Reklam verin!
Yuma Ailə Jurnalı

Aşura bu il yanvarın 19-a təsadüf edəcək

teze pir mescidi

Qafqaz Müsəlmanları İdarəsi müsəlmanları Kərbəla şəhidləri ilə birgə 20 Yanvar şəhidlərinin və Qarabağ uğrunda şəhid olanların xatirəsini yad etməyə çağırıb

Yanvarın 10-da Məhərrəm ayı başlayır. Ayın 10-cu günü, yəni, yanvarın 19-da isə Aşura günüdür. Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası Məhərrəm ayının başlanması ilə münasibətilə fətva verib. Fətvada bildirilir ki, Məhərrəm ayı hicri-qəməri ilinin ayları arasında müqəddəs, ehtiramlı aylardan biridir.


Məhərrəm İslam tarixinə döyüşlərin qadağan edildiyi ay olmaqla yanaşı həm də İmam Hüseyn əleyhissəlamın şəhadətə yetişdiyi ay kimi daxil olub: “Bu il Aşura yanvarın 19-na düşür. Bu isə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş Vətən oğullarının xatirəsinin anıldığı günlərə təsadüf edir və biz bu günlərdə Kərbəla şahidləri ilə birgə 20 Yanvar şəhidlərinin, Qarabağ uğrunda döyüşlərdə şəhid olan həmvətənlərimizin xatirəsini də yad edəcəyik. Təziyə günləri münasibətilə bütün dindarlar əzadarlıq edir, onlara Allah-təaladan məğfirət diləyir. Bildiririk ki, Aşura mərasimləri yalnız məscidlərdə, ibadət ocaqlarında imanın şəninə layiq şəkildə, ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, təziyə məscidləri qurulmalı, xütbələr oxunmalıdır. Bu matəmin mahiyyətini yetərincə dərk etməyən azyaşlıların mərasimlərdə iştirakı məqbul sayılmır. Əzadarlar qan çıxarmaqla özlərinə xəsarət yetirməməli, bunu digərlərinə də təlqin etməlidirlər”.

Qafqaz Müsəlmanları İdarəsi həmçinin son illər Aşura günündə qanvermə aksiyasının keçirilməsinin örnək olacağını da bildirib.
Qeyd edək ki, Məhhərrəm və Səfər ayları martın 8-də başa çatacaq.
/ANSPRESS/

Baxış sayı: 191
Açar sözlər: haram aylar aşura məhərrəm səfər 
Bookmark and Share


1
abdullah yazıb:

Salam aleykum. Bu gunler tekce matem gunleri deyil, eyni zamanda sevinc ve bayram gunleridir. Cunki Ashura gununde tekce Imam Huseyn shehid edilmeyib, eyni zamanda bir cox boyuk hadiseler olub. Meselen: Allah teala Hz Musani Fironun zulmunden qoruyub ve Fironu suya qerb edib. Hz Nuhun gemisi azadliga cixib ve s. Bu kimi sevindirici hadiseler bash verib.

Yanvar 8, 2008 18:13

Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


Islam haqq dini

Burada Allahın izni ile Allah xatirine yazdigim islama aid meqalelerle tanış olacaqsınız. Hemçinin inşallah bundan sonra çalışacağam ki, bu fani dünyada yaşadığım müddətcə daima yeni məlumatları, maraqlı məqalələri və digər faydalı materialları sizlərə çatdırım. Buna görə də istərdim ki, sizdə bu xeyir işdə mənə dəstək olasınız. Mən düşünürəm ki, bu gün cəmiyyətimizdə artıq ilahiyyatçı alimlər kifayət qədər var və onlar bir yerdə müxtəlif dillərdə olan və dövlətin icazəsi ilə ölkəyə gətirilən dini kitabları öz dilimizə çevirib xalqımızın maariflənməsinə təkan verməlidirlər. Bunun üçün imkanı olan və olmayan bütün müsəlman bacı və qardaşlarımızdan, ilahiyyatçılarımızdan bu məsələdə ciddi olmalarını və birləşib xalqımızın maariflənməsi üçün əllərindən gələni əsirgəməmələrini arzu edirəm. Bunun üçün sizdən çox xahiş edirem ki, irad ve tekliflerinizi mene bildirəsiniz. Gəlin bu işdə bir birimize kömək edek. Çünki Peyğəmbərimiz (s.ə.s) buyurub ki, bir insanın sənin əlinlə hidayətə gəlməsi bütün insanların hidayətə gəlməsi kimidir. Ona görədə gəlin xeyir işlərdə yarışaq. Allahın və Peyğəmbərinin (s.ə.s) verdiyi xəbərləri təsdiq edək.

Axtarış

Sorğu

Səhər namazına vaxtında dura bilirsinizmi?



Açar sözlər

islam  əbubəkr  quran  din  abubakr 

Sayqaç

İndi blogda: 10
Keçən ayın hiti: 103186
Dünənki hit: 2466
Bugünki hit: 21
Ümumi hit: 668629





Top on A-Z.az





Free hit counters






En kaliteli siteler Alersa.Net
Bedava Site Ekle AddThis Feed Button
Add to Technorati Favorites