Pravoslavlar Milad bayramını qeyd edirlər
Bu gün pravoslavlar Milad bayramını qeyd edirlər. Vatikanda Papa 16-cı Benedikt İsa Məsihin doğum günü münasibətiylə Pravoslav xristianlarını təbrik edib. Roma Papası müqəddəs Piter meydanı üzərindəki pəncərəsindən yağışın altında gözləyən yüzlərlə inanc sahibinə müraciətində insanları dünya sərvətlərinin ədalətli bölgüsünə çağırıb.
Milad bayramı Rusiya, Serbiya və pravoslav xristianların yaşadığı digər ölkələrdə qeyd edilir. Serbiyada əhali gün ərzində Belqradda ağac budaqları toplayaraq müqəddəs Sava kilsəsi qarşısında yandırıb. Budaqların yandırılmasından ibarət olan dini mərasimin məqsədi İsa Məsih üçün istiliyi təmin etməkdir./ANS TV/
© 2007 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənova məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com















