramı kimi qəbul etmələri batil və əsassız bir əməldir. 

Günümüzdə ən acınacaqlı hal isə odur ki, bu batil bayramı özlərinə müsəlman deyib, heç də xristanlardan bu bayramda geri qalmayan şəxslərin,  bu ərəfədə şənləndiklərinin və bu günü möhtəşəm bi bayram kimi şahidi oluruq.İslamın qadağan etdiyi içkini, qumarı, zinanı bu gün özlərinə müsəlman deyənlər bu batil bayramda həyata keçirillər.Bəs necə olur ki, evlərinin birində Quran olan, evinin o biri tərəfində “YOLKA” bəzəyir? Məyər Quranda Uca Allahın bu kəlamını müsəlmanlar oxumadılarmı?Uca Allah buyurur:” Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri (özünüzə) dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz!”(Maidə,51).

Bəs nə üçün  hazırda özlərinə müsəlman deyənlər Allahın bu çağrışını duymullar?Bir əlimizdə şərab, bir əlimizdə isə Quran hara gedirik?Bəziləri bu günü qeyd etdiyi halda özlərini xristianlara bənzətmədiyini iddia edirlər.Halbuki dildə özlərinə müsəlman da desələr,  əməlləri ilə bunu yalanlayırlar.Bu cür davranış aşağıdakı hadisəni insana xatırladır:”Bir gün kilsənin keşişi əlindəki şərabı kilsənin pəncərəsinin qabağına qoyur.Bu zaman 1 quş uşaraq gəlib bu şərəab dolu qədəhdən içib, kilsənin yuxarı başında olan xaçın üstünə qoun, onun üstünü bulaşdırır.Bunu görən keşiş əsəbləşərək belə deyir:”Əgər müsəlman quşusansa niyə şərab içdin? Yox əgər xristian quşusansa onda niyə xaçı nəcislə bulaşdırdın? “Bu hadisə əlbətdəki bir çox özlərinə müsəlman deyib, əməllərində kafirlərə bənzəyənlər üçün ibrətdir. Bu mənada Peyğəmbərimiz(s.a.s) belə buyurur: “Kim bir millətə bənzəməyə çalışarsa, oda onlardandır”(Əbu Davud).   

Bir şeyi də yaddan çıxartmamalıyıq ki, 70 il kafirlərin ideologiyası, adət -ənənələri və  dinləri bizim millətin  beyinlərinə tədricən  hopdurulmuş və əsl dinimiz olan İslamdan uzaq salınmışdır.Namaz qıldıqlarına görə, oruc tutduqlarına görə kafirlər tərəfindən  həbslərə atılan babalarımızın, keçmiş nəsillərimizin başlarına gətirilən işgəncələri unutmamaliyıq.Əgər biz bu gün müstəqil olduğumuz bir dönəmdə  hələm də kafirlərin bayramlarını qeyd ediriksə, adət-ənənələrinə uyuruqsa  bu artıq bizim günahımızdır!!! Artıq hər bir azərbaycanlı öz dininə yəni İslam dininə qayıtmalı, qəlbi ilə, dili ilə və ən nəhayət əməlləri ilə İslam dininə sadiq qalmalıdır. 

Məhz bunun üçün də , uşağlarımıza, qohumlarımıza, qonşularımıza və bacardığımız qədər bütün millətimizin nümayəndələrinə bu batil bayram olan “YENİ İL” bayramınının, müsəlmanların bayramı olmadığını  çatdıraq.Çünki bu bayramı qeyd edənlər daim babalarımızı namaz qıldıqlarına görə, islam dininə sadiq olduqlarına görə işgəncələrə məruz qoyublar. Gəlin bu bayramdan hamılıqla uzaq olaq və yaxınlarımızı da bu bayramlardan uzaq olmağa çağıraq.Gəlin Rəbbimizin bu  çağrışına qulaq verək :” Ey iman gətirənlər! Özünüzü və ailənizi  oddan qoruyun ...”(Təhrim,6)  

Allah bizləri, ailələrimizi, yaxınlarımızı və bütün millətimizi Od əhli olan kafirlərin adət-ənənəsindən, dinlərindən uzaq edib, haqq din olan İslam dininə yönəltsin.Uca Allah bizim millətin qəlbini, dilini və əməllərini İslam dininə bağlasın. Amin

                   Mənbə:http://islamaz.azeriblog.com    Müəllif:F.S 

© 2007 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənova məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com

Baxış sayı: 267
Açar sözlər: islam quran araq icki serab 
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


Islam haqq dini

Burada Allahın izni ile Allah xatirine yazdigim islama aid meqalelerle tanış olacaqsınız. Hemçinin inşallah bundan sonra çalışacağam ki, bu fani dünyada yaşadığım müddətcə daima yeni məlumatları, maraqlı məqalələri və digər faydalı materialları sizlərə çatdırım. Buna görə də istərdim ki, sizdə bu xeyir işdə mənə dəstək olasınız. Mən düşünürəm ki, bu gün cəmiyyətimizdə artıq ilahiyyatçı alimlər kifayət qədər var və onlar bir yerdə müxtəlif dillərdə olan və dövlətin icazəsi ilə ölkəyə gətirilən dini kitabları öz dilimizə çevirib xalqımızın maariflənməsinə təkan verməlidirlər. Bunun üçün imkanı olan və olmayan bütün müsəlman bacı və qardaşlarımızdan, ilahiyyatçılarımızdan bu məsələdə ciddi olmalarını və birləşib xalqımızın maariflənməsi üçün əllərindən gələni əsirgəməmələrini arzu edirəm. Bunun üçün sizdən çox xahiş edirem ki, irad ve tekliflerinizi mene bildirəsiniz. Gəlin bu işdə bir birimize kömək edek. Çünki Peyğəmbərimiz (s.ə.s) buyurub ki, bir insanın sənin əlinlə hidayətə gəlməsi bütün insanların hidayətə gəlməsi kimidir. Ona görədə gəlin xeyir işlərdə yarışaq. Allahın və Peyğəmbərinin (s.ə.s) verdiyi xəbərləri təsdiq edək.

Axtarış

Sorğu

Saytımın yeni görünüşü xoşunuza gəldimi?



Açar sözlər

islam  əbubəkr  islam,  quran  din 

Sayqaç

İndi blogda: 28
Keçən ayın hiti: 70300
Dünənki hit: 3041
Bugünki hit: 277
Ümumi hit: 500712





Top on A-Z.az





Free hit counters






En kaliteli siteler Alersa.Net
Bedava Site Ekle AddThis Feed Button
Add to Technorati Favorites